Icma.az
close
up
RU
“Uşaqların dövrün tələbləri ilə uzlaşan muzeylərə inteqrasiyası” mövzusunda tədbir keçirilib

“Uşaqların dövrün tələbləri ilə uzlaşan muzeylərə inteqrasiyası” mövzusunda tədbir keçirilib

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 17 may, AZƏRTAC

Mayın 17-də Abdulla Şaiqin mənzil-muzeyində 18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə “Uşaqların dövrün tələbləri ilə uzlaşan muzeylərə inteqrasiyası” mövzusunda musiqili-poetik tədbir keçirilib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbir “Gənc şairlər” ədəbi uşaq layihəsinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbir Beynəlxalq Muzeylər Günü münasibətilə ICOM-un 2025-ci il üçün müəyyən etdiyi “Sürətlə dəyişən icmalarda muzeylərin gələcəyi” mövzusuna uyğun şəkildə təşkil olunub. Tədbirin konsepsiyasını müasir dövrdə uşaqların maraqlarına və inkişaf ehtiyaclarına uyğun şəkildə muzeylərin onların təlim-tərbiyə prosesinə cəlb olunması təşkil edir.

Muzeyin direktoru Ülkər Talıbzadə çıxışında Abdulla Şaiqin pedaqoji fəaliyyətə başladığı ilk vaxtlardan bu yolda qarşılaşdığı çətinliklər, uşaqların maariflənməsi, ana dilində təhsil almaları uğrunda apardığı mübarizə haqqında ətraflı məlumat verib. Sonra muzeyin əməkdaşı Ülviyyə Əliyeva “18 May - Beynəlxalq Muzeylər Günü Abdulla Şaiqin mənzil-muzeyində” adlı məruzə ilə çıxış edib. O qeyd edib ki, muzeylər yalnız mədəniyyət sahəsində deyil, həm də turizm, təhsil və sosial xidmətlər kimi sektorlarda yeni iş yerləri yaradaraq iqtisadi canlanmaya töhfə verir. Onlar könüllüləri, bələdçiləri, tədqiqatçıları və yaradıcı sənət sahiblərini birləşdirən canlı iş mühitinə çevrilir.

“Gənc şairlər” layihəsinin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin və Dünya Yazıçılar Təşkilatının (WOW) üzvü Lalə Həsənova tədbirdə layihənin missiyası və uşaqların yaradıcılıq baxımından inkişafında muzeylərin rolundan danışıb.

Gənc poeziya sevərlər görkəmli uşaq yazıçısı Abdulla Şaiqin Azərbaycan və rus dillərində sevilən şeirlərini səsləndiriblər. Bununla yanaşı, musiqi əsərləri ifa edilib.

Sonda gənc istedadlara təşəkkürnamə təqdim olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 May 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see268

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see186

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see178

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see160

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see154

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see151

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri