Icma.az
close
up
RU
Uşaqların dini seçim haqqı 18 yaşdan sonra başlayır Təhsil mütəxəssisi

Uşaqların dini seçim haqqı 18 yaşdan sonra başlayır Təhsil mütəxəssisi

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Elçin Əfəndi: Valideynlər övladlarını dini cərəyanlara yönləndirə bilməz

Sumqayıtdakı orta məktəblərin birində hicablı şagirdlərin dərsə buraxımadığı iddiaları səsləndirilir. Bu barədə AĞ Partiya sədri Tural Abbaslı paylaşım edib. Partiya sədri şagirdlərin hicablı olduqlarına görə dərsə buraxmamasını Konstitusiyaya zidd hesab etdiyini bildirib. 

Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi “Sherg.az”a açıqlamasında məsələyə hüquqi yanaşmanın vacib olduğunu dedi: 

- “Uşaq hüquqları haqqında” qanuna əsasən uşaqların vicdan, fikir və söz azadlığı qorunur. Uşaqların söz, fikir azadlığına hörmətlə yanaşılmalıdır. Bu istiqamətdə dövlət orqanları da uşaqların hüquqlarını müdafiə edir. Təəssüf ki, bəzi valideynlər övladlarının dini cərəyanlara - burada təkcə islam dini yox, digər dini cərəyanlar da nəzərdə tutulur - qoşulmalarına təsir edir, öz inanclarını onlara da təlqin edirlər. Qanunvericiliyə görə, uşaqların səhhətinə zərər verə biləcək dini ayinlərə cəlb edilməsi qadağandır. Şəxs özü 18 yaşına çatdıqda dini etiqadla bağlı qərar verməlidir. Valideyn özünün istədiyi istiqamətə uşağı məcburən yönləndirməməlidir. “Dini etiqad azadlığı” haqqında qanuna görə də əgər dini etiqad azadlığı ictimai təhükəsizlik mənafelərinə ziddirsə, ictimai qaydanın təmin edilməsində hər hası narahatlıq yaradırsa məhdudlaşdırıla bilər. Uşaqların geyimi onların fiziki-psixi sağlamlığına təsir göstərməməlidir. Azərbaycan Konstitusiyasına görə din dövlətdən ayrıdır. Dövlət təhsil sistemi isə dünyəvi xarakter daşıyır. Bütün bunları nəzərə aldıqda, uşaqların dini geyimlərə məcbur edilməsi qadağandır. Orta ümumtəhsil sistemində vahid məktəbli geyim forması var və bu geyim forması da “Təhsil haqqında” qanunla tənzimlənir. Orta ümumtəhsil müəssisələrinin şagirdləri qanuna əsasən vahid geyimdən istifadə etməli, eyni geyimdə olmalıdırlar. Kimsə hər hansı fərqli element daşıyırsa, bu, fərqlilik yaradır və qanunvericiliyin pozulması deməkdir. 

E.Əfəndi qeyd etdi ki, təhsil müəssisəsi fərqli geyim tərzi ilə bağlı qadağa tətbiq edirsə, mövcud qanunlara əsaslanır: 

- Bu qadağa qanunvericiliyə söykənildiyi üçün qanunidir. Elə şəxslər var qanunlara hörmətlə yanaşırlar. Məsələn, ölkəmizdə təhsil alan qardaş Türkiyə vətəndaşı var, başı örtülüdür, amma təhsil müəssisəsinə gələrkən büş örtüsünü açır, tədris prosesinə qatılır, məktəbdın çıxdıqda isə təkrar başını örtür. Bunu başqa bir ölkə vətəndaşı edirsə, biz niyə əməl etməyək?! 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Aprel 2026 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri