Uşaqları ağladıb videoya çəkib, alətə çevirməyin
Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Müğənni Nura Suri uşaqların manipulyasiya vasitəsinə çevrilməsinə etiraz edib.
Axşam.az xəbər verir ki, sənətçi bununla bağlı sosial şəbəkədə yazıb. O, uşaqların danışdırılaraq, ağladılaraq videoya çəkilməsini və təxribat xarakterli suallarla sarsıdılmasını tənqid edib:
“Kişilərin qız uşaqlarını manipulyasiya alətinə çevirməsi çox pis təsir bağışlayır. Uşaqları danışdırıb, ağladıb videoya çəkərək paylaşırlar. Təxribat xarakterli suallar verib onları sarsıdırlar, travma yaşadırlar. Uşaqları alətə çevirməyin. Öz sözlərinizi onların dilindən səsləndirməyin. Övladlarınızı necə tərbiyə etdiyinizə qarışmaq haqqımız yoxdur. Amma uşaqlardan istifadə edib onlara travma yaşatdığınız zaman bu, yalnız sizin şəxsi məsələniz olaraq qalmır. Belə davranışınızla insanların sərt reaksiyasına və həmin uşaqları qorumaq üçün müdaxilə etməsinə özünüz əsas yaradırsınız".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 13 Oktyabr 2026 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















