Icma.az
close
up
RU
Uşaqlara niyə meydan vermirik?

Uşaqlara niyə meydan vermirik?

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Azərbaycanda futbol sevgisi sonsuzdur, amma meydanı yoxdur. Hər küçədə top qovan uşaqlar görmək olar, amma bu uşaqlar üçün peşəkar futbol məktəbi deyəndə “bütün qapı bağlanır”. Çünki stadion tapmaq çətindir, tapılanda da qiyməti əlçatmazdır.

Təsəvvür edin ki, paytaxtda 1 saatlıq stadion icarəsi 200–400 manat arasında dəyişir. Bir uşağı futbolçu kimi yetişdirmək üçün məktəb onu ayda neçə saat məşq etdirməlidir? Bu xərci ödəməyə ancaq varlı klubların gücü çatır ki, onları da ancaq milyonlarla pul xərcləyib real nəticələri məhz bu gün əldə eləmək maraqlandırır. Bəs sabah nə olacaq?

Həzərat, bu gün kiçik futbol məktəbləri futbolumuzun gələcəyi olacaq uşaqları ya darısqal torpaq sahələrində məşq etdirir, ya da fəaliyyətini dayandırmağa məcbur olur.

AFFA isə bu mənzərəyə tribunadan baxır. Federasiya milyonları böyük klublara, milli komandaya yönəldir, amma gələcəyin oyunçuları – AFFA-nın gündəminin kənarında qalır. Halbuki beynəlxalq təcrübə göstərir ki, uşaq futbolunun bu günü olmayanda, peşəkar futbolun sabahı olmur.

Türkiyədə hər məhəllədə pulsuz mini meydançalar var. Almaniyada sponsor dəstəyi ilə futbol akademiyaları pulsuz və ya simvolik ödənişlə uşaqları qəbul edir. İslandiyada demək olar ki, hər məktəbin yanında sintetik meydança var, nəticədə 300 minlik əhali Avropada futbol sözünü deyə bilir. Bizdə isə bir məktəb təkcə icarə üçün ayda 6 min manat ödəyir, Gəncədə isə uşaqlar torpaq meydançada dizlərini qanadaraq “peşəkar futbolçu” olmağa çalışır.
Sual budur ki, niyə dövlət və AFFA əl-ələ verib, uşaqlara normal şərait yaratmır? Stadion tikmək üçün milyonluq layihələr lazım deyil. Sadə, funksional sintetik meydançalar hər məktəbin həyətində ola bilər. Amma bunun üçün iradə lazımdır, iradə isə yoxdur.
Azərbaycan futbolunun problemlərini illərlə transferlərdə, məşqçilərdə, legionerlərdə axtardıq. Amma həqiqət daha sadədir: bizim uşaq futbolumuz meydançasızdır. Meydançasız futbol isə ölü doğulan arzudur.

Əgər sabah Avropada rəqabət aparmaq istəyiriksə, bugünkü uşaqlara topdan əvvəl meydança verməlidir. Uşaqlar meydançasız qalırsa, Azərbaycan futbolunun gələcəyi də meydansız qalacaq.

Şahlar Ruhi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 25 Sentyabr 2025 20:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see269

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see184

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see181

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see177

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see176

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see174

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see172

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see172

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see171

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see168

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see165

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri