Usman Nurməhəmmədov Mahaçevin şanslarını dəyərləndirdi
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
PFL-in (Professional Fighters League) yüngül çəkidə çempionu Usman Nurməhəmmədov Usman Nurməhəmmədov UFC-də yarımorta çəkidə titul uğrunda keçiriləcək İslam Mahaçev - İan Qarri döyüşü barədə fikirlərini bölüşüb.
İdman.Biz “Red Fury MMA”ya istinadən xəbər verir ki, rusiyalı döyüşçü avqustun 16-da ABŞ-nin Filadelfiya şəhərində təşkil olunacaq UFC 330 turnirində həmyerlisinin ciddi sınaqla üzləşəcəyini deyib.
“İan Qarri çox çətin rəqibdir. Əlbəttə, o, sürpriz edə bilər. Amma düşünürəm ki, İslam hər şeyə hazır olacaq. Bilirik ki, İanın güləş və qreplinqdə problemləri var. İslamın isə parterdə möhtəşəm nəzarəti, əla güləşi, həmçinin çox yaxşı zərbə arsenalı var”, - deyə Nurməhəmmədov bildirib.
Qeyd edək ki, İslam Mahaçev və İan Qarri arasında döyüş UFC 330 turniri çərçivəsində baş tutacaq. Qarşılaşma yarımorta çəkidə titul uğrunda keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:248
Bu xəbər 05 İyul 2026 17:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















