Uşaqlara vurulan qrip peyvəndinin dozası azaldılıb? Rəsmi açıqlama
Olke.az saytına istinadən Icma.az xəbər verir.
Bu barədə Ölkə.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, 6 aylıqdan 8 yaşadək uşaqların bir qismi üçün 2 doza vaksin tələb olunur:
"Bu, əsasən, əvvəllər qrip vaksini almamış, əvvəlki vaksinasiya dozaları kifayət etməyən və ya vaksinasiya tarixçəsi məlum olmayan uşaqlara aiddir. Belə hallarda dozalar arasında minimum 4 həftə interval saxlanılır. Əvvəlki vaksinasiya tarixçəsi müvafiq meyarlara uyğun olan uşaqlara isə cari mövsümdə 1 doza tətbiq olunur".
TƏBİB-dən vurğulanıb ki, vaksinasiyanın doza sayı barədə qərar həkim tərəfindən uşağın vaksinasiya tarixçəsi, yaşı və istifadə olunan vaksin preparatının təsdiq edilmiş təlimatı, eləcə də müvafiq klinik tövsiyələr nəzərə alınmaqla verilir:
"Bu baxımdan, hər bir uşağa fərdi yanaşılması və vaksinasiya sxeminin düzgün müəyyən edilməsi vacibdir".
Qeyd edək ki, 6 aylıqdan 8 yaşadək uşaqlara qrip peyvəndinin iki doza vurulması nəzərdə tutulduğu halda, bəzi poliklinikalarda bu sayın bir dozaya endirilib.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 23 Noyabr 2026 15:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















