Icma.az
close
up
RU
Uşaqlıqdan tanış içki: bal ilə süd orqanizmə necə təsir edir

Uşaqlıqdan tanış içki: bal ilə süd orqanizmə necə təsir edir

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bal ilə süd uşaqlıqdan tanınan, sakitləşdirici və “müalicəvi” təsirə malik olduğu düşünülən məşhur bir içkidir. Bu içki enerji verir və toxluq hissi yaradır, lakin təkbaşına soyuqdəyməni müalicə etmir və immuniteti gücləndirmir.

Lent.az bu qarışım ilə bağlı maraqlı faktları təqdim edir:

Yuxuya kömək edir

Yuxusuzluğa qarşı ən məşhur ev üsullarından biri bal ilə süddür. Həm bal, həm də süd triptofan adlı amin turşusunu ehtiva edir. Triptofan orqanizmdə serotonin və melatonin hormonlarının ifrazına kömək edir. Bu hormonlar sakitləşdirici təsir göstərir və bədənə yuxu vaxtının gəldiyini “bildirir”.

Bal və süd bağırsaq mikrobiomuna da müsbət təsir göstərə bilər. Bu isə keyfiyyətli yuxunu və ümumi sağlamlığı dəstəkləyir. Onların tərkibində faydalı bağırsaq bakteriyalarının inkişafını stimullaşdıran prebiotiklər və bağırsaqlarda təbii olaraq mövcud olan canlı faydalı bakteriyalar probiotiklər var.

Sümükləri möhkəmləndirir

Kalsium və D vitamini güclü sümüklərlə sıx bağlıdır və süd bu maddələrin əsas mənbələrindən biri hesab olunur.

Kalsium - qida vasitəsilə qəbul edilməli olan mineraldır. Orqanizmdə kalsium çatışmadıqda, bədən onu sümüklərdən götürür ki, bu da onların zəifləməsinə səbəb ola bilər.
D vitamini - bir çox vacib orqanizm funksiyaları üçün lazımdır və xüsusilə kalsiumun mənimsənilməsinə və saxlanılmasına kömək edir. Süd D vitamini ilə zənginləşdirilmiş məhsuldur, yəni bu vitamin ona sonradan əlavə olunur. Balın tərkibindəki antioksidant və iltihab əleyhinə mikroelementlər osteoporoz riskini azaltmağa və ya xəstəliyin inkişafını ləngitməyə kömək edə bilər.

Ürək sağlamlığı üçün faydası

American Heart Association (AHA) ürək üçün sağlam qidalanmanın bir hissəsi olaraq gündə iki–üç porsiya yağsız və ya az yağlı süd məhsullarının qəbulunu tövsiyə edir. Araşdırmalar göstərib ki, tam yağlı süd ürək sağlamlığı üçün mütləq zərərli deyil. O, faydalı xolesterinin səviyyəsini artırmağa kömək edə bilər və yüksək qan təzyiqi ilə əlaqələndirilmir.

Əlavə şəkər miqdarı

Balın tərkibindəki şəkərlər əsasən qlükoza və fruktozadan ibarətdir. Əlavə şəkərin miqdarı gündəlik kalori normasının 6 faizindən çox olmamalıdır ki, bu da təxminən 2 xörək qaşığı bala bərabərdir.

Həzm problemləri

Laktoza dözümsüzlüyü olan insanlarda süd ürəkbulanma, ishal və ya qarında köp kimi əlamətlər yarada bilər. Süd məhsulları ilə bağlı çətinliklər olduqda, laktozasız süd seçmək olar. Belə süd bal ilə birlikdə qəbul edildikdə də sağlamlıq üçün faydalı xüsusiyyətlərini qoruyur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://lent.az
archiveBu xəbər 17 Yanvar 2026 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri