Icma.az
close
up
RU
Uşaqları məktəbə necə hazırlayaq? Professordan TÖVSİYƏLƏR

Uşaqları məktəbə necə hazırlayaq? Professordan TÖVSİYƏLƏR

Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Məktəbin başlanğıcı - həyatda keyfiyyətcə yeni bir dövr və uşağın orqanizminə bir növ psixoloji yükdür.

Məktəblə tanışlığın ilk təəssüratlarının müsbət olması və sağlamlığına mənfi təsir etməməsi üçün uşağınıza necə kömək edə bilərsiniz?

Lent.Az xəbər verir ki, sözügedən sualı Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq xəstəlikləri kafedrasının professoru, tibb elmləri doktoru Hüseyn Qabulov cavablayıb.

Professorun sözlərinə görə, bu məsələdə valideynlərin rolu əvəzsizdir:

“Körpənin həyatında yeni bir vacib mərhələyə alışmasını asanlaşdıran bəzi sadə tövsiyələr və məsləhətlər vermək istərdim. Övladınızı məktəbə qabaqcadan zehni və fiziki hazırlamağa başlayın. Məktəbdə oxumağın niyə vacib və zəruri olduğunu izah edin. İdeallaşdırmadan, eyni zamanda, məktəb haqqında mənfi danışmadan maraqlı, maarifləndirici, əyləncəli məktəb təcrübələrinizi paylaşın. Tədricən gələcək şagirdə dərslərə vaxtında gəlmək üçün səhər tezdən qalxmağı, arzu olunan oyanma vaxtına yaxınlaşdırmağı öyrədin. Tədris ili başlamazdan öncə, məktəbin həyətində gəzintiyə çıxın, onu gələcək müəllimi ilə tanış edin, sinfi göstərin. Bu, uşağın yeni mühitə alışmasını asanlaşdıracaq”.

H.Qabulov bunun üçün valideynlərə tövsiyələr verib:

“Evdə, əyləncəli formada bir məktəb dərsinin səhnəciyini yaradın: stullar qoyun, potensial bir şagirdi, bacı-qardaşlarını otuzdurun, əgər yoxdursa, uşağın sevimli oyuncaqlarından istifadə edin və s. Sadə suallar verin, uşağınızı düzgün cavab verməyə təşviq edin, məktəbdə və dərs zamanı partada davranış qaydalarını izah edin. Ümumiyyətlə, hər şey valideynlərin təxəyyülündən və yaradıcılığından asılıdır. Uşağa qabiliyyətli olduğunu və məktəbdə onun böyük uğurlara nail edə biləcəyini demək vacibdir. Məktəb ləvazimatlarını mütləq şəkildə uşaqlarınızla birlikdə alın. Məsləhətləşin, dinləyin, lazım gələrsə izah edin və əsaslandırın ki, niyə siz bu və ya digər dəftəri, qələmi, qovluğu, çantanı almağı üstün tutursunuz. Gələcəkdə bu, uşağın ehtiyac duyduğu malları şüurlu şəkildə istifadə etməsini və almasını stimullaşdıracaq.

Övladınızın ilk məktəb günü unudulmaz, rəngarəng və əhəmiyyətli bir bayram kimi keçsin. Uşağınızla bu gün hansı yeməyi bişirəcəyinizi, bu əlamətdar hadisəni qeyd etmək üçün sevdiklərinizdən kimləri şam yeməyinə dəvət edəcəyinizi, harada gəzintiyə çıxacağınızı müzakirə edin”.

Professor əlavə edib ki, birinci sinif şagirdi həddindən artıq yükləmək məsləhət görülmür, xüsusən də birinci tədris ilinin əvvəlində, xarici dildə əlavə dərslər, musiqi və s. Bu, psixikaya düşən yükü artırır və körpənin görmə orqanını gərginləşdirir:

"Bu müddət ərzində gimnastika, açıq havada gəzinti və dərslərdən sonra axşamlar məktəbdə yeni hadisələrin müzakirəsi faydalı ola bilər. Müvafiq şərtlər və istəklər daxilində uşaq üzgüçülük, stolüstü tennis, rəqslə məşğul ola bilər. Fiziki fəaliyyət qan dövranını yaxşılaşdıracaq, immuniteti, yaddaşı gücləndirəcək və körpənin əhvalını qaldıracaq”.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see286

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see275

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see272

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see266

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see266

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see255

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see250

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see249

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see245

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see243

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see230

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see225

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see224

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see224

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see221

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see217

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see213

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see212

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see206

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri