Icma.az
close
up
RU
“Uşaqları məcbur edirlər” Məktəblərdə hicabla bağlı MÜBAHİSƏ

“Uşaqları məcbur edirlər” Məktəblərdə hicabla bağlı MÜBAHİSƏ

Icma.az bildirir, Yenisabah portalına istinadən.

“Bizim dövlətimiz dünyəvi dövlətdir və təhsilimiz də dünyəvi prinsiplər əsasında qurulub. Buna görə də hesab edirəm ki, dünyəvi təhsilin qaydalarına uyğun olaraq, dini geyimlərin məktəblərdə tətbiqi məqsədəuyğun deyil. Ola bilər ki, gələcəkdə Elm və Təhsil Nazirliyi bu məsələ ilə bağlı ortaq bir həll yolu tapsın və müəyyən qaydalar tətbiq etsin. Ancaq hazırkı şəraitdə təkcə dini geyimlərə deyil, ümumilikdə müxtəlif aksesuarlara da məhdudiyyət qoyulub. Yəni şagirdlərə yalnız dini geyimlərdən deyil, eyni zamanda digər əlavə geyim və aksessuarlardan istifadə etməyə də icazə verilmir”.

Bunu “Yeni Sabah”a Fəlsəfə və Sosiologiya İnstitutunun, Rəqəmsal sosiologiya və sosioloji tədqiqatlar şöbəsinin müdiri, elmlər doktoru, dosent Səadət Məmmədova deyib. O bilirib ki, cəmiyyətdə elə ailələr var ki, uşaqlarını, xüsusilə də azyaşlı qızlarını məcburi şəkildə örtünməyə vadar edirlər:

“Hesab edirəm ki, ölkəmizdə vicdan azadlığı təmin olunur və dinə münasibət də azad seçim prinsipi əsasında qurulmalıdır. Cəmiyyətdə elə ailələr var ki, uşaqlarını, xüsusilə də azyaşlı qızlarını məcburi şəkildə örtünməyə vadar edirlər. Məncə, bu, müəyyən mənada dinin öz prinsiplərinə də ziddir. Çünki insanın dini seçimləri şüurlu şəkildə etməsi, müəyyən yaşa çatdıqdan sonra bu barədə qərar verməsi daha doğrudur. Heç kim dini geyim geyinməyə məcbur edilməməlidir. pizza mizza

Düşünürəm ki, uşaqlar müəyyən yaşa çatdıqdan və bu seçimin mahiyyətini dərk etdikdən sonra dini geyimlərdən istifadə etmək istəyirlərsə, buna özləri qərar verməlidirlər. Azyaşlı uşaqların seçim azadlığı olmadan ailələri tərəfindən örtünməyə məcbur edilməsi onların hüquqlarının pozulması kimi qiymətləndirilə bilər.

Bu baxımdan hesab edirəm ki, təhsil sahəsində müəyyən edilmiş qaydalar dövlətimizin Konstitusiyasına və qanunvericiliyinə əsaslanır. Həmin qaydalar yalnız müəyyən bir dini qrupa deyil, ümumilikdə bütün şagirdlərə şamil olunur

Eyni zamanda, ölkəmizdə tolerantlıq ənənələrinə, dini və vicdan azadlığına hörmətlə yanaşılır. Məktəbdə hər hansı dini geyim və ya aksesuara məhdudiyyət qoyulması o demək deyil ki, şagirdlər məktəbdən kənarda namaz qıla, digər dini ayinləri yerinə yetirə və ya məscidə gedə bilməzlər. Sadəcə, hər bir təhsil müəssisəsində həmin müəssisənin daxili qaydalarına riayət olunmalıdır”.

S.Məmmədova qeyd edib ki, bu məsələdə cəmiyyətin, xüsusilə də valideynlərin maarifləndirilməsinə ehtiyac var:

“Valideynlər uşaqların da hüquqlarının olduğunu, onların öz seçimlərini sərbəst şəkildə etmək imkanına malik olmalarının vacibliyini anlamalıdırlar. Mən özüm də şahidi olmuşam ki, 6-9 yaşlı qız uşaqları məcburi şəkildə örtünürlər. Lakin həmin uşaqlar 15-16 yaşlarına çatdıqda örtükdən imtina edirlər. Bu da onu göstərir ki, seçim məcburiyyət əsasında deyil, şüurlu qərar nəticəsində edilməlidir.

Təhsilin də özünəməxsus müddəti və məqsədləri var. Şagirdlərin məktəbdə olduğu dövrdə onların təhsilinə, bilik və bacarıqlarının inkişafına üstünlük verilməlidir. Buna görə də hesab edirəm ki, təhsil prosesində müəyyən edilmiş qaydalara riayət olunması daha məqsədəuyğundur.

Müəllimlərin dini geyimlərdən istifadəsinə gəlincə, məktəblərdə bu halla geniş şəkildə rastlaşmamışam. Müxtəlif kurslarda örtülü müəllimlər görmüşəm, ancaq məktəblərdə belə hallarla, demək olar ki, qarşılaşmamışam.

Düşünürəm ki, məktəblərdə vahid geyim qaydaları tətbiq edilirsə, müəllimlər də həmin qaydalara riayət etməlidirlər. Müəllimlər artıq öz seçimlərini edə bilən yetkin insanlardır. Bununla belə, hesab edirəm ki, ortaq yanaşmanın müəyyənləşdirilməsi və mümkün həll yollarının müzakirəsi yolu ilə bu məsələyə aydınlıq gətirmək olar.

Dini azadlığın qorunması dövlətin qanunlarına və müəyyən edilmiş qaydalara əməl edilməsini istisna etmir. Mən bu məsələyə dini və vicdan azadlığına hörmətlə yanaşmaqla yanaşı, qanunvericiliyin tələblərinə riayət olunması baxımından yanaşıram”.

Aydan Hacı 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 13 Oktyabr 2026 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see481

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see374

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see365

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see361

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see337

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see332

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see289

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see272

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see267

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see254

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see245

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see242

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see240

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see237

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see229

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see225

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see220

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see213

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see205

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri