Icma.az
close
up
RU
ÜST xəbərdarlıq edir: Konqo və Uqandada Ebola riski yüksəkdir

ÜST xəbərdarlıq edir: Konqo və Uqandada Ebola riski yüksəkdir

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Konqo Demokratik Respublikasında və Uqandada Ebola virusunun yayılma riski milli və regional səviyyələrdə yüksəkdir, lakin qlobal risk aşağı olaraq qalır.

AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə ÜST-nin komitə iclasında deyib. Onun sözlərinə görə, mayın 20-dək təxminən 600 yoluxma və 139 ölüm hadisəsi qeydə alınıb. Konqo Demokratik Respublikasının şimal əyalətlərində 51 yoluxma hal təsdiqlənib, lakin ölkədə epidemiyanın real miqyası bundan xeyli genişdir.

ÜST-nin Baş direktoru ciddi narahatlıq doğuran bir neçə faktoru sadalayıb.“Birincisi, virusun epidemiya aşkarlanmazdan əvvəlki uzunmüddətli gizli dövrünü nəzərə alsaq, bu rəqəmlərin artacağını gözləyirik. İkincisi, epidemiya geniş əraziyə yayılıb: bir neçə şəhər aqlomerasiyasında yoluxmalar üzə çıxır. Üçüncüsü, səhiyyə işçiləri arasında qeydə alınan ölüm halları virusun tibbi xidmətlər göstərilməsi prosesində də yayıldığını sübut edir. Dördüncüsü, epidemiya zonasında əhalinin sıx hərəkəti müşahidə olunur. Nəhayət, beşincisi, epidemiya heç bir peyvənd və ya müalicəsi olmayan virusdan qaynaqlanır”, - deyə o bildirib.

Mediada yayılan məlumata görə, hazırkı epidemiya Konqo Demokratik Respublikasında 17-ci Ebola epidemiyasıdır. Əvvəlki epidemiya 2025-ci ilin avqust ayında baş verib və 34 nəfərin ölümünə səbəb olub. Ölkədə ən böyük epidemiya 2018-ci ildən 2020-ci ilədək davam edib və təxminən 2 min 300 ölüm hadisəsi ilə nəticələnib. Ümumilikdə isə son 50 ildə Afrikada bu xəstəlikdən 15 min nəfər ölüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 May 2026 20:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see407

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see321

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see316

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see232

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see225

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see223

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see222

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see219

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see204

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see198

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see193

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see187

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see187

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see186

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see185

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see181

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see179

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see171

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri