Icma.az
close
up
RU
Uşaqlıqdan başlayan “balla ölçülən həyat”... İmtahan sistemi gənclərin psixologiyasına necə təsir edir?

Uşaqlıqdan başlayan “balla ölçülən həyat”... İmtahan sistemi gənclərin psixologiyasına necə təsir edir?

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda uşaqlar təhsilə başlar-başlamaz imtahan sisteminin sərt reallığı ilə tanış olurlar. Artıq ikinci sinifdən test tapşırıqları onların gündəlik həyatının bir hissəsinə çevrilib. Bu, sadəcə qiymətləndirmə üsulu deyil, uşağın psixologiyasına, özünə inamına və gələcək dünyagörüşünə yönəlmiş uzunmüddətli təzyiq formasıdır.

Test sistemi mahiyyətcə düşünməyi yox, cavab tapmağı öyrədir. Uşaq mətnin mənasını, hadisənin səbəbini, yaxud öz fikrini izah etməyi yox, doğru variantı seçməyi öyrənir. Bu, tədricən yaradıcı düşüncə qabiliyyətini zəiflədir. Psixoloqlar bildirirlər ki, davamlı test tapşırıqları ilə işləyən uşaqlar tənqidi düşünmədən, sadəcə cavab yönümlü yanaşmaya alışır. Yəni onlar oxumaq üçün deyil, imtahanı keçmək üçün öyrənirlər.

İkinci sinifdən “kim daha çox bal yığacaq?” yarışının içində olan uşaq, hələ 8-9 yaşında başqaları ilə müqayisə mədəniyyətinə öyrəşir. Valideynlər “filan uşağın nəticəsi səndən yüksəkdir” deyəndə, uşaq artıq özünü dəyərsiz hiss etməyə başlayır. Beləcə, təhsil motivasiyası “öyrənmək istəyi” deyil, “məğlub olmamaq qorxusu”na çevrilir. Bu, illər keçdikcə xroniki gərginlik, özünəinam itkisi və emosional tükənmə ilə nəticələnir.

Azərbaycan ailələrində imtahan nəticələri çox vaxt uşağın ağlı, tərbiyəsi və gələcəyi ilə eyniləşdirilir. Halbuki səhv öyrənmənin bir hissəsidir. Amma bizim sistemdə səhv “rüsvayçılıq” sayılır. Nəticədə gənclər risk etməyi, sərbəst düşünməyi, yeni ideya deməyi qorxulu sayırlar, çünki uşaqkən hər səhv cavab cəza ilə ölçülüb.

Təhsil üzrə mütəxəssislər bildirirlər ki, imtahan mərkəzli sistem uzunmüddətli stress yaradır. Yuxusuzluq, narahatlıq, depressiya halları, xüsusən 9 və 11-ci sinif şagirdləri arasında artıb. Bəziləri imtahandan sonra belə “boşluq sindromu” yaşayır, yəni məqsədi imtahan idi, keçəndən sonra “indi nə olacaq?” sualına cavab tapa bilmir. Digərləri isə imtahan nəticəsinə görə özünü dəyərsiz hiss edir, halbuki ballar insan dəyərini ölçmür.

Skandinaviya ölkələrində, xüsusən Finlandiyada uşaqlar 16 yaşa qədər ümumiyyətlə test imtahanlarına cəlb edilmir. Orada əsas məqsəd öyrənməyə maraq oyatmaqdır, yoxsa nəticə toplamaq deyil. Uşaqlar komandada işləməyi, fikir bildirməyi, emosiyalarını idarə etməyi öyrənirlər. Bizdə isə sistem uşaqları rəqəmlə ölçür, fikirlə deyil. Beləliklə, “dərsini bilən” çoxdur, amma özünü tanıyan azdır.

İmtahanlar lazımdır, amma həyatın mərkəzinə çevrilməməlidir. Uşaq məktəbi “imtahan məntəqəsi”, müəllimi “bal verən şəxs”, özünü isə “cavab axtaran varlıq” kimi görməməlidir. Təhsil sistemi uşaqlara öyrətməlidir ki, məğlubiyyət son deyil, səhv rüsvayçılıq yox, bilik yadda saxlamaq deyil, anlamaqdır.

Leyla Mirzə, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 24 Oktyabr 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri