Icma.az
close
up
RU
Uşaqların kitab oxuması çətinləşib Səbəbi nədir?

Uşaqların kitab oxuması çətinləşib Səbəbi nədir?

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Müasir informasiya mühitinin sürətli dəyişməsi uşaqların mütaliə vərdişlərinə ciddi təsir göstərir. Rəqəmsal texnologiyalar, mobil cihazlar, sosial media və süni intellekt informasiyanın qısa müddətdə əldə olunmasına imkan yaradır. Lakin sürətli informasiya qəbulu uzun mətnə diqqətin yönəldilməsi və oxunan materialın dərindən mənimsənilməsini çətinləşdirə bilər.
 

Kitab oxumaq sadəcə informasiya əldə etmək deyil, mürəkkəb düşünmə prosesidir. Şagird mətnin məzmununu dərk edir, əsas ideyanı müəyyənləşdirir, hadisələr arasında əlaqə yaradır, obrazları təhlil edir və müstəqil nəticə çıxarır. Buna görə mütaliə tənqidi və yaradıcı düşüncənin, dil və nitq bacarıqlarının inkişafında mühüm vasitədir.


Bizim.Media xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Təhsil Cəmiyyətinin üzvü Bəsti Allahverdiyeva deyib.
“Azərbaycan dili və ədəbiyyat müəllimi kimi müşahidələrim göstərir ki, uşaqların mütaliədə əsas çətinliyi yalnız kitaba marağın azalması deyil, uzun mətn üzərində diqqəti saxlamaq və oxunanı analitik şəkildə mənalandırmaqdır. Halbuki müntəzəm mütaliə söz ehtiyatını zənginləşdirir, nitq mədəniyyətini və yazılı ifadə bacarığını inkişaf etdirir, ədəbi-estetik dünyagörüşünü formalaşdırır.
 

Süni intellekt bu proses üçün həm imkan, həm də məsuliyyət yaradır. Əsərin xülasəsini və izahını hazır şəkildə əldə etmək mümkündür, lakin bu, müstəqil mütaliəni əvəz etməməlidir. Süni intellekt şagirdin əvəzinə düşünməməli, onun düşünməsinə və mətni daha dərindən anlamasına xidmət etməlidir”, - deyə müsahibimiz bildirib.


B. Allahverdiyevanın sözlərinə görə, mütaliəyə marağın artırılmasında Azərbaycan dili və ədəbiyyat üzrə fakültətiv məşğələlərin sistemli təşkili xüsusi əhəmiyyət daşıyır. Bu məşğələlərdə dərslikdən kənar bədii, elmi və publisistik mətnlərin mütaliəsi, əsər və obraz təhlili, yaradıcı yazı, debat, təqdimat və tədqiqat tapşırıqları tətbiq edilə bilər.
Azərbaycan dili üzrə söz ehtiyatı, nitq mədəniyyəti və mətn yaratma, ədəbiyyat üzrə isə müstəqil mütaliə, təhlil və yaradıcı düşünmə bacarıqları inkişaf etdirilə bilər.
 

Elektron kitab, audiokitab və rəqəmsal kitabxanalardan məqsədyönlü istifadə də mütaliəyə çıxışı genişləndirir. Əsas məqsəd ənənəvi və rəqəmsal oxunu qarşılaşdırmaq deyil, onları təhsilin məqsədlərinə uyğun şəkildə əlaqələndirməkdir.


Nəticə etibarilə, uşaqların kitab oxumasının çətinləşməsi kitabın dəyərinin azalması deyil, informasiya mühitinin dəyişməsi ilə bağlıdır. Bu reallıq məktəbdə mütaliə metodlarının yenilənməsini zəruri edir.
Müasir təhsilin məqsədi yalnız oxuyan deyil, oxuduğunu anlayan, təhlil edən, müstəqil düşünən və fikrini Azərbaycan dilinin zəngin imkanları ilə düzgün ifadə edən şəxsiyyət yetişdirməkdir.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://bizim.media
archiveBu xəbər 11 Sentyabr 2026 07:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri