Icma.az
close
up
RU
Aztəminatlı ailələrin uşaqları özəl məktəblərdə oxusun KONKRET

Aztəminatlı ailələrin uşaqları özəl məktəblərdə oxusun KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Təhsildə keyfiyyətin artırılması ilə yanaşı, maddi imkanları məhdud ailələrdən olan istedadlı şagirdlərin də geniş təhsil imkanlarına çıxışının təmin edilməsi mühüm məsələlərdəndir. Xüsusilə yüksək bal toplayan, fənn olimpiadalarında və müxtəlif müsabiqələrdə uğur qazanan, lakin ailəsinin maddi vəziyyətinə görə ödənişli məktəblərdə təhsil almaq imkanı olmayan uşaqlar üçün dövlət tərəfindən xüsusi dəstək mexanizminin yaradılması təklif olunur.

Bununla yanaşı, potensiallı uşaqların fərdi inkişafına imkan verən xüsusi təmayüllü internat məktəblərinin sayının artırılması da təhsil sistemində yeni imkanlar yarada bilər.

Bəs aztəminatlı ailələrdən olan istedadlı şagirdlərin özəl məktəblərdə dövlət hesabına təhsil alması və xüsusi təmayüllü internat məktəblərinin sayının artırılması Azərbaycanda tətbiq oluna bilərmi?

İstedadlı uşaqlar üçün dövlət hesabına özəl təhsil

Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, belə bir model xarici ölkələrdə tətbiq olunur. Onun sözlərinə görə, yüksək nəticə göstərən, lakin aztəminatlı ailələrdən olan şagirdlərin özəl təhsil müəssisələrində dövlət hesabına oxumasına imkan verən layihələr mövcuddur.

Ekspert qeyd edib ki, Azərbaycanda da bu istiqamətdə müəyyən addımlar atmaq mümkündür:

“İmtahan nəticəsində yüksək bal toplayan aztəminatlı ailələrin uşaqlarının dövlət hesabına özəl təhsil müəssisələrində təhsil almasına müvafiq dəstəyin göstərilməsi ilə bağlı layihələr var. Bu layihələrə qoşulan şagirdlər müxtəlif istiqamətlərdə dövlət dəstəyindən faydalanaraq təhsillərini özəl təhsil müəssisələrində davam etdirmək imkanına malik olurlar”.

Kimlərə üstünlük verilə bilər?

R.Nurəliyevin fikrincə, Azərbaycanda belə mexanizm tətbiq edilərsə, xüsusilə respublika fənn olimpiadalarında və müxtəlif müsabiqələrdə yüksək nəticələr əldə edən şagirdlərə üstünlük verilə bilər.

Onun sözlərinə görə, belə şagirdlərin həm özəl təhsil müəssisələrində, həm də dövlət məktəblərində yaradılan təmayül siniflərində təhsil almasına dəstək göstərilməsi mümkündür.

“Potensiallı uşaqları xarici ölkələrdən cəlb edirlərsə, biz öz potensialımızı özümüz də dəyərləndirə bilərik. Öz potensialımızdan istifadə edə bilərik. Bu, dünya dövlətləri tərəfindən həyata keçirilirsə, biz niyə etməyək?” – deyə ekspert vurğulayıb.

Təhsil xərclərini dövlət qarşılamalıdır?

Ekspert hesab edir ki, ailənin maddi imkanlarının məhdud olması istedadlı uşağın keyfiyyətli təhsil almaq imkanını məhdudlaşdırmamalıdır.

Onun sözlərinə görə, şagirdin özəl məktəbdə təhsil alması üçün müəyyən vəsait tələb olunursa, həmin xərclərin dövlət tərəfindən qarşılanması ilə bağlı müvafiq mexanizm hazırlana bilər.

R.Nurəliyev bildirib ki, belə layihə çərçivəsində özəl təhsil müəssisələrinə qəbul zamanı yüksək akademik göstəriciləri, olimpiada və müsabiqələrdə uğurları ilə seçilən şagirdlər müəyyən meyarlar əsasında müəyyənləşdirilə bilər.

“Aztəminatlı ailədən olan, lakin savadlı, olimpiadada yüksək nəticə göstərən və müəyyən potensiala malik şagirdlər varsa, onların bu layihə çərçivəsində təhsil haqları və digər maddi xərcləri dövlət tərəfindən qarşılana bilər”.

Yeni mexanizm necə işləyə bilər?

Beləliklə, təhsil ekspertinin təklif etdiyi modeldə dövlət dəstəyinin yalnız ailənin sosial vəziyyətinə deyil, həm də şagirdin akademik göstəricilərinə və potensialına əsaslanması nəzərdə tutulur.

Bu yanaşmanın Azərbaycanda tətbiqi üçün bir sıra məsələlərin dəqiqləşdirilməsi vacibdir. İlk növbədə, dövlət hesabına təhsil almaq hüququ verən seçim meyarları müəyyənləşdirilməlidir. Eyni zamanda maliyyələşmə mexanizmi, özəl təhsil müəssisələrinin seçimi və dövlət dəstəyindən yararlanacaq şagirdlərin müəyyənləşdirilməsi ilə bağlı şəffaf qaydalar hazırlanmalıdır.

Belə bir model tətbiq edilərsə, maddi imkanları məhdud ailələrdən olan istedadlı uşaqların daha keyfiyyətli təhsil almaq imkanları genişlənə bilər. Bununla yanaşı, dövlət məktəblərində təmayül siniflərinin və xüsusi təmayüllü internat məktəblərinin inkişafı da potensiallı şagirdlərin fərdi bacarıqlarının üzə çıxarılmasına xidmət edə bilər.

Aynurə İsmayıl

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://konkret.az
archiveBu xəbər 16 Sentyabr 2026 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri