Icma.az
close
up
RU
Kişiləri qadın sürücülərdən bezdirən 5 hərəkət Bu səhvlər onları hövsələdən çıxarır...

Kişiləri qadın sürücülərdən bezdirən 5 hərəkət Bu səhvlər onları hövsələdən çıxarır...

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Yollarda kişi və qadın sürücülər arasında fikir ayrılıqları, qarşılıqlı iradlar və narazılıqlar tez-tez müşahidə olunur. Kişi sürücülər bəzən qadınların sükan arxasında daha çox səhv etdiyini iddia edir, qadınlar isə kişilərin aqressiv və səbirsiz davranışlarından şikayətlənirlər. Bəs əslində, kişi sürücülərin qadın həmkarlarından ən çox narazı qaldığı məqamlar hansılardır? Qadın və kişilərin sükan arxasında yol verdiyi səhvlər bir-birindən nə ilə fərqlənir? Bu fərqlər sürücülük vərdişləri ilə, yoxsa fərdi davranışlarla bağlıdır?

Yol hərəkəti təhlükəsizliyi mütəxəssisi Arzu Babazadə “Yeni Sabah”a açıqlamasında bu məsələlərə aydınlıq gətirib.O bildirib ki, bəzi qadın sürücülərin kifayət qədər təlim keçmədən sükan arxasına əyləşməsi və diqqəti yayındıran hərəkətlər etməsi ciddi təhlükə yaradır:

“Çox təəssüf ki, mən kişi sürücülərimizə “haqsızsınız” deyə bilməyəcəyəm. Çünki son zamanlarda iki, üç, beş saatlıq təlimdən sonra sükan arxasına əyləşib yollara çıxan xanım sürücülər müşahidə edirik. Buna çox təhlükəli bir məqam da əlavə olunur. Bəziləri sükan arxasında mobil telefondan istifadə edir, işə gedə-gedə makiyaj edirlər. Bunların hamısı diqqəti yayındıran amillərdir.Bu cür az təlimlə yollara çıxan və üstəlik, təhlükəli hərəkətlər edən xanım sürücülər özləri qəzaya qarışmasalar da, ciddi və faciəvi qəzalara səbəb ola bilirlər. Özləri sürüb gedirlər, amma arxada onların hərəkətləri səbəbindən kimin kimə toqquşduğu, hansı hadisənin baş verdiyi heç vecilərinə də olmur. Ona görə də kişilərin bu məsələdə narazılığını haqlı hesab edirəm”. ShopByBro

Mütəxəssis qeyd edib ki, sürücülük təlimlərinin az olması ilə yanaşı, bəzi hallarda qaydaları bilən şəxslərin də məsuliyyətsiz davranışı qəza təhlükəsi yaradır:

“Belə halları mən özüm də müşahidə edirəm. Əsas səhvlərdən biri çox az sayda təlim keçərək sürücülük vərdişlərinə tam yiyələnmədən yollara çıxmaqdır. Sonra bəzən görürük ki, peşəkar təlimçilərin tələbələri də yollarda səhvlər edirlər. Bu isə artıq insanın xarakteri, məsuliyyət hissi ilə bağlıdır. Qanun-qaydanı, yol hərəkəti normalarını öyrədirsən, lakin həmin şəxs yola çıxanda öz bildiyi kimi hərəkət edir, qaydalara riayət etmir və sürücülük mədəniyyətindən kənar davranışlar sərgiləyir.

Sürücülərin yol verdiyi səhvlərin sayını qadın və kişilər arasında bərabər müqayisə etmək də düzgün deyil. Çünki kişi sürücülərin sayı daha çoxdur. Sürücü sayı nə qədər çoxdursa, səhvlərin sayı da bir o qədər çox olacaq. Qadın sürücülərin sayı isə kişilərlə müqayisədə azdır. Bu, qadınların daha yaxşı, yaxud kişilərin daha pis sürücü olması demək deyil. Sürücülüyü cinsə bölmək olmaz. Heç bir peşəni cinsə görə qiymətləndirmək düzgün deyil. Məsuliyyətlisi də var, məsuliyyətsizi də, savadlısı da var, savadsızı da”.

A.Babazadə qadın sürücülərin kişilərin aqressiv və səbirsiz davranışlarından şikayətlənməsinə də münasibət bildirib. Onun sözlərinə görə, bəzi kişi sürücülər xanımların qanunlara uyğun hərəkətlərinə belə aqressiv reaksiya verirlər:

“Bəzi kişilər, bunu hamıya şamil etmirəm, xanım sürücülərə yol vermək istəmirlər. Bəzən qadın sürücü piyadaya yol verir, arxadakı sürücü isə siqnal verərək onu təhqir edir. Halbuki xanım sürücü qanunlara uyğun davranır. Yaxud özü baş yolda olsa da, digər yolda nəqliyyat axınının çox olduğunu görərək sürücülük mədəniyyəti naminə bir neçə avtomobilin keçməsinə şərait yaradır. Belə hallarda bəzi sürücülər səbirsizlik göstərir, səs siqnalı verir, təhqiredici ifadələr işlədirlər”.

Mütəxəssis kişi sürücülərin qadın həmkarlarından ən çox narazı qaldığı məqamları da sadalayıb. O, xüsusilə sürət həddinə uyğun hərəkət etməməyin, güzgülərdən düzgün istifadə olunmamasının və ətrafdakı avtomobillərə diqqət yetirilməməsinin təhlükəli olduğunu vurğulayıb:

“Kişi sürücülərin narazı qaldığı əsas məqamlardan biri də xanımların ləng davranışlarıdır. Sürücülük vərdişlərini təkmilləşdirmədən yola çıxan bəzi xanımlar 90-110 km/saat sürət həddi olan yollarda ikinci, üçüncü, dördüncü və beşinci zolaqlarda 40-55 km/saat sürətlə hərəkət edərək qəza şəraiti yaradırlar. Bundan başqa, yalnız qarşıya baxmaları, güzgülərdən düzgün istifadə etməmələri, arxadan gələn avtomobillərin işıq siqnallarına diqqət yetirməmələri də ciddi narahatlıq doğurur.

Bir xanım sürücü kimi mənim özümü də narahat edən məqamlardan biridir. Dəfələrlə işıq siqnalı ilə xanım sürücüyə xəbərdarlıq etmək istəmişəm ki, məsələn, avtomobilin qapısı açıq vəziyyətdədir, arxa oturacaqda uşaq var və qapı düzgün bağlanmayıb. Lakin sürücü güzgülərə baxmadığı üçün xəbərdarlığı görmür. Belə hallarda səs siqnalı verməklə, yanından keçərkən işarə edərək qapısının açıq olduğunu bildirməyə çalışmışam. Bu, ətrafdakı sürücülər üçün də ciddi təhlükə yaradır. Ona görə də az sayda dərslə, qanunları tam öyrənmədən yollara çıxmaqla bağlı narazılıqların haqlı tərəfləri var”.Qadın və kişi sürücülərin yol verdiyi səhvlərin fərqinə toxunan Arzu Babazadə bildirib ki, bəzi hallarda kişilər səhv etdiklərini bilə-bilə qaydaları pozur, qadınlar isə kifayət qədər öyrənmədikləri üçün bilmədən yanlış hərəkətlərə yol verirlər:

“Amma nəticə etibarilə hər iki halda bu, səhvdir və ciddi təhlükə yaradır. Hər inzibati xəta bir qəza, əlil arabası, reanimasiya və hətta məzar daşı deməkdir. Ona görə də səhvin hansı səbəbdən edildiyinin fərqi yoxdur. Səhv edilməməlidir, çünki yol səhvi bağışlamır”.

Mütəxəssis xanımlara sükan arxasına əyləşməzdən əvvəl sürücülük vərdişlərini tam mənimsəməyi tövsiyə edib. O, həmçinin qadın və kişi sürücülərin reaksiya müddəti arasında fərq olduğunu iddia edərək bunun nəzərə alınmasının vacibliyini vurğulayıb:

“Xanımlar ilk növbədə sürücülüyü düzgün öyrənməli, bütün vərdişlərə tam yiyələndikdən sonra sıx yollara çıxmalıdırlar. Bundan əlavə, bəzi qadınlar öz reaksiyalarının kişilərlə müqayisədə daha gec olduğunu qəbul etmək istəmirlər. Elmi araşdırmaların göstərdiyinə görə, qadınların reaksiyası kişilərin reaksiyasına görə saniyənin üçdə biri qədər gecikir. Xanımlar bu fərqi nəzərə alaraq sürücülük vərdişlərini daha da təkmilləşdirməli, özlərini yola tam hazır hiss etdikdən sonra avtomobil idarə etməlidirlər. Bunu qəbul etməyərək kifayət qədər hazırlıq keçmədən yollara çıxmaq isə problemlərə səbəb olur”.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 23 Noyabr 2026 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see430

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see315

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see311

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see308

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see305

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see303

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see303

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see298

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see297

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see279

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see266

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see265

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see264

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see263

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see258

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see258

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see256

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see255

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see255

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see253
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri