Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Uşaqlara uşaqlığımızdan danışaq...

Uşaqlara uşaqlığımızdan danışaq...

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gündən dünənə… Baxır, hey baxıram. O uşaqlıq, bu uşaqlıq… O oyunlar, bu oyunlar… Uşaqların bir-birinə o sevgisi, bu sevgisi… Həyət dolu uşaqlar, həyat dolu uşaqlar. Məhəllələrin səsi-küyü, sevinci, şaqraq gülüşlü uşaqları. Nə oyunlar oynayardıq. “Beşdaş”dan başlardıq. Bunun üçün saatlarla daş axtarıb yığar-yığar, daha sonra içindən hamarların, yumruların, rənglilərin seçərdik ki, gözoxşayan, əlimizə yatan olsun… Günlərlə bu daşların ən qəşəngin axtarardıq. Hələ gözdən oğurlanıb daş yığmağa yollanardıq... Bu daşlarla günləri biz edərdik baş. Nə bir qüssə, nə bir kədər, deyə-gülə o qayğısız uşaqlığı bu daşlarla atar-tutar, barmaqların on çeşidli formasından keçirərək qalib olar, xoş saatlar yaşayardıq… Bu tək bir daş oyunumu? Xeyr. Bu daş oyunu zəkamızı artırardı, göz yaddaşı bəxş edərdi uşaqlara. Əllərimizin bir andaca hərəkəti saatlarla bir idmana bərabərdi. Daşlaşardı o mənalı uşaqlığımız bu daşlarda. Gün, ay nədir? – ötən, gedən. Qalan nədir? – tək xatirə…

Tək “Beşdaş”mı? Xeyr. “Evcik-evcik” oyunumuz da var idi. Daşıyardıq ev-eşikdən palaz-paltar, qab-qacaq, gəlinciklər küçəmizə. Bir guşəyə palaz açıb “evimizi” qurardıq biz. Biri ata, biri ana, biri də bala olardı. Çox sevimli ailəmizdə olanları evciklərə daşıyardıq. O illərin “Evcik-evcik” oyunundan yaddaşlara nələr hopub? Unudulmayan ən gözəli quru lavaşı ovub, üstünə də xırdalanmış pendir səpib “ailə” üçün hazırlanan yemək olub. Necə şirin yeyərdilər uşaqlar bu “yeməyi”. Uzun illər bu “yeməyi” xəyallardan ala bilmir… Bir sözümüz birimizə bəd gələndə küsüşərdik, küsülülük yuxumuzu ərşə çəkər, küsülülük bitənədək əzab çəkər, barışmağa can atardıq.

Binaların blokları “konsert zallarımız” idi, pilləkənlər oturacaq. Qarşıdakı kiçicik bir “meydança” da çalanların, oxuyanların yeri idi. Musiqi məktəbində oxuyan uşaqların biri qarmon, nağarasın, biri tarın, kamançasın gətirərdi. Səsi olan oxuyardı. Yaşıdımız tamaşaçılar pilləkəndə çalanları alqışlardı. Oxuduğumuz yerdəcə mahnıların sözlərini unudardıq, bir andaca deyib-gülüb bir-birimizə qarışardıq.

Açılardı birinci mərtəbədən bir qapı: “Ay uşaqlar, sizin əlinizdən biz hara gedək?” Açılardı ikinci mərtəbədən bir qapı: “Ay uşaqlar, bu nə səsdir?”… Qovulmaq qorxusu çökərdi üstümüzə. Böyüklərə nə var ki, alardılar pillələri əlimizdən, sevdiyimiz o “zalı”. Başqa yerdə konsert olar? Tamaşaçı bəs harada əyləşərdi, çalanları, oxuyanları o haradan dinlərdi? Bax? bunları düşünərək susardıq biz… Xatirələrə çevrilən mənzərələr bu günlərdə anılanda düşünürəm: – Böyüklərin hirsinə baxmayın, qoymasaydılar, qoymazdılar bizi o pillələrə. O səs-küyə tab gətirmək asanmıdır? Gözlərinin önündəcə olmaq üçün onlar bizə susurdular. Tək bununçün? Xeyr. Lap sonralar bildim ki, mən onlar bizi qapılardan dinləyirmiş… Sən demə, tamaşaçı tək məhəllə uşaqları deyilmiş. Qapının o tərəfində bizlə yaman qürur duyan neçə-neçə analar da, xalalar da var imiş…

“Yeddi daş”, “Ortada qaldı”, “Gizlən-qaç”, “Bənövşə, bəndə düşə”, “Ocaq yandı, su qaynadı”, “Əlimi siçan dişlədi”, “ Xan-vəzir”, “Tıx-tıx”, “Dama-dama”, “Fincan-fincan”, “Top divarda”dan danışmıram. İndi məhəllə uşaqları hər üzü şumal olan yeddi daş heç axtarmırlar. Onları üst-üstə yığıb topun güclü zərbəsilə heç ətrafa dağıtmırlar. İndi heç “Alma desəm aç, armud desəm, açma!”, – deyən də yoxdur. Dəqiqələrlə ortada qalıb topun zərbələrindən qurtulmaq üçün o yana-bu yana qaçan da yoxdur. Bənövşə də küskün düşüb, üz çevirib, heç yaxına gəlmir ki, bəndə düşə, ya düşməyə... Ocaq yanmır, su qaynamır.

Məhəllələrdə indi bir zamanlar təbaşirlə çəkdiyimiz dama yoxdur. Yağışın, bir də qarın pozmasından məyuslandığımız damaları gör nə vaxtdır, “sel aparıb”. “Top divarda”n enib, “Xan-vəzir” ta unudulub, “Tıx-tıx” yada düşmür, “Fincan-fincan” da oynanmır. İndi artıq o körpəcə əlləri də heç siçanlar dişləmir. Siçanlar yerini “maus”a verib. “Maus”larsa əl dişləmir, ruhu dişləyir. Kompüterlər, smartfonlar, planşetlər, bir də ki playstationlar əvəzləyib o gözəl oyunları. Xoş xatirə qaynağı o ziyansız, zərərsiz oyunları…

Tez-tez keçirəm məhəllələrdən. Yaman sükut çöküb məhəllələrə. Sanki uşaqlar yoxdur, hara isə gediblər. Lal sükut… Bu sükutu yaradan nə? Təbii ki, kompüter, telefonlar, planşetlər… Uşaqların əllərinə öz əlimizlə verdiyimiz xəstəliklər. Səsi çıxmasın, başı qarışsın, çöl-bayır istəməsin deyə, verdiyimiz telefonlar. Saatlarla kompüter qarşısına çökdürdüyümüz uşaqlar. Yorğun gözlər, əldən düşmüş sümüklər… Onurğası durğunluqdan “dil açan”, özü isə əsla usanmayan, doymayan uşaqlar…

Məhəllələrdə görürəm hərdən az-maz uşaq. Əllərində planşetlər, smartfonlar… Bir kənarda anaları söhbət edir qonşularla şirin-şirin. Uşaqlarsa saatlarla oyunlarda. Körpələri vəhşiliyə sürükləyən oyunlarda… Telefondan gələn səslərə bax, gör necə də ətraflarda gurlayır: atışmalar, çığırışmalar, vahimələr… Bir kənardasa yelləncəklər, on cür oyun qurğuları. Baxdıqca uşaq olmaq istəyirəm... Bir zamanlar heç tapmazdıq bunları. Ağaclardan kəndir asıb yelləncəklər qurardıq. Yelləndikcə nazikləşən kəndirlərsə qəflətən qırılar, üzüüstə yerə düşüb, yamanca yaralanardıq... Hayqırmaq istəyirəm: – Ay uşaqlar, yerə qoyun telefonları, gəlin yellənin, atılın-düşün, gününüzü heç olmasa bu oyunlarla keçirin...

Ana susur, ata susur… Nə üçün görən? Özlərinin uşaqlıqda oynadığı oyunları görən niyə öyrətmirlər uşaqlara? Gözlərinin önündəcə övladları yuvarlanır ətalətə, xəstəliyə, süstlüyə… Bilə-bilə, görə-görə görən niyə susur ana? Olanlara, keçənlərə nə üçün göz yumur ata?

Heç gec deyil, ay atalar, ay analar! Uşaqları aparın öz keçmişinizə. Oyunlara qonaq edin, onlara da daddırın o şirinliyi, savab edin. O illərdən uşaqlara bir pay verin… Edin, hökmən edin. Uşaqlara gələcəkdə bir zamanlardan danışmağa söz verin…

…Bir zamanlar “ Beşdaş”, “Yeddi daş” oynardıq. Başlayardı bu daşlardan oyunlarımız. Heç bitməzdi, tükənməzdi… Daşlaşıbdır uşaqlığımız o daşlarda. O kiçicik daşlardan başlayan oyunlarda… Harda görsən o daşlardan, xatirələr düşür yada. ­Şirin-şəkər xatirələr. Uşaqlıqdan qalan gözəl xatirələr...

İndi deyin, necə uçmasın xəyal o illərə? Noğul kimi oyunlardan bu gün əsər qalmayan o illərə…

Mətanət Məmmədova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Aprel 2026 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see655

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see423

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see379

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see272

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see265

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see262

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see241

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see230

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see225

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see211

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see206

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see206

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see204

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see203

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see198

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see197

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see188

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see184

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see178

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri