Icma.az
close
up
RU
Uşaqları Mavi Balina dan necə qoruyaq? Valideynlərə XƏBƏRDARLIQ

Uşaqları Mavi Balina dan necə qoruyaq? Valideynlərə XƏBƏRDARLIQ

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Dünyanın bir çox ölkəsində ortaya çıxan, çox sayda uşağın ölümünə səbəb olan "Mavi Balina" oyununun yeni qurbanlarının olması ilə bağlı iddialar yayılıb.

Oxu.Az xəbər verir ki, sözügedən oyunun müxtəlif vaxtlarda Azərbaycanda da qurbanlarının olduğu iddia edilib.

Məsələn, 2019-cu il iyunun 19-da Şəki rayonunun Oxut kənd sakini, 2005-ci il təvəllüdlü Elgün Kəmran oğlu Məmmədli özünü yaşadığı evin həyətyanı sahəsində ağacdan asaraq intihar edib. Bəzi iddialara görə, o, "Mavi Balina" oynayıb və oyunun təsiri altında həyatına son qoyub.

2017-ci il oktyabrın 15-də Şamaxının Xilmilli kəndində 16 yaşlı gənc özünü asıb. Gəncin "Mavi Balina" oynadıqdan sonra intihar etdiyi iddia olunurdu.

Həmin ilin dekabrın 4-də Ağdaş rayonu Nehrəxəlilli kənd sakini, 7-ci sinif şagirdi İsmayıl Adıgözəlov yaşadığı evin həyətində yerləşən tövlədə özünü asaraq intihar edib. İntiharın adıçəkilən oyun səbəbindən baş verdiyi bildirilib.

2018-ci il iyunun 25-də Tovuz rayonunun Əlimərdanlı kənd sakini, 2004-cü il təvəllüdlü Heydər Mahmud oğlu Yusifovun da meyiti yaşadığı evin həyətində asılmış vəziyyətdə aşkar edilib. Atası övladının "Mavi Balina" oynadığını və bu səbəbdən intihar etdiyini deyib.

2019-cu il fevralın 9-da Kürdəxanı qəsəbəsində 16 yaşlı Əli Quluzadə də özünü asaraq intihar edib. Yeniyetmənin valideynləri onun internetdə "Mavi Balina" adlı oyun oynadığını bildiriblər.

Bu yaxınlarda Yardımlıda intihar edən Ələkbər Şükürlünün də "Mavi Balina" adlı oyunun təsiri altına düşdüyü bildirilir.

İddia olunur ki, 9-15 yaşlı uşaqlar bu oyunun qurbanı olurlar. Fərqli tapşırıqlardan sonra 50-ci mərhələdə intihar əmri verilir.

Bəs görəsən, bu tip təhlükəli oyunlar oynayan uşaqların psixoloji vəziyyəti necə olur və valideynlər övladları ilə necə rəftar etməlidirlər?

Oxu.Az mövzu ilə bağlı psixoloq Elmir Əkbərin fikirlərini öyrənib.

O qeyd edib ki, ölkələrin xüsusi xidmət orqanları bu oyunlar ilə bağlı ölçü götürsələr də, bu məsələ müəyyən zaman periodlarda yenidən gündəmə gəlir:

"Bu oyunlardan ən çox səs-küy yaradanı "The blue whale" (Mavi Balina - red.) olub. Bir dönəm həmin oyunun ciddi mənfi nəticələri olmuşdu. Amma bu o demək deyil ki, intihara sövq etməyən oyunlar daha az zərərlidir. Hər şey uşaqların telefon, kompüter üzərindən oyun asılılığından başlayır. Sonra həmin vərdiş pullu oyunlara, qumara çevrilir. Bu mövzuya görə evlər dağılır, ailələr müflisləşirlər.

Bizim ən böyük problemimiz həqiqətləri insanların eşitmək istəməməsidir. Bəzi valideynlər başlarını qumun içində gizlətməklə özlərini görünməz hesab edirlər. Bu cür intihar hadisələrində ən böyük məsuliyyət valideynlərin çiynindədir. Fikir verirəm, 90 faiz hallarda müəllimlər daha yaxşı mövqe tuturlar, nəinki valideynlər. Ümumiyyətlə, cəmiyyətdə ziyalı təbəqəyə qarşı qeyri-adekvat münasibət hökm sürür. Valideynlər israr edirlər ki, səhvlərini heç kim dilə gətirməsin".

Ekspert vurğulayıb ki, bütün bu hadisələrin kökündə valideynlərin övladlarına olan diqqəti dayanır:

"Valideynlər qəbul etmək istəmirlər ki, zaman dəyişib. Danışanda deyirlər ki, bizim vaxtımızda belə deyildi. Elə deyildi, çünki həmin dövr başqa idi, indi hər şey dəyişib. Mən demirəm ki, mobil telefon, kompüter, sosial şəbəkə pisdir. Lakin təhlükəli tərəfləri var. Uşaqlar artıq asosiallaşıb, onlar münasibətləri virtual dünyada qurmağa çalışırlar. Bu da psixoloji problemlərə, reallıqla əlaqələrin kəsilməsinə gətirib çıxarır. Real dünyadan ayrılaraq virtual aləmə qapanırlar, orada tələyə düşürlər.

Valideynlər övladlarının psixoloji durumuna həssas, diqqətli yanaşmalıdırlar. Onlar bəzən anlamırlar ki, uşaqda baş verən adi dəyişiklik gələcəkdə formalaşacaq ağır xəstəliyin ilkin əlamətidir. Buna görə də həkim psixoterapevt müayinəsi mütləqdir. Təəssüf ki, ətrafdakılar da valideynə deyirlər ki, əşi, boş şeydir, keçid dövrüdür, düzələcək. Lakin sabah uşaqda şizofreniya aşkarlananda, qumara qurşananda, içki aludəçisi olanda əziyyəti valideyn çəkir, kənardan "qorxma" deyənlər yox.

Sözügedən problemin ortaya çıxmasında digər səbəb cahillik və qaragüruha meyillilikdir. Baxıcılar, cadugarlar uşaq müalicə etmirlər, bunu birdəfəlik öyrənməliyik".

O əlavə edib ki, ağır psixoloji xəstəliklər bəzi vacib əlamətlə özünü büruzə verir:

"Uşaq özünə qapanır, ünsiyyəti kəsir, əvvəl zövq aldığı şeylərdən artıq zövq almır, dostları ilə əlaqəni kəsir və sair. Digər əlamətlər isə odur ki, uşaq valideynlərinə, yaxınlarına qarşı əsassız ittihamlar edir, başqalarına qarşı qəribə aqressiya və şübhə ilə yanaşır.

Bir məsələni də qeyd edim, qarşıdan imtahanlar gəlir. Bütün valideynlər uşaqlarının psixoloji vəziyyəti ilə maraqlanırlar? Xeyr. İmtahandan kəsilən uşaqların əksəriyyəti savadsızlıqdan yox, təşvişdən, həyəcandan kəsilirlər. Sonra uşaqların həyatı alt-üst olur, depressiyaya girirlər, həyatdan əllərini üzürlər, intihara cəhd edirlər".

Məhərrəm Əliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:264
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Fevral 2025 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see452

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see280

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see278

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see265

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see257

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see251

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see250

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see235

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see233

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see221

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see220

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see220

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see218

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see218

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see217

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see211

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see207

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see201

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri