Icma.az
close
up
RU
UŞAQLARDA ÖZGÜVƏNSİZLİK NECƏ YARANIR? Və yaxud valideyn uşaq münasibəti necə olmalıdır?

UŞAQLARDA ÖZGÜVƏNSİZLİK NECƏ YARANIR? Və yaxud valideyn uşaq münasibəti necə olmalıdır?

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Uşaq evin güzgüsüdür”. Uşaq evdə gördükləri ilə həm tərbiyə alır, həm də formalaşır. Uşaq ailədə valideynləri ilə qurduğu münasibətlərdən faydalanaraq şəxsiyyətini formalaşdırır, sosial dünyaya baxışını inkişaf etdirir. Əgər valideyn övladına sevgi dolu, qayğıkeş və dəstəkverici yanaşarsa, uşaq da özünə güvənən, empatiya qabiliyyəti yüksək və sosial baxımdan aktiv bir fərd kimi formalaşar. Əks halda, valideynin sərt yanaşması, laqeyd münasibəti və ya daim üstün mövqedə dayanması uşağın özgüvənini zəiflədir, nəticədə onun gələcəkdə emosional problemlərlə qarşılaşmasına səbəb ola bilər.

Evlilik birliyin, sevginin və qarşılıqlı hörmətin əsaslandığı bir sistemdir. Sevgi, hörmət, anlayış və qarşılıqlı dəstək güclü evliliyin təməl daşlarıdır. Hər insan fərqli dünyagörüşünə, xarakterə və düşüncə tərzinə malikdir. Əgər tərəflər bu fərqləri anlayışla qarşılayar və bir-birinə uyğunlaşmağa çalışarsa, münasibət daha möhkəm və davamlı olar. Nəticədə isə travmasız, sağlam psixologiyaya sahib olan övlad yetişdirmək olar.

“Hiss” Psixoterapiya Mərkəzinin rəhbəri, klinik psixoloq, psixoterapevt    İlkin Kazımlı “Hürriyyət”ə açıqlamasında məhz sağlam övlad böyütməyin yolları haqda danışıb: “Həyatda çox zaman qaçınılmaz stresslərə məruz qalırıq. Yaşadığımız stresslərlə necə mübarizə aparacağımız bizim valideynlərimiz tərəfindən necə yetişdirildiyimizdən asılıdır. Valideynlər çalışıb uşağın psixoseksual inkişaf dövrlərinə uyğun, düzgün yanaşmalara məsuliyyətlə riayət etsələr, o zamam psixoloji tam sağlam övlad yetişdirə bilərlər. Əgər uşaqlar həyatda heç bir xəyal qırıqlığı (frustrasiya) və stresslə üzləşməsələr, nə kifayət qədər inkişaf edə, nə də qarşısına çıxan çətinliklərlə mübarizə aparmağı öyrənə bilməzlər.

Çox vaxt valideynlər övladlarının çətinlik, ağrı və acılarla üzləşməməsi üçün ciddi narahatlıq keçirirlər. Təəssüf ki, uşaqları həyatın bütün çətin məqamlarından qorumaq onları irəli yaşlarda həyata qarşı daha dayanıqlı və güclü etməz. Bir valideyn, uşağının həyatı boyunca bütün problemlərini həll edə bilməyəcəyi kimi, onun həyatında yaşayacağı bütün çətinlikləri də əngəlləyə bilməz. Uşaqların irəli yaşlarda həyatın problemləri ilə sağlam formada mübarizə aparması və öz bacarıqlarını inkişaf etdirmələri valideynlərin əlindədir.

Sağlam uşaq yetişdirməyin digər məqamı şərtsiz sevgi verməkdir. Şərtsiz sevgi bir uşağın dünyaya gəldiyindən etibarən ən təməl ehtiyacı olmaqla paralel, uşaqda güvən hissini də inkişaf etdirir. Körpə bir uşağın anasına möhtac olduğunu düşünün. Uşağın dünyaya göz açdığı andan etibarən həyata tutunmasını təmin edən tək şəxs onun öz valideynidir. Uşağın valideyni ilə quracağı sevgi dolu və hissiyatlı münasibəti, onun beyninin inkişafını sürətləndirir. Uşağın ilk dövrlərdə stress alıb-almaması, ac olduqda, susadıqda ya da üşüdüyündə ehtiyacı olan baxımı alıb-almaması ilə təyin olunur. Uşağın ehtiyacı olan baxımı ala bilməsi, psixoloji dözümlüyüyü təyin edən əsas ünsürlərdən biridir.

Sevgi və güvənlə inşa edilən münasibətlər psixoloji dözümlülük üçün sağlam forma yaradır. Əgər uşağınızı özgüvənli bir fərd olaraq yetişdirmək istəyirsinizsə, o, öz qərarlarına güvənməli və seçimlərinin məsuliyyətini almağı bilməlidir. Uşaqlıq demək eyni zamanda xəta etmək və xətalarından dərs çıxarmaq deməkdir. Təəssüf ki, əksər valideynlər övladlarının səhvlərini özləri həll etməyə cəhd edirlər. Bu da uşaqların inkişafına zərər verən davranışdır. Belə olduğu təqdirdə uşaqlıqdan həyatın çətinlikləri ilə üzləşib mübarizə aparmağı öyrənməmiş uşaq daha çox qırılqan və həssas bir xarakterik xüsusiyyətə malik olur. Valideynin təməl məqsədi uşaq böyüdükcə onun inkişaf səviyyəsinə uyğun çətinliklərlə mübarizə aparması üçün onu dəstəkləmək və cəsarətləndirmək olmalıdır.

Dinləmək bəlkə də insanoğlunun sahib olduğu ən vacib davranışlarından biridir. Dinləmək hamımızın təbii ehtiyacıdır. Çünki ancaq dinlənəndə tam anlamı ilə eşidilə və başa düşülə bilərik. Eyni vəziyyət uşaqlarımızla olan münasibətimizdə də keçərlidir. Uşaqlar da həyatlarında bir çox qorxu, qayğı, üzüntü və həyat qırıqlığı yaşaya bilər. Valideynlik isə təməli güvən üzərinə qurulmuş və həyat boyu davam edən yolçuluqdur.

İnsan həyatındakı ən vacib ilk münasibət - valideyn-övlad münasibətidir. Valideynlərimizlə olan münasibətlər həyatımız boyunca qurulacaq əlaqələrin təməlini qoyur.

Valideyn-uşaq münasibətində daha çox küskünlük, incinmə olarsa bunları bərpa etmək çətin olur. Uşaqlarınızla qurduğunuz münasibətdə təsdiq, sevgi, hörmət, vacib bilmə duyğusu nə qədər çox olarsa uşaqlarınız xoşbəxt, empatiyalı və çalışqan insan olaraq böyüyəcəkdir.

Uşağınızın qarnını doydurduğunuz kimi, onun emosional dünyasını da doydurun. Uşaqlarınıza hörmət edərək, sevdiyinizi, təsdiqlədiyinizi göstərərək, onların inkişafına dəstək olaraq bəsləyin.

Övladınıza hörmətlə yanaşmaq, uşağın özünə olan güvəninin inkişafında daha çox təsirlidir. Uşağınızın sözünü kəsmək məqamında qaldıqda “sözünü kəsirəm, üzürlü say”, ya da uşağınız siz danışarkən bir deməyə çalışdığında “biraz gözlə, birazdan səni dinləyəcəm” kimi uşağa geri dönüş etmək ona hörmət edildiyini və onun vacib bir şəxs olduğunu hiss etdirir. Valideynlər uşağa hörmət etdikcə uşaqlar da zamanla digər insanlara hörmət etməyi və sağlam sərhədləri öyrənmiş olur”.

Klinik psixoloq bildirir ki, bir şəxsin xarakteri aldığı ailənin tərbiyəsinə əsasən formalaşır: “Bəzi valideynlər özlərinin əksik və xətalarını uşaqlarına yansıdırlar. Belə bir ortamda böyüyən uşaqlar sosial həyatlarında çox da uğurlu ola bilmir və özlərini daha çox tənqid edirlər.

Bir neçə ailə yanaşma növlərini qeyd edəcəm:

Manipulyasiya toksik ailələrin istifadə etdiyi ən böyük kontol üsuludur. Hərgün manipulyasiyaya məruz qalmaq normal bir vəziyyət deyildir və buna emosional şiddət deyirlər. Davamlı olaraq manipulyasiya edildiyinizdə insanlara olan güvəniniz azalır və yeni insan münasibətləri qurmaqda çətinlik çəkirsiniz. Bundan əlavə, ailəsi tərəfindən manipulyasiya edilən insanlarda çəkingənlik davranışları özünü göstərir.

Gərgin bir ortamda böyümək uşaqların psixologiyasında dərin izlər buraxır. Həmin uşaqlar lazım olan qayğını görməmiş və ya davamlı stressli hiss edərək böyüyərlər. Əgər uşaq belə bir ortamda böyüyübsə, insanlara güvənməkdə və onlara özünüzü açmaqda çətinlik çəkə bilərsiniz. Toksik bir ortamda böyüyən uşaqlar özlərini dəyərsiz hiss edər və kifayət qədər yaxşı olmadıqlarını düşünürlər.

Bu insanların valideynləri, uşaqlarından daha çox bacarıq gözləyərlər və uşaqları gözləntilərini qarşılaya bilmədikdə zamanla onları günahlandırarlar. Bu da uşaqlarda özgüvənsizliyə səbəb olur. Uşaqların sevildiklərini hiss etdikləri mühitdə böyümələri onların psixoloji aspektdən inkişafları üçün vacibdir. Ailəsi ilə problemli münasibət yaşayan uşaqlar öz iç dünyalarına dönərlər. Sevilmədiklərini düşündükləri və davamlı təndiq olunduqları üçün özlərini olduqlarından daha pis görürlər.

Problemli valideynlər uşaqlarının duyğularını görməzdən gəlirlər. Uşaqlar duyğularından bəhs etdikləri zaman da pis münasibətə məruz qalırlar. Bunun nəticəsi olaraq da uşaqlar qəzəbini, küskünlüyünü və acısını gizlətməyə çalışırlar. İrəli zamanlarda da başqalarının duyğularını və nə düşündüklərini ön planda tutarlar”. 

Jalə FAMİLQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:44
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 04 Fevral 2025 00:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see174

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see133

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see130

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see130

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see126

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see124

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see122

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see117

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see117

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see115

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see114

Niyə şorba ikinci gün daha dadlı olur? CAVAB

01 İyun 2025 13:21see113

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see113

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see113

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see113

Rusiya və Ukraynanı bir araya gətirmək üçün... Ərdoğan

31 May 2025 22:59see112

Azərbaycan özündən 4 dəfə balaca Antalyadan geridə qalır: Niyə? İqtisadçı

01 İyun 2025 08:02see112

Ağ Ev: ABŞ İrana nüvə proqramı ilə bağlı “məqbul təklif” təqdim edib

01 İyun 2025 07:07see112

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see112

Ərdoğan: Türkiyə Rusiya Ukrayna görüşünün təşkili üzərində işləyir

31 May 2025 22:47see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri