ÜST Livan, İraq və Suriyaya ümumilikdə 2 milyon dollar ayırıb
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Qahirə, 16 mart, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yaxın Şərqdə davam edən böhran fonunda təxirəsalınmaz yardım fondundan Livan, İraq və Suriyaya 2 milyon dollar ayırıb.
AZƏRTAC xəbər verir ki, ÜST münaqişənin çox sayda əhali köçünə səbəb olduğunu qeyd edib. Bildirilir ki, Livanda 700 minə qədər insan ölkə daxilində məcburi köçkünə çevrilib.
Təşkilat Livana 1 milyon dollar ayırıb. Bu vəsait fövqəladə hallarda koordinasiyanın möhkəmləndirilməsinə, yaralıların müalicəsinə, xəstəliklərə nəzarətin gücləndirilməsi, əsas dərman və tibbi ləvazimatların alınmasına və paylanmasına sərf ediləcək.
Bundan əlavə, İraq və Suriyanın hər birinə 500 min dollar ayrılıb. Vəsait fövqəladə hallarda koordinasiyanın dəstəklənməsi, kütləvi yaralanma hallarının idarə olunması, əsas dərman və tibbi ləvazimatların alınması və paylanması, köçkün əhaliyə səhiyyə xidmətlərinin göstərilməsi, xəstəliklərə nəzarət və ictimai maarifləndirmənin gücləndirilməsi üçün nəzərdə tutulub.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 16 Mart 2026 00:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















