Icma.az
close
up
RU
Uşaqlara paylanan zədəli dərsliklərlə bağlı RƏSMİ AÇIQLAMA

Uşaqlara paylanan zədəli dərsliklərlə bağlı RƏSMİ AÇIQLAMA

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Övladları birinci sinifdə təhsil alan bir qrup valideyn bəzi dərsliklərin istifadəyə yararsız olduğunu bildirir. Valideynlərin sözlərinə görə, dərs vəsaitləri əvvəlki birincilər tərəfindən korlanıb, yazılıb və üstündə işlənib. Bəzi dərsliklərin üzərində qələmlə yazılar olduğu üçün onları ümumiyyətlə silmək mümkün deyil.
Belə olan halda sual yaranır:
Dərsliklərin vəziyyəti barədə monitorinq aparılırmı? Hər il istifadəyə yararsız hesab edilən dərsliklər yenilənirmi?
Mövzu ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq Məkətəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, məktəbəhazırlıq qrupları və I siniflər üzrə şagirdlərə verilən dərsliklərdə zədələnmə halları qeydə alındığı halda, müraciət əsasında həmin dərsliklərin əvəzlənməsi mümkündür:
"Məktəbəhazırlıq qrupları və I siniflər üzrə şagirdlərin dərslik və digər tədris-metodik vasitələrlə hər tədris ili üçün yeni nüsxələrlə təmin edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş qaydalara əsasən həyata keçirilir. 
Məktəbəhazırlıq və I siniflər üçün nəzərdə tutulan kağız dərslik, dərs vəsaiti və digər tədris-metodik vasitələrin istifadəyə yararlılıq müddəti bir tədris ili müəyyən edilib. Bu səbəbdən həmin siniflər üzrə dərsliklər hər il yeni tədris ili üçün şagirdlərin proqnoz sayına uyğun olaraq çap olunur və istifadəyə verilir.
Bu yanaşmanın əsas xüsusiyyətlərindən biri də odur ki, məktəbəhazırlıq və I siniflərdə şagirdlər dərsliklərdən istifadə zamanı tapşırıqları birbaşa kitab üzərində yerinə yetirir, müxtəlif qeydlər aparırlar. Nəticədə həmin dərsliklərin növbəti tədris ilində digər şagirdlər tərəfindən istifadəsi nəzərdə tutulmur. Bu yanaşmanın məqsədi məktəbəhazırlıq və I siniflər üzrə dərsliklərin hər il yeni nüsxələrlə təqdim edilməsi şagirdlərin tədris prosesində dərsliklərdən daha səmərəli və məqsədyönlü istifadəsini təmin edən mövcud qaydalara uyğun tətbiqdir.
Qeyd edirik ki, məktəbəhazırlıq qrupları və I siniflər üzrə şagirdlərə verilən dərsliklərdə zədələnmə halları qeydə alındığı halda, müraciət əsasında həmin dərsliklərin əvəzlənməsi mümkündür", - deyə açıqlamada qeyd olunub.
Fəridə, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://bizim.media
archiveBu xəbər 22 Sentyabr 2026 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see372

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see273

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see270

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see245

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see244

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see239

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see234

Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir

20 Sentyabr 2026 23:11see233

Səyyad Aranın sözlərinə Səhiyyə Nazirliyindən CAVAB

21 Sentyabr 2026 14:49see231

Bundesliqa: Bayer inamlı qələbəyə sevindi

21 Sentyabr 2026 03:36see229

İltihablı sızanaqlar yeniyetmənin həyatını alt üst etmişdi. İnteqrativ müalicə ilə həll yolu tapıldı VİDEO

21 Sentyabr 2026 14:56see228

Türkiyə Superliqası: Beşiktaş dan gözlənilməz məğlubiyyət Video

20 Sentyabr 2026 23:24see226

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see220

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see216

Biznesi sürətlə böyütməyin yolları

21 Sentyabr 2026 03:17see211

Kapadokya Səhiyyə Turizmi Sammitində ölkəmizi ATMU təmsil edib

21 Sentyabr 2026 14:50see204

Səhiyyə Nazirliyindən Səyyad Arana Cavab

21 Sentyabr 2026 14:47see201

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see194

Üzeyir Hacıbəylinin musiqi nəzəriyyəsi sahəsindəki fəaliyyəti

21 Sentyabr 2026 19:02see176

Danimarka XİN: Qrenlandiya üzrə ABŞ lə razılaşmada suverenlik qorunub

21 Sentyabr 2026 03:02see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri