Uşaqlıqdan qalan iki vərdiş xərçəng riskini artıra bilər
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyalı terapevt Andrey Zvonkov bildirib ki, uşaqlıqdan formalaşan iki geniş yayılmış vərdiş zamanla xərçəng xəstəliklərinin inkişaf riskini artıra bilər.
Ölkə.az "lenta.ru"ya istinadla xəbər verir ki, həkimin sözlərinə görə, ilk təhlükəli vərdiş tam qidalanmanı fastfudla əvəz etməkdir. O qeyd edib ki, müntəzəm olaraq fastfudla qidalanmaq mədə-bağırsaq traktında xroniki iltihaba səbəb ola bilər. Bunun nəticəsində əvvəlcə qastrit və qastroduodenit yarana, sonradan isə bu xəstəliklərin fonunda bədxassəli şiş inkişaf edə bilər.
O vurğulayıb ki, arabir burger və ya sosiska yemək orqanizm üçün təhlükəli deyil. Lakin insan uzun illər ərzində əsasən bu cür qidalanırsa və sağlam rasiona keçmirsə, xərçəngə tutulma ehtimalı arta bilər.
Həkim ikinci riskli vərdiş kimi həzm sistemi və ya dodaqların selikli qişasının daim zədələnməsini göstərib. Onun sözlərinə görə, selikli qişanın bütövlüyünün mütəmadi pozulması xərçəngin yaranma riskini əhəmiyyətli dərəcədə artırır.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 08 İyun 2026 10:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















