Icma.az
close
up
RU
ÜST və ÜMT xəbərdarlıq edir: İfrat istilər işçilərin sağlamlığı və əmək məhsuldarlığı üçün ən böyük təhlükəyə çevrilir

ÜST və ÜMT xəbərdarlıq edir: İfrat istilər işçilərin sağlamlığı və əmək məhsuldarlığı üçün ən böyük təhlükəyə çevrilir

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 24 avqust, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Ümumdünya Meteorologiya Təşkilatı (WMO) xəbərdarlıq ediblər ki, həddindən artıq istilər işçilərin sağlamlığı və yaşayış vasitələri üçün ən böyük təhlükələrdən birinə çevrilir.

AZƏRTAC bu təşkilatların məlumatına istinadla xəbər verir ki, yeni birgə hesabat iqlim dəyişikliyi və iş yerində istilik stresi, daha uzun, ekstremal istilik dalğaları kimi artan riskləri vurğulayır. Kənd təsərrüfatı, tikinti və balıqçılıq sahələrində çalışan işçilərin artıq təhlükəli temperaturun təsirindən əziyyət çəkdiyini vurğulayan bu sənəd inkişaf etməkdə olan ölkələrdə uşaqlar, yaşlılar və aşağı gəlirli icmalar da daxil olmaqla, həssas qrupların artan təhlükələrlə üzləşdiyinə diqqət çəkir.

ÜST Baş direktorunun müavini Ceremi Farrar bildirib: “İstilik stresi, xüsusən də ən həssas icmalarda artıq milyardlarla işçinin sağlamlığına və yaşayış vasitələrinə ziyan vurur. Bu yeni təlimat insanların həyatını qorumaq, bərabərsizliyi azaltmaq və istiləşən dünyada daha davamlı işçi qüvvəsi yaratmaq üçün praktiki, sübuta əsaslanan həllər təklif edir”.

Əlli il davam edən araşdırmalara əsaslanan hesabat artan temperaturun həm sağlamlığa, həm də məhsuldarlığa necə təsir etdiyini vurğulayır.

ÜMT təsdiqləyib ki, 2024-cü il sənayedən əvvəlki temperaturdan 1,55 dərəcə Selsi çox olan 40 °C-dən yuxarı gündüz temperaturları adi hala çevrilib, bəzi ərazilərdə hətta 50°C-dən çox olub. 2024-cü il tarixdə ən isti il olub, builki göstəricinin isə daha yüksək oacağı təxmin edilir.

Təşkilatın Baş katibinin müavini Ko Barret deyib: “Peşə istiliyinin stresi qlobal sosial problemə çevrilib və bu, artıq ekvatora yaxın olan ölkələrlə məhdudlaşmır. Avropadakı son isti dalğası buna bariz misaldır. İşçilərin həddindən artıq istidən qorunması təkcə sağlamlıq üçün vacib deyil, həm də iqtisadi zərurətdir”.

Hesabatda həddindən artıq istilərin iş dünyasını necə dəyişdirdiyi təfərrüatları var. O, müəyyən edir ki, 20°C-dən yuxarı hər dərəcə üçün işçi məhsuldarlığı 2-3 faiz azalır. Onun sağlamlığa təsirləri isə istivurma, susuzluq, böyrək funksiyasının pozulması və nevroloji pozğunluqlar da daxil olmaqla genişmiqyaslıdır. Ümumiyyətlə, hazırda dünya əhalisinin təxminən yarısı yüksək temperaturun mənfi təsirlərini yaşayır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Avqust 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri