ÜST direktoru Qəzza ilə bağlı çağırış edib
Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Qəzzaya genişləndirilmiş, davamlı, təhlükəsiz qida və dərman çatdırılmasına dair çağırış edib.
Reyting.az xəbər verir ki, baş direktor çağırışını “X” sosial media platformasında İsrailin intensiv hücumu altında olan və aclığa sürüklənən Qəzzadakı vəziyyətlə bağlı edib.
Qebreyesus qeyd edib ki, ÜST Qəzzada aclığa cavab olaraq Qəzza zolağının cənubunda yerləşən Xan Yunisdəki Nasser Xəstəxanasında körpələrə və xəstələrə dəstək olmaq üçün vacib qida ləvazimatları paylayır. O, bu vəsaitlərin yeni doğulmuş körpələr və qida dəstəyinə ehtiyacı olan xəstələr üçün həyati əhəmiyyət kəsb etdiyini bildirib.
“Biz Qəzzada qida və dərmana geniş, davamlı və təhlükəsiz çıxış üçün çağırışlar etməyə davam edirik. Sülh ən yaxşı dərmandır”, - Qebreyesus əlavə edib.
V. QULİYEV
Bu mövzuda digər xəbərlər:Volker Türk Qəzza ilə bağlı çağırış edib...
04 Yanvar 2025 18:34
Almaniya Qəzza zolağı ilə bağlı çağırış edib
02 Noyabr 2025 00:23
ÜST çağırış etdi
01 Yanvar 2025 15:19
Türkiyə Qəzza ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib
03 Avqust 2025 22:07
ÜST COVID19la bağlı Çinə çağırış etdi
01 Yanvar 2025 14:29
Baxış sayı:71
Bu xəbər 05 Sentyabr 2025 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















