Icma.az
close
up
RU
Uşaqlıq boynu eroziyasının xalq təbabəti üsulları ilə müalicəsi

Uşaqlıq boynu eroziyasının xalq təbabəti üsulları ilə müalicəsi

Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Uşaqlıq boynu eroziyası qadın cinsiyyət sistemi xəstəlikləri arasında ən yayılmış pozulmadan biri sayılır.

Eroziya mütləq müalicə olunmalıdır. Məsələ burasındadır ki, uzun müddət ərzində mövcud olan uşaqlıq boynu eroziyası uşaqlıq boynu xərçənginə səbəb ola bilər.

Eroziya uzun müddət ərzində heç bir simptom verməyə bilər. Bu səbəbdən qadının 1 ildə 2 dəfə olmaqla profilaktik ginekoloji müayinələrindən keçməsi olduqca vacibdir.

Qadında eroziya aşkar olunduqda, xəstəliyin mərhələsindən, qadının yaşından və s. amillərdən asılı olaraq ona mütləq müalicə təyin olunmalıdır.

Müalicə zamanı xalq təbabəti üsullarının istifadəsi də çox yaxşı nəticə verə bilər. Bu vasitələri yalnız həkim təyin etməlidir. Özünüz özünüzü müalicə etməyin!

Beləliklə, uşaqlıq boynu eroziyası zamanı bu kimi xalq təbabəti üsulları istifadə oluna bilər:

- Çaytikanı yağı eroziya zamanı çox uğurla istifadə olunur. Bu yağın yüksək yarasağaldan xüsusiyyətləri var. Çaytikanı yağı uşaqlıq yolunun selikli qişasını qıcıqlandırmır, tam ziyansızdır və hətta hamilə qadınlarda istifadə oluna bilər.

Steril pambıq tampon çaytikanı yağına batırılır və əvvəlcədən dərin yuyulmuş (çobanyastığı və ya kalendula dəmləməsi istifadə oluna bilər) uşaqlıq yoluna qoyulur. 12 saatdan  sonra tampon çıxardılır. Müalicə 2 həftə ərzində davam edə bilər.

- Digər çox təsirli vasitə mumiyodur. Mumiyo dağlardan yığılan təbii balzamdır. Bu balzam çox yüksək antiseptik, yarasağaldan, iltihab və bakteriya əleyhinə xüsusiyyətlərinə malikdir.

Müalicə zamanı 2,5 qr mumiyo 100 ml qaynanmış isti suda həll olunur. Bu məhlulda steril pambıq tampon isladılır, gecə yatmazdan qabaq əvvəlcədən dərin yuyulmuş (çobanyastığı və ya kalendula dəmləməsi istifadə oluna bilər) uşaqlıq yoluna qoyulur və səhər çıxardılır. Müalicə kursu - 10 gün.

- Təbii bal, bildiyimiz kimi, min bir dərdin dərmanıdır. Baldan eroziyanın müalicəsində də istifadə olunur. Steril pambıq tampon duru bala batırılır və gecə yatmazdan əvvəl uşaqlıq yoluna yeridilir (bundan əvvəl uşaqlıq yolunu dərin yumaq lazımdır). Səhər tampon çıxardılır. Müalicə 10-14 gün davam edə bilər.

- Propolisin (arı yapışqanı) çox güclü yarasağaldan , iltihab və mikrobəleyhinə  xüsusiyyətləri var. 1 çay qaşığı propolis 100 ml qaynar suda 30 dəqiqə ərzində dəmlənilir. Daha sonra steril pambıq tampon bu dəmləmədə isladılır və əvvəlcədən yuyulmuş (çobanyastığı və ya kalendula dəmləməsi istifadə oluna bilər) uşaqlıq yoluna qoyulur. Müalicə kursu - 10 gün. Müalicə daha uzun müddət ərzində davam edə bilər.

- Çobanyastığı "qadın" otlardan biri sayılır. Çobanyastığı dəmləmələri bir çox qadın cinsiyyət sistemi iltihabları zamanı istifadə olunur. Eroziya zamanı da bu vasitədən  istifadə oluna bilər. 2 xörək qaşığı çobanyastığı 1 stəkan qaynar suda dəmlənilir və yaxşı süzülür. Bu dəmləmə ilə qadın uşaqlıq yolunu yumalıdır.

- Eroziya zamanı kalendula dəmləmələrdən də istifadə olunur.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see239

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see234

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see228

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see199

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see172

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see167

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see164

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see150

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see147

Lando Norris “İlin idman şəxsiyyəti” mükafatını götürməyə getməyib

19 Dekabr 2025 05:09see142

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see140

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see140

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see138

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see137

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see135

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see134

Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı

19 Dekabr 2025 02:21see132

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see127

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see126

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri