Icma.az
close
up
RU
“Qrip peyvəndi uşaqlara vurula bilərmi?”

“Qrip peyvəndi uşaqlara vurula bilərmi?”

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Qrip - uşaqlar arasında xüsusilə sürətlə yayıla və ciddi fəsadlara səbəb ola bilən xəstəliklərdən biridir. Onların immun sistemi tam formalaşmadığı üçün həm yoluxma riski, həm də xəstəliyin ağır keçməsi ehtimalı daha yüksək olur”. 

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev açıqladı.

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı və müxtəlif ölkələrin səhiyyə qurumları mövsümi qrip peyvəndlərinin uşaqlara vurulmasını xüsusi olaraq tövsiyə edirlər:

“Sanofi Pasteur” şirkətinin istehsal etdiyi peyvənd 6 aydan yuxarı uşaqlarda təhlükəsiz şəkildə tətbiq olunur və geniş klinik tədqiqatlardan keçib. Araşdırmalar göstərir ki, bu peyvənd uşaqlarda güclü immun cavabı yaradır, qripə yoluxma riskini azaldır və xəstəliyin daha yüngül formada keçməsinə kömək edir.

Uşaqlara tətbiq edilən qrip peyvəndi yüksək qoruma səviyyəsini təmin edir, hər il yenilənən tərkibi sayəsində həmin mövsümdə dövriyyədə olan viruslara qarşı daha effektiv müdafiə yaradır. Məktəb və bağça mühitində uşaqlar arasında yayılmanın qarşısını almaqla yanaşı, ailə üzvlərini və digər insanları da qoruyur. Eyni zamanda, peyvənd olunmuş uşaqlarda pnevmoniya, yüksək hərarət və xəstəxanaya yerləşdirmə kimi ağırlaşmaların riski əhəmiyyətli dərəcədə azalır. Bu, həm uşaqların sağlamlığını, həm də valideynlərin rahatlığını təmin edir, tez-tez həkimə müraciət və dərman istifadəsi ehtiyacını azaldır”.

Nazirliyin mütəxəssis-eksperti bildirib ki, “Sanofi Pasteur” peyvəndləri uzun illərdir uşaqlarda tətbiq edilir və təhlükəsizlik baxımından beynəlxalq səviyyədə təsdiqlənib: “Yan təsirlər çox nadir hallarda müşahidə olunur, əsasən yüngül xarakter daşıyır və qısa müddətdə öz-özünə keçir. Bu, uşağın immun sisteminin vaksinlə işləməyə başladığını göstərir. Valideynlər övladlarını peyvənd etdirməklə, həm onları qripdən, həm də xəstəliyin yaratdığı ağır nəticələrdən qoruyur və eyni zamanda cəmiyyətin ümumi sağlamlığının güclənməsinə töhfə vermiş olurlar”.

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 Oktyabr 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see493

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see398

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see356

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see309

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see275

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see268

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see256

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see248

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see240

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see231

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see226

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see221

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see219

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see217

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see213

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see203

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see199

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see184

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri