Uşaqlarda rəqəmsal düşüncə formalaşdırılmalıdır Natiq Məmmədli
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
18 yaşa qədər uşaq və gənclərdə rəqəmsal düşüncə formalaşdırılmalıdır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyi (MEDİA) İcraçı direktorun müavini Natiq Məmmədli parlamentdə İnzibati Xətalar Məcəlləsi, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlara dəyişiklik layihələrinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, qanun qadağandan daha çox, uşaqlar üçün yeni imkanlar yaradan vasitə kimi tətbiq olunmalıdır: "Biz uşaqlara onlar üçün faydalı olan informasiyalardan istifadəni təklif etməliyik".
N.Məmmədli deyib ki, rəqəmsal mühitdə maarifləndirici resurslar artırılmalıdır:
"18 yaşa qədər rəqəmsal düşüncə uşaq və gənclərdə formalaşdırılmalıdır. Rəqəmsal reallığın pozitiv tərəfləri də çoxdur".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 08 İyun 2026 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















