“USS Abraham Lincoln” gələn həftə Tailandda limana yanaşacaq
Icma.az bildirir, Apa.az portalına istinadən.
ABŞ-ın “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisi 200 gündən artıq davam edən dəniz missiyasından sonra gələn həftə Tailandda limana yanaşacaq.
APA xəbər verir ki, Tailand Hərbi Dəniz Qüvvələri gəminin heyətin istirahəti və logistika ehtiyaclarının qarşılanması məqsədilə ölkənin şərqindəki limanlardan birinə qısamüddətli səfər edəcəyini açıqlayıb.
Təhlükəsizlik səbəbindən səfərin dəqiq tarixi açıqlanmayıb. Səfər çərçivəsində hərbi təlimlərin keçirilməsi nəzərdə tutulmur.
Qeyd edək ki, təxminən 5 min hərbçi və dəniz piyadasının olduğu gəminin heyətinin mənəvi-psixoloji vəziyyətinin pisləşdiyi barədə məlumatlar yayılmışdı.
ABŞ müharibə naziri Pit Heqset isə bu iddiaları təkzib edərək xəbərlərin gəmidəki vəziyyəti “tamamilə yanlış əks etdirdiyini” bildirib.
Gəmi 2025-ci ilin noyabrında San Dieqodan yola düşərək Yaxın Şərqə göndərilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 26 Avqust 2026 01:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















