Icma.az
close
up
RU
ÜST dən qorxunc xəbərdarlıq Real vəziyyət daha ağırdır...

ÜST dən qorxunc xəbərdarlıq Real vəziyyət daha ağırdır...

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Konqo Demokratik Respublikasında yayılan Ebola virusu ilə bağlı narahatlıq artır. Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir ki, rəsmi statistikadan daha çox insan virusa yoluxmuş ola bilər.

"Yeni Sabah" xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, may ayında elan olunan epidemiyanın başlanğıcından bəri 2500-dən çox yoluxma halı qeydə alınıb. Virus səbəbindən 1000-dən çox insan həyatını itirib, 500-dən çox xəstə isə sağalıb.

Qebreyesusun sözlərinə görə, ölüm hallarının əksəriyyəti xəstəxanalarda deyil, yaşayış məntəqələrində baş verir. ÜST rəhbəri vurğulayıb ki, bölgədə davam edən silahlı toqquşmalar və təhlükəsizlik problemləri səbəbindən epidemiya ocaqlarına giriş məhdudlaşır. Bu səbəbdən də virusa yoluxanların real sayının rəsmi göstəricidən iki dəfədən də çox ola biləcəyi ehtimal edilir. Toyuqlu pizza

O qeyd edib ki, təmasda olmuş şəxslərin təxminən 80 faizini müəyyən etmək mümkün olsa da, bütün ərazilərə daxil olmaq, xəstələri vaxtında aşkarlamaq və tibbi briqadaları hər yerə çatdırmaq mümkün olmur. Buna görə də epidemiyanın yayılma sürəti görülən tədbirləri üstələyir.

Onun sözlərinə görə,  hazırda əsas məqsəd İturi bölgəsində virusun yayılmasını azaltmaq və yeni yoluxmaların qeydə alındığı əyalətlərdə tibbi imkanları sürətlə genişləndirməkdir. Bunun üçün isə humanitar dəhlizin açılması və atəşkəsə nail olunması istiqamətində siyasi addımların atılması vacib hesab edilir.

ÜST baş direktoru sonda vurğulayıb ki, Konqo Demokratik Respublikası bu epidemiya ilə təkbaşına mübarizə apara bilməz. Ölkənin beynəlxalq dəstəyə və hər şeydən əvvəl sülhə ehtiyacı var.

Əsmətxanım Rzazadə


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 24 İyul 2026 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see811

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see560

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see401

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see286

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see284

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see279

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see267

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see258

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see251

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see228

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see221

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see210

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see208

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see205

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see204

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see199

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see196

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see193

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see191

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri