ÜST sədri: İsrail qırıcılarının atdığı raket az qala bizi öldürəcəkdi
Hurriyyet saytına istinadən Icma.az xəbər verir.
Hurriyyet.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının başçısı Tedros Adhanom Qebreyesus Yəmənin Səna beynəlxalq aeroportunda olduğu zaman İsrail aviasiyasının zərbələrindən zorla sağ çıxdığını bildirib. ÜST sədri Britaniyanın "BBC Radio 4" kanalının efirində bildirib ki, raket bir qədər istiqamətini dəyişsəydi, onunla həmkarlarının başına tuş gələ bilərdi. Tedros Adhanom Qebreyesusun sözlərinə görə, aeroporta hücum zamanı xaos baş verib, insanlar tamamilə köməksiz vəziyyətdə daldalanmağa yer axtarmağa başlayıblar.
ÜST sədri deyib: "Bizim bəxtimiz gətirdi. Raket bir qədər yaxına uçsaydı. başımıza düşə bilərdi. Həmkarın möcüzə nəticəsində sağ qaldığımızı dedi".
ÜST sədrinin həmkarı, BMT əməkdaşı olan heyət üzvü hücum zamanı yaralanıb. Tedros Adhanom Qebreyesus Yəmən paytaxtına BMT əməkdaşlarının azad edilməsi barəsində danışıqlar aparmaq və ölkədəki humanitar vəziyyəti qiymətləndirmək üçün səfər etmişdi.
Hürr Tərcüman
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 28 Dekabr 2024 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















