ÜST rəhbəri Yəməndən çıxa bilmədi
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hələlik təşkilatın rəhbəri Tedros Adhanom Gebreyesusun Səna hava limanına hücumlardan sonra cümə axşamı Yəməndən çıxa bilib-bilməyəcəyindən xəbərsizdir.
Redaktor.az-ın məlumatına görə, bu barədə qurumun mətbuat xidməti bildirib.
Qeyd olunub ki, daha ətraflı məlumat olanda xəbər veriləcək.
Gebreyesus daha əvvəl "X" hesabında yazıb ki, BMT nümayəndə heyətinin uçması üçün hava limanına dəyən ziyanın aradan qaldırılmasına qədər gözləmək lazımdır.
O həmçinin deyib ki, hava hücumu Yəmənin Səna hava limanında BMT nümayəndə heyəti ilə birlikdə olduğu təyyarədən bir neçə metr aralıda yerləşən binaya ziyan vurub. Nəticədə ekipajın bir üzvü xəsarət alıb.
Qeyd edək ki, bu gün İsrail aviasiyası üsyançı husilər Ənsar Allah hərəkatının nəzarətində olan Səna və liman şəhəri Hudeydaya irimiqyaslı zərbələr endirib. Yerli KİV-in məlumatına görə, insident nəticəsində iki nəfər həlak olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 26 Dekabr 2024 23:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















