Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Qazi statusu yalnız imtiyaz deyil, həm də məsuliyyətdir

Qazi statusu yalnız imtiyaz deyil, həm də məsuliyyətdir

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Şəhid və qazilərin xalqımız və dövlətimiz üçün sonsuz müqəddəslik və ehtiram ehtiva etdiyi şübhəsizdir.  Yalnız ona görə yox ki, biz işğaldakı torpaqlarımızı onların sayəsində azad etmişik. Həm də ona görə ki, milli qürurumuzu, ləyaqətimizi məhz şəhid və qazilərimizin canı, qanı bahasına bərpa etmiş, mənəvi baxımdan bütövləşmişik. Bu mənada sahib olduğumuz hər şeyə görə şəhid və qazilərimizə, onların qəhrəmanlığına borclu olduğumuz birmənalıdır. Necə ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev öz çıxış və müsahibələrində dəfələrlə bu həqiqətə diqqət çəkib, böyük zəfərin müəllifinin Azərbaycan əsgəri, Azərbaycan zabiti olduğunu vurğulayıb. Məhz xalq və dövlət qarşısındakı bu böyük, tarixi xidmətinə görə şəhid ailələri və qazilər dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə təmin olunub, cəmiyyətimizin mənəvi sərvətinə çevrilib. Prezidentimiz və dövlətimiz şəhid ailələri və qazilərlə bağlı hər bir məsələni daim diqqət mərkəzində saxlayır ki, məqsəd onları narazı sala biləcək problemləri vaxtında ortadan qaldırmaq, bu kateqoriyadan olan vətəndaşlarımızın sosial rifahının maksimum şəkildə yaxşılaşmasını təmin etməkdir.

Ancaq təəssüflər olsun ki, bəzən qazilərimiz arasında elə şəxslər də olur ki, onlar öz sosial rifahlarını, maddi təminatlarını yüksəltmək üçün qanunsuz üsullara əl atır, dövlət əmlakını zəbt etməyə cəhd edirlər. Bu qəbildən olan qazilərimiz əsassız yerə hesab edir ki, daşıdıqları qazi statusu onlara qanunu pozmağa, istənilən məsələyə hüquq müstəvisində deyil, şəxsi maraqlar konteksində yanaşmağa imkan verir. Halbuki, qanunun hər kəs kimi qazilər üçün də mütləq və  toxunulmaz olduğu şəksizdir.

Bugünlərdə Suraxanı rayonunda Yeni Günəşli qəsəbəsində Elvin Zeynalov adlı qazinin  SOCAR-ın Azneft İstehsalat Birliyinin balansında olan torpaq sahəsində qanunsuz tikinti aparmağa cəhd etməsi, öz vəzifəsini icra edən “Security Operation Services” özəl mühafizə şirkətinin əməkdaşları ilə münaqişəyə girməsi hələ də bəzi qazilərimizin öz imtiyazlarını qanundan daha üstün hesab etdiklərini göstərir.

Xatırladaq ki, bundan öncə də, müxtəlif qazilərin timsalında bu cür hallar - qanunun tələblərinin tapdanması halları dəfələrlə baş verib və bəzi hallarda ciddi problemlərə səbəb olub. Bütün bunlar qazi imtiyazının qanuna qarşı qoyulmasının yolverilməz olduğunu göstərir.

Qazi imtiyazı uca bir məqam olsa da, dövlət qanunundan üstün deyil və ola da bilməz. Çünki istənilən imtiyazlı təbəqənin qanundan üstün olması həmin dövləti üçün qarşısıalınmaz xais və anarxiya, başqa sözlə desək məhv, hüquqi və praktiki çöküş deməkdir. Unutmaq olmaz ki, qazilik sadəcə imtiyaz deyil, həm də məsuliyyətdir. Hər bir qazi xalqın qürur mənbəyi kimi qanunun tələbinə ikiqat həssaslıqla yanaşmalı, qanunun tələbinə ikiqat ehtiram göstərmlidir. Çünki o, digər insanlar üçün  nümunədir. Qazilərimiz zorakılıq və aqressiya ilə deyil, qanunun aliliyinə göstərdikləri hörmətlə, istənilən provbemi sivil yolla, hüquq müstəvisində həlli təşəbbüsləri ilə  gündəmə gəlməli, cəmiyyətə məhz bu konteksdə örnək olmalıdırlar. Necə ki, biz, böyk əksəriyyətin timsalında bunu görür və bundan məmnunluq duyuruq.

İnanırıq ki, öz istəklərini qanunun tələblərini pozmaqla gerçəkləşdirməyə çalışan qazilərimiz də gec-tez bu həqiqəti başa düşəcək, öz davranışları ilə hər birimiz üçün nümunəyə çevriləcəklər.

Seymur ƏLİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Yanvar 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri