Uşaqları gələcəyə hazırlayan kitab
Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Fəridə HÜSEYNOVA
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Xarici dillər kafedrasının müdiri, dosent
Dünya elminin açarı olan "Qeyri-səlis məntiq" anlayışını Azərbaycana ilk dəfə olaraq gətirən və Azərbaycan elminin bu sahədəki yeniliklərini dünyaya çatdıran görkəmli alimlərimiz Kamal Abdulla və Rafiq Əliyev "Dədə Qorqud və Qeyri-səlis məntiq", "Qeyri-səlis məntiq və dil-nitq kitab"ından sonra ictimaiyyətə yeni bir töhfə vermişlər. Bu yolu davam etdirərək görkəmli bilim adamı Ziya Səlcuq ilə birlikdə onlar "Uşaqlar üçün Qeyri-səlis məntiq" kitabını nəşr etdirmişlər.
Kitab uşaqlar üçün nəzərdə tutulsa da, qeyri-səlis məntiq əsasında düşünmək olar ki, "uşaq" hər yaşda olur və burada yazılanlar "bütün uşaqları"n maraq dairəsinə aiddir.
Hörmətli alimlərimiz bu kitabı yazmaqla, gənclərimizə ətrafımızda müşahidə olunan real sistem və hadisələri ümumiləşdirmələr əsasında deyil, məhz Zadənin qeyri-səlis nəzəriyyəsini tətbiq edilməklə öyrənməyi tövsiyə edirlər. Yəni insana xas olan mürəkkəb problemlərini, təfəkkürün aşkar və gizli məqamlarını, həmin problemlərin maraqlı tərəflərini sadə, lakin aydın şəkildə, şagird təfəkkürünün qəbul edəcəyi tərzdə izah edirlər.
Burada bir deyim yada düşür, hələ 18-ci əsrdə Rotshildlər sülaləsindən olan Baron Nathan bildirirdi ki, informasiya gücdür, yalnız ona malik olan insan gələcək dünyanı idarə edə bilər. Bu deyim ilə bugünkü gənclərimiz arasında olan böyük bir bağlılıq vardır.
Məhz bu gün kompüter dövrünün insanları, sosial media və onlayn mühitdə daha çox vaxt keçirən gənclərimiz "informasiya bolluğu" yaşadıqları üçün onları, "Yeni nəsil" adlandırırlar və düşünürük ki, bu ağıllı gənclər gələcək dünyamızın idarəediciləri olacaqlar.
Lakin informasiya bolluğunun gənclərimiz üçün müsbət tərəfləri olduğu kimi, onların bu informasiya bolluğu içində "boğulmaq" təhlükəsi də vardır. Gündəlik həyata inteqrasiya oluna bilən bir informasiyanın mənbəyi, onun necə yarandığı, təbii dildə necə emal olunduğu, ötürüldüyü, hansı maneələrlə rastlaşdığı barədə gənclərin heç bir təsəvvürləri olmadığından, məhz bu məqamda müəlliflərin yeni yazılan kitabı, Zadənin qeyri-səlis nəzəriyyəsi, obyektiv aləmdəki və həyatımızdakı əks qütblər, onların çalarları kimi fəlsəfi fikirlər gənc nəslimizin dünyagörüşünün artırılmasına böyük köməklik göstərə bilər.
"Uşaqlar üçün Qeyri-səlis məntiq" kitabında, Zadə məntiqi qədim filosofların düşüncələri, epistemism, sorit paradoksunun müddəaları və s. biliklər sadə və aydın şəkildə misallar ilə müqayisə olunur ki, bu da informasiya əsrinin gənclərinin düşüncə və duyğu tarazlığını qorumaq, onların düşünərək təhlil etmək bacarıqlarını geniş şəkildə inkişaf etdirilməsinə yönəlmişdir. Bu kitabın uşaqları psixoloji-emosional cəhətdən də gələcəyə hazırlayan bir əsər olduğunu da vurğulamaq lazımdır.
Əlavə olaraq qeyd etmək lazımdır ki, "Uşaqlar üçün Qeyri-səlis məntiq" kitabında dil və nitq hadisələri, dilin dərinliyində duran təqribilikləri uşaqlara izah edilməklə bu sahədə bir sıra yeni və maraqlı müddəalar irəli sürmüşlər ki, bu da dünyəvi biliklərimizin daha dəqiq və aydın şəkildə dərk edilməsi üçün böyük bir addımdır.
Müasir dövrün sürətli tempi və informasiya yükü gənclərdən həm emosional, həm də zehni davamlılıq tələb edir. Bu baxımdan, informasiya əsrinin doğurduğu yeni çağırışlar, diqqət və motivasiya çətinlikləri, həmçinin özünü ifadə kimi psixoloji-emosional bacarıqların inkişaf etdirilməsi də kitabın əsas məqsədlərindəndir.

Kitabda, müasir çağırışlar fonunda gənclərin gündəlik həyatlarında tətbiq edə biləcəkləri sadə, amma təsirli və ibratəmiz misallar əsasında bir sıra çətin məsələlərə izahlar verilir ki, bu da uşaqların psixoloji sabitliyi üçün də çox vacib məsələlərdəndir.
Məktəb şagirdləri ilə tez-tez görüşlər keçirən alimlərimiz uşaqların istək və arzularından irəli gələn müəllim-şagird münasibəti, sərbəst fikir bildirmək, tənqiddən çox uşaqları dinləyib sualların cavablandırılması, maraqlarının dünyəvi biliklər əsasında təcrübələrlə isbat edilməsi kimi uğurlu "Məktəb-müəllim-şagird" modelini yarada bilmişlər.
Alimlərimizlə uşaqlar arsındakı bu cür səmimi münasibət və yanaşma gənclərin həm fərdi, həm də qrup şəklində özlərini ifadə etmələrinə və sosial bacarıqlarını inkişaf etdirilməsinə də geniş şərait yaradır. Əlbəttə ki, burada da alimlərimiz gənclərimizin psixoloji rifahını yalnız fərdi məsələ kimi deyil, həm də ümumi sosial məsuliyyət kimi qəbul edirlər.
Bundan əlavə, uşaqlar çox əhatəli şəkildə informasiya yaradılmasında dilin çətinlikləri, onların aradan qaldırılması yolları, hedclərin yaratdıqları qeyri-səlis münasibətlər "Dədə Qorqud" və "İlliada"dan misallar göstərməklə ətraflı şəkildə izah olunur. İnsan düşüncəsi "polad beyin" ilə müqayisə olunur və kompüter dilində yaranan fəsadlar izah olunur.
Kitabda dilçilik bilikləri riyazi biliklərlə bir arada aşılanır. Əlbəttə ki, riyazi çoxluqların funksiya, universum kimi anlayışları köməyə gəlir və hətta uşaqlara maşın dilinin simvollarının mahiyyəti təsvir edilir.
Uşaqlara "qeyri-səlis məntiq" nəzəriyyəsinin dörd faseti (qeyri-səlis çoxluqlar, qeyri-səlis məntiq, epistemik və münasibətlər) izah olunur, real həyat ssenariləri əsasında olan biliklərimizin bir sıra həqiqət dərəcələrinin üzə çıxarılması yenə də əsas məqsəd daşıyaraq şagirdin başa düşəyəci tərzdə misallarla çatdırılır.
Qeyri-səlis çoxluqların köməyilə müəlliflər yeni modellər əsasında gənclərə ümumiləşdirmədən konkretliyə keçid etməyi, tam müsbət və ya tam mənfi yanaşmalardan uzaqlaşmağı bir sıra nümunəvi misalların əsasında təklif edir. Bilik bir növ böyük nəsihəti ilə elmi dil vasitəsilə izah olunur.
Qeyd olunan əsərdə alimlər real aləmin saya-hesaba gəlməyən zəngin və rəngarəng çalarlarının, hələ də açılmamış bir çox dünya sirlərinə təhriflərdən uzaqlaşmaqla sistemli şəkildə qeyri-səlis məntiq əsasında yanaşmağı məsləhət görürlər. Bütün bunlar uşaqların müsbət psixoloji-emosional cəhətlərini nəzərə almaqla hadisələrə real yanaşmağa, üzləşdikləri problemləri daha dəqiq dərk etməyə kömək edir. Gözlərini 5 dəqiqə yumub kainatın Sonsuzluğunu müşahidə edərkən, yalnız bununla maraqlanan və bu yoldakı digər hadisələri sezməyən şagird "məndə alınmır" deyə narahat olur. Digər şagird də onun kimi "məndə alınmır" deyə rahatsız olur. Lakin müəllim kainatın sonunu görməyə tələsən şagirdləri "məndə də əvvəl alınmırdı, səbirli olun, 5 dəqiqə müşahidə edin" deyib onları sakitləşdirir. Beləliklə, uşaqlar ətrafda olanların səbəbini özlərində deyil, kainatda olduğuna inanırlar. Bu sadə təcrübə ilə uşaqların özünə inam hissi də gücləndirilir, gənclərin düşüncə və duyğu tarazlığını qorumaqla onlara müsbət emosional hisslər yaşadılır.
Məsələn, yeni bilik öyrətməkdən ötrü uşaqların maraq dairəsinə uyğun fəaliyyətlərin yerinə yetirilməsi onların qərar vermə bacarıqlarının da gücləndirilməsinə yönəlir.
Kitabda araşdırılan bütün məsələlər öz-özlüyündə uşaqlar üçün bu istiqəmətdə yeni perspektivlər aça bilər. Beləliklə, kitabın bütün fəsillərində, insan zəkasının çətinlik çəkdiyi bir sıra məsələlərə uşaqların başa düşəcəyi tərzdə, ibrətamiz misallarla aydınlıq gətirilmişdir ki, bu da uşaqların aləmi dərk etmə qabiliyyətinin inkişaf etdirilməsinə yönəldilmişdir.
Baxış sayı:22
Bu xəbər 30 Yanvar 2026 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















