Icma.az
close
up
RU
18 Oktyabr Azərbaycan xalqının azadlıq iradəsi, milli qürurunun və dövlətçilik əzminin rəmzi

18 Oktyabr Azərbaycan xalqının azadlıq iradəsi, milli qürurunun və dövlətçilik əzminin rəmzi

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 18 oktyabr, AZƏRTAC

Tarixdə elə günlər var ki, onlar sadəcə bir təqvim tarixi deyil, bütöv bir xalqın taleyində dönüş nöqtəsi, milli yaddaşın parlaq səhifəsidir. 18 Oktyabr Azərbaycan xalqının azadlıq iradəsinin, milli qürurunun, dövlətçilik əzminin rəmzidir. Bu gün Azərbaycan xalqının əsarətdən azad olub, öz tarixi taleyinə sahib çıxdığı, müstəqilliyini bərpa etdiyi şanlı gündür. Bu tarix 1 əsrlik həsrətin sona çatdığı, millətin azadlıq ideallarının reallaşdığı, dövlət bayrağımızın yenidən azad səmalarda dalğalandığı gündür. 18 Oktyabr bizə xatırladır ki, azadlıq heç vaxt verilmir onu qazanmaq üçün xalqın iradəsi, birliyi və inamı gərəkdir.

Bu gün biz həmin müqəddəs tarixi böyük qürur və iftixarla xatırlayır, müstəqilliyimizi bizə bəxş edən, onu qorumaq və ucalara qaldırmaq uğrunda mübarizə aparan bütün qəhrəmanlarımızın əziz xatirəsini ehtiramla anırıq. 18 Oktyabr Azərbaycanın müstəqilliyinin bərpası günüdür. Müstəqilliyin bir əsrdə ikinci dəfə elan olunduğu gündür. Hər birimiz çox yaxşı bilirik ki, Azərbaycanın son bir əsrlik tarixinin keşməkeşli səhifələri nə qədər ağır yüklüdür. Azərbaycanın ilk müstəqillik dövrü çox təəssüflər olsun ki, çox qısa ömür sürdü. Cəmi 23 ay yaşayan Azərbaycan Demokratik Respublikasının taleyi yarımçıq qaldı. Bunun hansı səbəblərdən baş verdiyini isə hər birimiz tarix kitablarından, arxiv materiallarından yaxşı bilirik.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Jalə Əliyeva bildirib. O qeyr edib ki, xalq 70 il ərzində yenidən müstəqil olmaq arzusu ilə yaşadı, gözlədi və nəhayət, rejimin çökməyə başladığı, SSRİ imperiyasının təməllərinin sarsıldığı bir zamanda xalq öz istəyini, illərdən bəri müstəqil yaşamaq, öz dövlətinə sahib olmaq, öz ənənələrini, dilini, dinini yenidən yaşatmaq və gələcək nəsillərə müstəqil bir ölkənin atributları kimi təqdim etmək arzusu ilə meydanlara çıxdı və öz müstəqilliyini növbəti dəfə elan etdi.

Bu, elə bir dövr idi ki, Azərbaycan həm daxildə, həm də xaricdə böyük çətinliklərlə qarşılaşmışdı. O zamankı adla “Dağlıq Qarabağ” ərazisində Azərbaycana, onun torpaqlarına və insanlarına qarşı böyük bir ayrı-seçkilik, diskriminasiya, eyni zamanda təcavüz planı həyata keçirilməyə başlanmışdı. Azərbaycan həm torpaqlarını itirir, həm də torpaq itkisi təhlükəsi ilə üz-üzə qalırdı. İnsanlar artıq qaçqın və köçkün vəziyyətinə düşmüşdülər. Sovet imperiyasının boyunduruğu altında qalmaq isə Azərbaycana heç bir müsbət, firavan gələcək vəd etmirdi.

“Xalq ayağa qalxdı, müstəqilliyini elan etdi. Lakin son 30 illik tariximiz bir daha göstərdi ki, müstəqilliyi əldə etməkdən çox onu qorumaq qat-qat çətindir. Biz bunu yaşadıq, gördük. Hər birimiz o günlərin canlı şahidiyik, hər birimiz o tarixin yazarlarıyıq. 1992-ci ildən bu yana Azərbaycan hansı problemlərlə üzləşdi? Ölkə demək olar ki, məhv olmaq, parçalanmaq, dünya xəritəsindən silinmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdı.

Xaos, ikitirəlik, vətəndaş qarşıdurması, iqtisadi böhran, çörək növbələri, insanların səhər evdən çıxıb axşam salamat qayıtmaq əminliyinin olmaması, çevriliş cəhdləri, ölkənin şimalında, cənubunda, şərqində, qərbində müxtəlif separatçı qrupların yaranması və ya yaradılması – bütün bunlar 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərinə təsadüf edən, Azərbaycanın təəssüf doğuran, burulğanlı və fırtınalı dövrünün gerçəklikləri idi.

Elə həmin dövrdə xalq bir daha öz müdrik addımını atdı. Öz gələcəyini, sabit və əmin-aman gələcəyini təmin etmək üçün xalq Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Xalq öz qurtuluşunu məhz Heydər Əliyevin yenidən hakimiyyətə gəlişində görürdü. Zaman da göstərdi ki, xalq yanılmamışdı.

Ötən 30 illik tarix sübut etdi ki, Azərbaycanın qurtuluşu, bugünkü nailiyyətləri, inkişafı, uğurları və gələcəyə doğru inamla addımlamasının arxasında məhz Heydər Əliyev siyasəti, onun müdrikliyi, dünya görüşü və nüfuzu dayanır.

Bu gün biz həmin siyasətin bəhrələrini görürük. Həm siyasi, həm iqtisadi, həm də mənəvi mənada bu xəttin davamçısı olan, bundan 22 il əvvəl xalqın yekdil səsi ilə prezident seçilən Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi, dəmir yumruğu və dəmir gücü sayəsində Azərbaycan bu gün böyük uğurlara imza atır. Azərbaycan artıq dünyanın ən önəmli dövlətləri sırasında yer almaqdadır”, - deyə deputat əlavə edib.

J.Əliyeva vurğulayıb ki, Azərbaycanın, ölkə başçısı İlham Əliyevin nüfuzu Şərqdən Qərbə – uzaq Çinlə ABŞ arasında uzanan böyük bir coğrafiyada - hər keçən gün daha da artmaqdadır. Bunu beynəlxalq görüşlər, imzalanan müqavilələr, həyata keçirilən nəhəng layihələr də sübut edir: “Bu gün biz müstəqilliyimizin növbəti ildönümünü qeyd edərkən tam əminliklə deyə bilərik ki, Azərbaycanın müstəqilliyi, Azərbaycanın suverenliyi əbədidir, sarsılmazdır, dönməzdir. Biz xalqımıza, dövlətimizə və prezidentimizə müstəqil Azərbaycanımızda yeni-yeni uğurlar və nailiyyətlər arzulayırıq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Oktyabr 2025 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see155

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see150

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see128

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri