Icma.az
close
up
RU
ÜST nin Azərbaycan üzrə Ölkə Ofisi Köməkçi Texnologiyalar və Reabilitasiya üzrə Milli Dialoq təşkil edib

ÜST nin Azərbaycan üzrə Ölkə Ofisi Köməkçi Texnologiyalar və Reabilitasiya üzrə Milli Dialoq təşkil edib

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

19 iyun 2025-ci il tarixdə ÜST-nin Azərbaycan üzrə Ölkə Ofisinin təşkilatçılığı və “ATscale – Köməkçi Texnologiyalar üzrə Qlobal Tərəfdaşlıq” təşkilatı və “Universal Tibbi Təminat Tərəfdaşlığı” təşəbbüsünün maliyyə dəstəyi ilə Bakıda “Köməkçi Texnologiyalar və Reabilitasiya üzrə Milli Dialoq” adlı tədbir keçirilib. Tədbirin məqsədi Azərbaycanda köməkçi məhsul və xidmətlərə bərabər çıxışın təmin olunması istiqamətində milli səylərin gücləndirilməsi, prioritetlərin müəyyənləşdirilməsi və sektorlararası əməkdaşlığın möhkəmləndirilməsi oldu.

Bizimyol.info ÜST-nin Azərbaycan üzrə Ölkə Ofisinə istinadən xəbər verir ki, tədbirdə AR Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Maliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyindən, eləcə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqından nümayəndələr iştirak edib. Müzakirələr zamanı köməkçi texnologiyalar sahəsində mövcud inkişaf potensialı və gələcək prioritet addımlar nəzərdən keçirilib.

Açılış nitqi ilə çıxış edən ÜST-nin Ölkə Ofisinin səhiyyə siyasəti üzrə məsləhətçisi H. İbrahim Durak "Köməkçi texnologiyalar insanların müstəqil yaşamasını, təhsil almasını və cəmiyyətə tam şəkildə inteqrasiya olunmasını təmin edən əsas vasitələrdir. Azərbaycan bu sahədə mühüm irəliləyişlər əldə edib və ÜST olaraq biz bu prosesə texniki dəstək göstərməyə hazırıq", - deyə qeyd edib.

Görüşdə təmsil olunan AR Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev “Ölkə başçısının daim diqqət mərkəzində saxladığı prioritet sosial məsələlərdən biri olan köməkçi texnologiyaların gücləndirilməsi istiqamətində hər bir qurum mühüm işlər görür. Bu fəaliyyətlər daha koordinasiyalı şəkildə həyata keçirilərsə, görülən işlər ölkənin ümumi sosial-iqtisadi inkişafına daha böyük töhfə verə bilər”,- deyə vurğulayıb.

Tədbir çərçivəsində ÜST-nin üzv ölkələrdə həyata keçirdiyi qiymətləndirmələr əsasında keyfiyyətli köməkçi texnologiyalara çıxışın genişləndirilməsinə dair hazırladığı təklif və tövsiyələr, eləcə də ÜST-nin alət və resursları təqdim olunub.

ÜST-nin köməkçi texnologiyalar üzrə qlobal hesabatına əsasən hər üç nəfərdən biri köməkçi məhsullara ehtiyac duyur, lakin yalnız hər on nəfərdən biri bu məhsullara faktiki çıxış əldə edə bilir. Əhalinin yaşlanması, qeyri-infeksion xəstəliklərin qlobal səviyyədə artması, böhranlar və münaqişələr zamanı təsirlənmiş insanların bu məhsullara ehtiyacını əhəmiyyətli şəkildə artırır. Bu tendensiyalar bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da müşahidə olunur.

ÜST BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları üzrə Konvensiyası (CRPD), Davamlı İnkişaf Məqsədləri (DİM) və Ümumdünya Səhiyyə Assambleyasının Köməkçi məhsullar üzrə 71.8 saylı Qətnaməsi çərçivəsində ölkələrə sübuta əsaslanan, inklüziv və ədalətli köməkçi texnologiya sistemlərinin qurulmasında dəstəyini davam etdirir.

Bakıda keçirilən bu Milli Dialoq Azərbaycanda inklüziv və davamlı köməkçi texnologiya sistemlərinin gücləndirilməsinə doğru atılmış mühüm addım oldu. Milli tərəfdaşların və beynəlxalq qurumların bir araya gəlməsi bu sahədə ortaq baxışın formalaşmasına, real ehtiyacların müəyyənləşdirilməsinə və bərabər çıxışı təmin edəcək konkret tədbirlərin planlaşdırılmasına zəmin yaradacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 19 İyun 2025 19:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see224

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see187

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see166

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see160

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see158

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see149

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see143

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see139

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see135

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see134

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri