Icma.az
close
up
RU
Menu

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

Real ın Çempionlar Liqası heyəti fransalı müdafiəçi kənarda qaldı

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

Benzema “Arsenal”a məsləhət bilinib

Uşaqların tərbiyəsi zamanı etdiyimiz SƏHVLƏR

Uşaqların tərbiyəsi zamanı etdiyimiz SƏHVLƏR

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hər bir nəslin nümayəndələri dünyaya gətirdikləri övladlarına qarşı fərqli tərbiyə üsullarından istifadə edir. Bu da bir sıra hallarda konfiliktlərə səbəb olan məsələyə çevrilir.

Modern.az müxtəlif dövrlərdə valideynlərin uşaqlara qarşı səhv tərbiyə üsullarını araşdırıb.

Müşahidələr göstərir ki, ənənəvi ailələr yetişdirdiyi uşaqlara sevgini açıq şəkildə göstərə bilmir. Kiçik yaşlarda sevgini daha açıq şəkildə göstərə bilən valideynlər (xüsusilə ata), illər keçdikcə övladlarına qarşı daha sərt mövqeydə olurlar. "Uşaqlara sevgini açıq şəkildə göstərmək onları ərköyünləşdirir" kimi ortaq bir müdafiə dil ilə valideynlər vicdanlarını rahatlaşdırır və uşağın sevilməsi əsasən yatmazdan əvvəlki zamana saxlanılır. Bu yolla böyüklər, uşaqlarını əslində sevdiklərini özlərinə sübut edirdilər, çünki onlar, əslində, övladlarını sevirlər, lakin uşağın sevildiyini bilməyini vacib saymır, hətta valideynlər üçün övladlarının sevgini hiss etməsi təhlükəli hesab olunur.

Ənənəvi ailələrdə kiçiklərin böyüklərə qarşı çıxması, “yox” deməsi və fərqli fikir bildirməsi qəbul edilmir. Uşaqların böyüklər yanında cəmiyyətin formalaşdırdığı streotiplər çərçivəsində davranması vacib və əsas mədəniyyət göstəricisi kimi hesab olunur.

Övladlarına bu cür yanaşan valideynlərin uşaqları müasir dövrdə ailə başçısı olduqda, özlərinə qarşı edilən və səhv hesab etdikləri tərbiyə üsullarını övladları üzərində həyata keçirmir, yeni tərbiyə üsulları öyrənir və tətbiq etməyə çalışırlar.

Müasir valideynlər, uşaq tərbiyəsində həddindən artıq qoruyucu və müdaxiləçi bir mövqe sərgiləyir, uşağın ən kiçik problemlə qarşılaşmaması, heç bir çətinlik çəkməməsi əsas prioritet hesab olunur. Məsələn onların övladları dostları ilə dalaşmamalı, yıxılmamalı və heç vaxt pis söz işlətməməlidir, uşağın həyatında yolunda getməyən hər şeyə dərhal müdaxilə edilməlidir. Bir sözlə müasir ailələr uşaqlarının mütləq ideal şəkildə, tam və mükəmməl formada yetişdirilməli olduğuna inanırlar

Bundan əlavə, uşaq hər məsələdə mütləq razı salınmalıdır. Ondan müəyyən bir davranış gözlənilirsə, bu ancaq onun razılığı alınaraq həyata keçirilməlidir, bunun yolunu isə uşaqlara davamlı izahat vermək olduğunu hesab edirlər. Əgər verilən izaha dair əlavə suallar verilərsə, sual yenidən cavablandırılmalıdır. Çünki müasir ailələr inanırlar ki, uşaq razı salınmadan bir şeyə məcbur edilərsə, bu onun dünyasında dağıdıcı təsir yaradar. Uşaq davamlı fikir dəyişdirsə, valideynləri yorsa da, mütləq onun razı qalacağı ifadələr işlədilməlidir.

Uşaq mütləq mütəxəssisə aparılmalıdır. Mütəxəssisə getməmək ayıb və yanlış hesab edilir, pis valideynlik nümunəsi kimi qiymətləndirilir. Amma əslində, mütəxəssisə getmək də bu prosesi həmişə həll etmir, çünki əsas məqsəd problemi həll etmək deyil, sadəcə "yaxşı valideyn rolu"nu oynamaqdır. Hətta bəzi hallarda bir mütəxəssis kifayət etmir, müxtəlif mütəxəssislərə gedərək, yalnız valideynlərin istədiyini eşitmək əsas hədəfə çevrilir. Əgər mütəxəssis istənilən fikri səsləndirirsə, o, ən yaxşı mütəxəssis hesab edilir.

Müasir ata və analar uşağın qidalanmasından yatma saatlarına, məktəbindən evdəki otağına qədər hər şey mükəmməl olması vacib hesab edilir. Heç bir detal gözardı edilməməlidir. Məktəblə davamlı əlaqədə olmaq vacibdir. Hətta hər gün müəllimlə əlaqə saxlanmalı, uşağın neçə qaşıq yemək yediyi, xoşbəxt olub-olmadığı, neçə dəfə öskürdüyü, dostları ilə münasibətləri kimi "son dərəcə mühüm" məsələlər barədə məlumat alınmalıdır. Bu da yetərli deyil, axşamlar uşaqlarla "yaxşı ünsiyyət qurmaq və paylaşım etmək" məqsədilə davamlı suallar verilməlidir. Əgər uşaq bu suallara cavab verməzsə, bu, onun ciddi bir problemini gizlətdiyi anlamına gələ bilər.

Müasir ailələrdə valideynlik qurulmuş bir ssenariyə bənzəyir. Bu səbəbdən də o, səmimiyyətdən uzaq hesab olunur. Üzdə uşaqla maraqlanan, ona vaxt ayıran, onun üçün hər şey edən, hətta maddi baxımdan böyük xərclərə girən valideynlər olsa da, bütün bu səylər, əslində, həqiqi, içdən gələn bir qayğını əks etdirmir. Elmə uyğun görünən bu valideynlik yanaşması, əslində, keçmişdən qaçmağa çalışan, amma öz uşaqlığını yenidən "istədiyi kimi" yaşamağa çalışan bir davranış modelidir.

Psixoloqlar bildirir ki, ideal valideyn anlayışı yoxdur və olmaması daha yaxşıdır. Uşaq böyütmək prosesində etdiyimiz bəzi səhvlər, uşaq tərəfindən normal qarşılana bilər. Mükəmməl valideyn olmağa çalışmaq səhvləri azaltmır, əksinə artırar, çünki səhv etməmək qorxusu ilə yaşamaq, hər kəs üçün ağır bir yükdür.

Yaxşı valideyn olmaq üçün ilk növbədə həyata qarşı fərdi mövqeyimiz, daxili rahatlığımız, sosial münasibətlərdə ümumi incəlik önəmlidir.

Müasir və ya ənənəvi ailələrin hər biri öz qaydalarına əsaslanır. Əsas olan isə, hər ailənin uşaqları inkişaf etdirəcək dəyərlərə açıq olmaqdır. Həmişə "ən doğru" və "ən mükəmməl" bilgiləri axtarmağa çalışmaq mənasızdır, çünki uşaqlar istəsək də, istəməsək də, öz həyatlarını yaşayırlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Fevral 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see320

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see266

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see226

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see226

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see220

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see219

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see212

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see209

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see206

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see205

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

04 Sentyabr 2026 08:47see200

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see197

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see190

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

04 Sentyabr 2026 04:53see185

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see182

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see180

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

04 Sentyabr 2026 16:01see179

Real ın Çempionlar Liqası heyəti fransalı müdafiəçi kənarda qaldı

04 Sentyabr 2026 02:22see173

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see165

Benzema “Arsenal”a məsləhət bilinib

04 Sentyabr 2026 04:39see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri