Usman Nurmaqomedov UFC yə niyə getmir?
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
Peşəkar Döyüşçülər Liqasının (PFL) yüngül çəkidə (70 kq) titulunu daşıyan Usman Nurmaqomedovun karyerası ətrafında müzakirələr davam edir.
İdman.Biz xəbər verir ki, idman ictimaiyyətində onun “Ultimate Fighting Championship”ə mümkün keçidi tez-tez gündəmə gəlsə də, həmyerlisi Şamil Ramazanov məsələ ilə bağlı fərqli məqama toxunub.
İdmançı Alfi Davislə baş tutan döyüşdə nümayiş etdirilən performansı yüksək qiymətləndirib və bildirib ki, verilən söz yerinə yetirildi – rəqib boğucu fəndlə məğlub edildi. Onun fikrincə, növbəti rəqib Arçi Kolqan daha ciddi sınaq sayılsa da, nəticə dəyişməyə bilər.
Ramazanovun sözlərinə görə, əsas məsələ başqa yerdədir: PFL Nurmaqomedov üçün kifayət qədər yaxşı şərtlər yaradıb və bu şərtlər döyüşçünü tam qane edir. Belə olan halda, kəskin dəyişiklik etməyə ehtiyac qalmır. Bununla yanaşı, UFC-də yüngül çəkidə rəqabətin daha güclü olduğu da vurğulanıb.
Ramazanov əlavə edib ki, şəxsi fikri soruşulsa, Nurmaqomedovu UFC-nin ilk beşliyində yer alan rəqiblərə qarşı görmək maraqlı olardı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 11 Fevral 2026 10:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















