Icma.az
close
up
RU
Uşaqların 63 faizindən çoxu sosial mediadan istifadə edir

Uşaqların 63 faizindən çoxu sosial mediadan istifadə edir

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sosial Tədqiqatlar Mərkəzinin 2025-ci il sorğusuna görə, məktəbyaşlı övladı olan respondentlərin 63,5%-i övladının sosial mediadan istifadə etdiyini, 36,5%-i isə istifadə etmədiyini bildirir.

KONKRET.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin və Milli Məcllsin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin fevralın 10-da keçirilən iclasında deyib.

O vurğulayıb ki, internet və sosial mediadan asılılıq mövzusu indi bir nömrəli məsələyə çevrilib: “Valideynlərin əhəmiyyətli hissəsinin sosial medianı uşaqlar üçün zərərli hesab etməsinə baxmayaraq, məktəbyaşlı övladı olan ailələrin çoxunda uşaqlar faktiki olaraq, sosial mediadan istifadə edir.

Sorğunun nəticələrinə əsasən, məktəbyaşlı uşaqların ən çox istifadə etdiyi sosial media platformaları kimi ilk sıralarda “YouTube” (69.1%), “WhatsApp” (47.9%) və “TikTok” (33.0%) qərarlaşır. Başqa sözlə, uşaqlar video və mesajlaşma yönümlü platformalardan istifadə edir. Orta və aşağı səviyyədə istifadə olunan platformalar kimi “Instagram” (19.1%), “Snapchat” (9.6%), “Facebook” (8.5%), “Telegram” (5.3%), “X” (Twitter – 2.1%) növbəti yerlərdə dayanır.

Uşaqların 18.1%-i sosial mediada gündəlik təqribən 5 saat və daha çox vaxt keçirir. Onların 24.5%-i sosial mediaya gündəlik 3-4 saat, 31.9%-i 1-2 saat və 22.3%-i 1 saatdan az vaxt ayırır.

Yeri gəlmişkən, süni zəka texnologiyaları ilə yayılan qısa videoçarxlar – reels, shorts və s. uşaqlara zorakılığı təlqin edir, silah və kriminal submədəniyyətlər aşılayır, aqresivliyi normalaşdırır. Qanuni oğrular və avtoritetlər Vətən müharibəsi qəhrəmanlarından daha çox təbliğ edilir. Halbuki minlərlə istedadlı uşaqların uğur hekəyələrini tirajlamaq Zəfərimizi təhsildə davam etdirmək deməkdir.

Sorğuya cəlb edilən şagird respondentlərin yalnız 10.5%-i son 3 ildə məktəb psixoloquna müraciət etdiyini və bunun ona faydasının olduğunu bildirib. 86.4% respondent ehtiyac duymadığına görə məktəb psixoloquna müraciət etməyib. Lakin məktəb psixoloqlarını hazırlayan təhsilin özünü gücləndirmək xüsusi bir vəzifədir.

“Uşaq hüquqları haqqında” qanun barədə məlumatlılıq səviyyəsi 52,6%-dir, məlumatsız kəsim rəyi öyrənilənlərin 47,4%-ni təşkil edir.

Rəyi öyrənilənlərin 62,2%-i məktəbdə onun hüquqları haqqında məlumat verilən fənnin tədris olunduğunu qeyd etdiyi halda, hər dörd respondentdən biri (29,7%) əks mövqedə qərarlaşıb.

Uşaqların müdafiəsi və hüquqlarının qorunması üçün yaradılan “Uşaq Qaynar Xətt” xidməti ilə bağlı məlumatlılıq səviyyəsi respondentlərin 48,6%-ni təşkil edir, əks mövqedə qərarlaşanlar ümumi rəyi öyrənilənlərin 51,4%-ni əhatə edir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 Fevral 2026 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see384

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see312

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see265

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see262

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see250

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see238

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see237

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see225

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see222

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see220

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see214

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see213

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see211

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see210

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see208

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see199

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri