Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

ÜST: Spirtli içkilər pankreas xərçəngi riski yaradır

ÜST: Spirtli içkilər pankreas xərçəngi riski yaradır

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 27 may, AZƏRTAC

Spirtli içkilər mədəaltı vəzi (pankreas) xərçəngi riski yaradır. AZƏRTAC BMT-nin məlumatına istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Xərçəng Araşdırmaları Mərkəzinin rəhbərlik etdiyi tədqiqatın yekunları üzrə bu qənaət hasil edilib. Araşdırma zamanı Asiya, Avstraliya, Avropa və Şimali Amerikada təxminən 2,5 milyon insanın məlumatları birləşdirilib.

Tədqiqat zamanı alkoqol istehlakının cinsiyyətindən və ya siqaret çəkməsindən asılı olmayaraq, insanlarda mədəaltı vəzi xərçənginin inkişaf riskini artırdığı aşkarlanıb.

Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin apardığı bu tədqiqatın baş müəllifi və ÜST Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) Qidalanma və metabolizm şöbəsinin rəhbəri Pietro Ferrari deyib: “Alkoqol istehlakı məlum kanserogendir, lakin indiyədək onu xüsusilə mədəaltı vəzi xərçəngi ilə əlaqələndirən sübutlar qeyri-müəyyən hesab olunurdu. Yeni araşdırmalar isə konkret faktlarla bu əlaqəni təsdiq etdi”.

Mədəaltı vəzi həzm üçün fermentlər və qan şəkərini tənzimləyən hormonlar istehsal edən həyati bir orqandır. Bu daxili orqanda yaranan bədxassəli şiş gec diaqnoz qoyulması səbəbindən ən ölümcül xərçəng xəstəlikləri sırasında yer alır.

ÜST qeyd edir ki, spirtli içki içənlərin hamısı risk altındadır. IARC araşdırması göstərib ki, gündə istehlak edilən hər əlavə 10 qram spirt mədəaltı vəzi xərçəngi riskində 3 faiz artımla əlaqələndirilir. Gündəlik 15-30 qram alkoqol istehlak edən qadınlar üçün risk yüngül içənlərlə müqayisədə 12 faiz artıq olub. Kişilər arasında gündə 30-60 qram içənlər 15 faiz, gündə 60 qramdan çox istehlak edənlər isə 36 faiz daha çox risklə üzləşiblər.

P, Ferrari əlavə edib: “Alkoqol tez-tez tütünlə birlikdə istehlak edilir və bu, siqaretin əlavə risk yaratması ilə bağlı suallar doğurur. Ancaq təhlilimiz göstərdi ki, spirt və mədəaltı vəzi xərçəngi riski arasındakı əlaqə hətta siqaret çəkməyənlər üçün də mövcuddur və bu, alkoqolun özünün müstəqil bir risk faktoru olduğunu göstərir”. O əlavə edib ki, ömürboyu spirt istehlakının təsirini, o cümlədən içki içmə və erkən yaşda məruz qalma kimi nümunələri daha yaxşı başa düşmək üçün əlavə araşdırmaya ehtiyac var.

Pankreas xərçəngi dünyada ən çox rast gəlinən on ikinci onkoloji xəstəlikdir, amma yüksək ölüm nisbətinə görə bu səbəbdən ölümlərin 5 faizini təşkil edir.

2022-ci ildə Avropa, Şimali Amerika, Avstraliya, Yeni Zelandiya və Şərqi Asiyada pankreas xərçəngindən xəstələnmə və ölüm nisbəti digər bölgələrə nisbətən beş dəfəyə qədər yüksək olub. Spirtli içkilərin istehlakının qadağan edildiyi ölkələrdə isə bu göstəricilər aşağıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 May 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see705

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see673

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see671

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see513

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see483

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see478

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see464

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see410

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see361

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see354

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see353

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see345

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see342

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see336

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see333

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see330

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see325

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see324

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see316

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see303
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri