Icma.az
close
up
RU
USQ Rusiyanın dəniz piyada briqadasının komandiri və qərargah rəisini məhv etdi

USQ Rusiyanın dəniz piyada briqadasının komandiri və qərargah rəisini məhv etdi

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiyanın Kursk vilayətinin Korenevo yaşayış məntəqəsində yerləşən komanda məntəqəsinə endirilmiş zərbə nəticəsində azı 10 yüksək rütbəli rus zabiti məhv edilib.

Qaynarinfo "Anatoli Ştefan Ştirliç” Teleqram kanalına istinadla xəbər verir ki, məhv edilənlər arasında Rusiya Sakit Okean Donanmasının Jukov ordenli 155-ci əlahiddə dəniz piyada briqadasının komandiri, polkovnik Sergey İlyin və həmin briqadanın qərargah rəisi polkovnik Leonid Başkardin də var.

Rusiya İlyinin ölümünü rəsmi şəkildə təsdiqləyib. Bildirilib ki, o, Çuvaş Respublikasında hərbi təntənə ilə dəfn olunub. Məlumata görə, polkovnik İlyin 2 iyulda Ukraynanın raket zərbəsi nəticəsində məhv edilib.

Xatırladaq ki, daha əvvəl mətbuat bu hücum nəticəsində Rusiya Hərbi Dəniz Donanmasının baş komandanının müavini, Rusiya Qəhrəmanı, general-mayor Mixail Qudkovun da həlak olduğunu yazmışdı. Qudkov əvvəllər 155-ci ayrı dəniz piyada briqadasının komandiri olub.

2022-ci ildən etibarən bu briqada Ukraynaya qarşı müharibədə iştirak edir. 2022-ci ilin martında Moşçun istiqamətində hücum zamanı Rusiya dəniz piyadaları azı 21 hərbçisini itirmişdi ki, onların çoxu məhz 155-ci briqadanın üzvləri idi.

Ukrayna kəşfiyyatı 27 mart 2022-ci ildə 155-ci briqadanın üzvlərindən ibarət hərbi cinayətkarlar siyahısı yayımlamışdı. Bildirilirdi ki, briqadanın üç hərbçisi Buça, İrpen və Qostomeldə mülki vətəndaşların qətlə yetirilməsində birbaşa iştirak ediblər.

Buna baxmayaraq, 28 mart 2022-ci ildə Vladimir Putin bu briqadanın "kütləvi qəhrəmanlıq, cəsarət, dözümlülük və şücaət” göstərdiyini bəyan edərək ona "qvardiya” fəxri adını vermişdi.

2023-cü ilin dekabr ayına olan məlumata görə, briqada azı 234 nəfər döyüşçüsünü itirib, ümumi itkilər isə 1450 nəfəri keçib.

Xatırladaq ki, bundan əvvəl - 15 iyun tarixində Ukrayna cəbhəsində Rusiya tərəfindən Zaporojye vilayətində yaradılmış "özünümüdafiə dəstəsi”nin komandiri məhv edilib. Bildirilir ki, bu şəxs 2014-cü ildəki Avromaydan hərəkatının dağıdılmasında iştirak etmiş, daha sonra isə Ukrayna ordusunu tərk edərək Rusiyaya xidmət etməyə başlamışdı.

Bundan əvvəl isə – 7 mayda – Ukraynada Rusiya Pskov diviziyasının komandiri öldürülmüşdü. Bu diviziyanın hərbçiləri daha əvvəl Buçada insanlara işgəncə vermiş və ukraynalı hərbi əsirləri qətlə yetirmişdilər.

Alpər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 11 İyul 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri