Icma.az
close
up
RU
Ayxan Abbasov: Qarabağ a qarşı çəkinmədən mübarizə apardıq

Ayxan Abbasov: Qarabağ a qarşı çəkinmədən mübarizə apardıq

Icma.az bildirir, Sportal.az portalına istinadən.

"Şamaxı" Misli Premyer Liqasının 9-cu turunda səfərdə "Qarabağ"la 0:0 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, qonaqların baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bilirdik ki, çətin olacaq. Son turdakı nəticədən sonra toparlanmağımız önəmli idi. Bu gün nəticədən asılı olmayaraq, futbolçularıma təşəkkür edəcəkdim. Çünki həqiqətən meydançada döyüşkən ruh, istək var idi. Qol epizodlarımız da oldu. Bu da bizə xas olan oyundur. Ötən matçda futbolda nadir hallarda olan hər şey başımıza gəldi. Qırmızı vərəqə aldıq, öz qapımıza qol vurduq. Önəmli olan toparlanmaq idi. Futbolçularıma təşəkkür edirəm ki, "Qarabağ"a qarşı çəkinmədən mübarizə apardıq. Azarkeşlərimizə də dəstəyə görə təşəkkür edirəm. "Qarabağ"a Çempionlar Liqasında uğurlar arzulayıram. Ümid edirəm ki, bu mövsüm inanılmazı bacaracaqlar.

- Bir xalı sizin, yoxsa "Qarabağ"ın aktivinə yazmaq olar?

- Bizə hər xal vacibdir. Çünki məqsədlər ayrıdır. Biz "Qarabağ"la müqayisə ediləsi deyilik. Əsas odur ki, "Şamaxı" adı ilə "Qarabağ"dan ilk xalımızı aldıq. Ötən mövsüm iki oyunda son anlarda nəsə çatmadı. Bu gün xal aldıq. Bizim üçün mühüm xaldır. "Qarabağ" çempionluğa oynayan, lider komandadır. Səfərdə bir xal bizim üçün daha önəmlidir.

- "Qarabağ" bu gün müdafiə xəttinizi yarada bilmədi, yoxsa siz yaxşı oynadınız?

- Elə siz hər şeyi dediz. "Qarabağ" ağır səfərdən gəlmişdi, heyətlərində dəyişiklik olmuşdu. Bilirdik ki, 60-cı dəqiqədən sonra əsas heyəti buraxacaqlar. Düzdür, "Qarabağ"da əsas heyət deməyə adam bir az çətinlik çəkir. Amma bu gün müdafiəçilərimiz yaxşı oynadı. Demək olar ki, rəqibə 100 faizlik epizod vermədik. Bizdə isə əks-hücumda qol epizodları daha real görünürdü. Futbolçularımız oyuna yaxşı konsentrasiya olmuşdu.

- Qol epizodlarınız oldu, amma vura bilmədiz. Futbolçular təzyiq altında bunu reallaşdıra bilmirdi, yoxsa işləmək lazımdır?

- Hücum çətin plandır. Onu daimi işləməlisən ki, oyunçular bir-birini yaxşı başa düşsün. "Qarabağ"la oyunda belə epizodlara girməyin özü də, istək və işdir. Rafael Məhərrəmli və Kərim Rossinin zərbələri daha kənara getsəydi, qol ola bilərdi. Hücum planında dayanmırıq. Mənim üçün önəmli olan odur ki, lider komandalara qarşı hücum etməliyik. Çalışırıq, vaxt lazımdır.

- Edqar Adilxanovu çoxdandır ki, görmürük...

- Əməliyyat olunub. U-21 yığmasının heyətində Portuqaliyaya qarşı görüşdən qabaq da zədəli idi. Fikirləşirdik ki, bu ağrı ilə qışa qədər oynaya bilər. Qasıq nahiyyəsində problem var idi. Get-gedə Edqarı itirə bilərdik. AFFA Almaniyada əməliyyat etdirdi onu. Məşqlərə başlayıb. Yəqin ki, gələn turda 23-lükdə olacaq.

- Həm klubda, həm də yığmada işləmək sizə çətinlik yaratmır?

- Onsuz da, hər yerdə çətindir. Fərq etmir, milli, ya klub. Yükü bilirik. Çalışırıq ki, öhdəsindən gələk. Nə qədər effekt verəcək, onu sonda görəcəyik.

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:263
embedMənbə:https://sportal.az
archiveBu xəbər 26 Oktyabr 2025 20:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri