ÜST rəhbərindən dünyaya HƏYƏCAN TƏBİLİ: Yeni pandemiya qaçılmazdır
Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Yeni respirator patogenin ortaya çıxması COVID-19 pandemiyası ilə müqayisə edilə biləcək nəticələrə malik pandemiyaya səbəb ola bilər".
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində keçirilən mətbuat konfransında deyib.
"Gecələr məni yuxudan oyadan narahatlıqlardan biri yeni respirator patogenin ortaya çıxması ehtimalıdır. Bu isə öz növbəsində COVID-in yaratdığı nəticələrlə eyni nəticələrə səbəb ola bilər", - deyə o bildirib.
Qebreyesusun fikrincə, yeni pandemiyanın baş verməsi qaçılmazdır və bu, sadəcə zaman məsələsidir.
"Gələcək pandemiya "əgər" deyil, "nə zaman" məsələsidir", - deyə o vurğulayıb.
ÜST rəhbəri Konqo Demokratik Respublikasında davam edən Ebola epidemiyasının xəstəliyin istənilən yerdə və istənilən vaxt başlaya biləcəyini, təkcə yerli icmalar üçün deyil, həm də qonşu ölkələr və bütövlükdə dünya üçün təhlükə yarada biləcəyini xatırlatdığını qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 26 Sentyabr 2026 00:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















