Icma.az
close
up
RU
Uşaqların valideynlərinə daim yalan danışmalarına səbəb nə olur ? PSİXOLOQ DANIŞDI

Uşaqların valideynlərinə daim yalan danışmalarına səbəb nə olur ? PSİXOLOQ DANIŞDI

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Uşaqların yalan danışması bir çox ailələrin şikayət etdiyi mövzulardan biridir. Belə ki, ailələr uşaqların hər hansısa baş verən hadisəni olduğu kimi deyil, daha başqa formada və ya olmamış bir hadisəni öz fantaziyalarına uyğun olaraq ifadə etdiyini və bundan narahatlıq keçirdiklərini bildirirlər. Burada diqqət edilməsi lazım məqamlardan biri yalanın tərkibinə baxmaq, yəni uşağın o yalanı nəyə görə dediyini öyrənməkdir. Burada valideynlərin yanaşma üsulu da vacibdir”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Dövlət Universitetinin müəllimi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik (tibbi) psixoloq Narınc Rüstəmova deyib.

Psixoloq bildirib ki, valideynlər uşaqlarının yalan danışdığını gördükdə onu cəzalandırır, ağır cəzalar verir. Bu da düzgün yanaşma üsulu deyil: "Uşaqlar adətən, qorxduqda, istədiyini əldə edə bilmədikdə və ya sahib olduqları “real mən” ilə olmaq istədikləri “ideal mən” üst-üstə düşmədikdə, fərqləndikdə yalan danışa bilirlər. Belə ki, real mən bizim hazırda olduğumuz şəxsiyyət, ideal mən isə gələcəkdə özümüzü görmək istədiyimiz kimliyimizdir. Əgər bunlar arasında fərqlər çox olarsa, yəni uşağın hazırda olduğu xüsusiyyətləri, bacarıqları olmaq istədiyi bacarıqlarından fərqlənirsə bu zaman yalan danışma ehtimalı çoxalır. Bu zaman yalan danışaraq, həmin şeyi yaşamağa çalışır. Belə olan halda uşağın real məni ilə ideal mənini uyğunlaşdırmağa çalışmaq lazımdır. Məsələn, uşağın yaşıdları ilə ünsiyyəti zəifdir, amma xəyalında hər kəsin onunla oynamasını, danışmasını istəyir. Bu zaman uşağın ünsiyyət çətinliyinin səbəbini aşkarlayıb realda olan problemi həll edərək, real mən ilə ideal məni uyğunlaşdırırıq.

Əgər valideyn, bir uşağa “sən yalançısan”, “yenə yalan danışırsan” kimi kəlimələri nə qədər desə yalan danışmanın mümkünlüyünü ona ötürmüş olacaq. Həmçinin, növbəti yalan üçün zəmin yaratmış olacaq uşaq yalanlarını daha professional şəkildə deməyi öyrənəcək. Bu ifadələri yalan danışan uşaq kimi deyil də “doğru danışmadın”, “bu mövzunu doğru demədin” və ya “düzünü danış mən sənə əsəbləşməyəcəm” kimi dəyişdirsək daha yaxşı olar. Eyni fikirdir və hər iki cümlələr eyni mənanı kəsb edir. Ancaq, birində uşağa “yalan danışırsan”, deməklə birbaşa mənfi bir şey, yəni yalanı seçim kimi seçdiyini digərində isə, yəni “düz danışmadın” deməklə hər zaman düz danışmanın vacib olduğunu, bu səfər onun düzgün danışmadığını, dolayısı ilə bunu indi etdiyini və növbəti dəfə “düz danış” mesajını ötürürük. Bundan əlavə “sən yalan danışırasan” dedikdə, ümumiləşdiririk. Əksinə, hadisəyə ümumi deyil, xüsusi yanaşmaq lazımdır. Ona görə də doğru cümlə, “sən bu mövzuda düz danışmadın” şəklində olmalıdır. Bu zaman uşağa “sən yalançı deyilsən, sadecə bu mövzunu düz danışmadın” mesajını ötürmüş oluruq. Əks halda az öncə qeyd etdiyim kimi, uşaq hər dəfə daha professional yalanlar danışmağa başlayacaq. Bu hal bir müddət sonra patoloji hala keçəcək və öz danışdığı yalanlara özü də inanmağa, ətrafdakıları da inandırmağa başlayacaqdır.”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 Sentyabr 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri