Icma.az
close
up
RU
Uşaqların hüquqlarının qorunması yalnız hüquqi məsələ deyil, həm də etik və sosial məsuliyyətdir ŞƏRH

Uşaqların hüquqlarının qorunması yalnız hüquqi məsələ deyil, həm də etik və sosial məsuliyyətdir ŞƏRH

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 15 aprel, AZƏRTAC

Sosial media platformalarında uşaq məxfiliyinin pozulması, reytinq xatirinə uşaqların emosional və ya fiziki vəziyyətindən istifadə, “TikTok”, “Instagram” kimi platformalarda “uşaq influencer” fenomeni və buna nəzarət mexanizmlərində problemlər var.

Bu fikirləri AZƏRTAC-a məxsusi açıqlamasında Bakı Dövlət Universitetinin kafedra müdiri Aynur Nəsirova Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QİƏT) üzv ölkələrin televiziya və radio yayımı üzrə tənzimləyici orqanlarının Forumunun (BRAF) “Media xidmətlərində uşaqların müdafiəsi” mövzusunda 11-ci Toplantısına dair yekunları şərh edərkən deyib.

Fikirlərinin davamı olaraq o, bildirib: “Bu gün uşaqların hüquqlarının qorunması yalnız hüquqi məsələ deyil, həm də etik və sosial məsuliyyətdir. Uşaqların müdafiəsi üçün kifayət qədər mexanizmlər mövcud olsa da, mediada bu istiqamətdə boşluqlar var. Uşaqlarla bağlı məlumatların yayımında bəzən etik normalar pozulur, xüsusilə zorakılıq və ailədaxili münaqişələr kimi həssas məsələlərdə uşağın kimliyi açıq şəkildə göstərilir”.

Ekspertin sözlərinə görə, uşaqların üzü görünməsə də, valideynlərindən açıq şəkildə mövqe öyrənilir və yayımlanır. Nəzərə alınmır ki, uşağın siması gizli saxlanılsa da, oxuduğu məktəbdə, yaşadığı ərazidə valideynləri vasitəsilə onların da kimliyi məlum olur. Nəticədə isə bəzən həmin uşaqlar yaşıdları arasında bullinqə məruz qalırlar. Bu isə jurnalistikanın əsas prinsipləri olan zərər verməmək, məxfilik hüququna hörmət və mühafizə olunan qruplara qarşı həssas yanaşma prinsiplərinə ziddir.

“Düzdür, müsbət nümunələr də az deyil. Bir sıra televiziya kanalları və onlayn media platformaları maarifləndirici proqramlar, uşaqlar üçün təlimyönlü və psixoloji baxımdan kontentlər hazırlayır. Ənənəvi medianın bu təşəbbüsləri yeni media ilə inteqrasiya olunarsa, həm təsir dairəsi genişlənər, həm də uşaq hüquqlarının müdafiəsində daha güclü ictimai təzyiq formalaşa bilər”, - deyə Aynur Nəsirova qeyd edib.

Azərbaycan mediasında uşaq hüquqlarının qorunması istiqamətində mühüm addımlar atıldığını deyən mütəxəssis peşəkar etik davranışın bütün platformalarda sistemli şəkildə tətbiq və monitorinqinin olmadığını bildirib.

Onun sözlərinə görə, uşaqların müdafiəsi mühüm və həssas məsələdir və bu sahədə həm qanunvericilik, həm də media qurumlarının öz peşə etikası ilə bağlı müəyyən tənzimləmələri var: “Azərbaycan Konstitusiyasına görə, uşaqların hüquqlarını qorumaq dövlətin vəzifəsidir. “Uşaq hüquqları haqqında” Qanun uşaqların məxfiliyinin qorunması, zorakılıq və istismar hallarının mediada yayılmamasını tələb eləyir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanun şəxsi məlumatların yayılmasına qarşı qoruyucu tədbirləri nəzərdə tutur. “Media haqqında” Qanun uşaq hüquqlarına hörmət ehtiva edir, mənəvi və psixoloji inkişafa zərər vura biləcək materialların yayımını tövsiyə etmir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Aprel 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see212

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see189

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see171

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see165

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see162

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see161

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see147

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see141

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see141

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see139

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri