Icma.az
close
up
RU
Üstü qırmızı, içi ağ...Yediyimiz pomidorların geni dəyişdirilib İDDİA

Üstü qırmızı, içi ağ...Yediyimiz pomidorların geni dəyişdirilib İDDİA

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Sosial şəbəkələrdə müştərinin aldığı pomidorun içərisinin ağ çıxması ilə bağlı görüntülər yayılıb. Paylaşım edən şəxs pomidorun xaricdən yaxşı göründüyünü, lakin içərisinin yararsız olduğunu bildirərək aidiyyəti qurumlara çağırış edib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Bakupost”a bildirib ki, bazar qloballaşdıqca istehlakçı hüquqları arxa planda qalır. Onun sözlərinə görə, elə məhsul növləri hazırlanır ki, uzun müddət xarab olmur, aylarla saxlanılır və xarici görünüşünü qoruyur:

“Azərbaycan da qlobal bazara inteqrasiya olduğu üçün satıcıların və istehsalçıların hamısının marağında malın uzun müddət qalması imkanlarının yaradılmasıdır. Əlbəttə, dünyada genetik modifikasiya olunmuş pomidorlar da var. Güman edirəm ki, bu cür pomidorlar da genetik modifikasiya olunmuş pomidorlardır. Bunların toxumları əksər hallarda hibrid adı ilə Azərbaycana keçirilir və sənədlərdə də hibrid göstərilir. Bəzən mən məsələni dövlət orqanlarının qarşısında qaldıranda deyirlər ki, sən bilmirsən, bunlar hibriddir. Amma mən ehtimal edirəm ki, bunlar geni dəyişdirilmiş pomidorlardır. Uzun müddət qalırlar, xarab olmurlar.

İlk baxışda tərkibində pestisidlərin, nitratların miqdarı normada olur, çünki Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir. Lakin məhsulun istehlakçının tələbatını ödəyib-ödəməməsi, ağız dadına uyğun olub-olmaması arxa planda qalır”.

E. Hüseynov qeyd edib ki, istehlakçı məhsul alarkən onu seçməli, mümkün olduqda yerində kəsib yoxlamalıdır:

“İstehlakçı nə qədər də axtarsa, qədim pomidor növünü tapa bilməyəcək. Onlar artıq sıradan çıxıb. Onlar əkiləndə digər pomidorlarla tozlanma nəticəsində öz sortlarını da dəyişiblər. Bir çox bitkilər, o cümlədən şamama adlanan kolxoz yemişi, badımcanlar sortunu tamamilə dəyişib. Biz içərisində tumu olmayan bibərlər, tumu olmayan qarpızlar görürük. Bunların hamısının mənası odur ki, bütün dünyada biznes siyasəti, istehlakçıdan pul qoparmaq siyasəti öndə istehlakçı sağlamlığı məsələsi isə arxa plandadır. İstehlakçıya yalnız məhsulu kəsib yerində yoxlamaqdan başqa çıxış yolu qalmır. Çox təəssüf ki, vəziyyət belədir. Pomidorlar evdə və ya soyuducuda aylarla xarab olmur. Elə bir şey yaradıblar ki, xarab olmasın, axırda istehlakçının boğazında tıxansın. Azad İstehlakçılar Birliyi belə məsələlərdən çox narahatdır. Biz daim iş aparırıq ki, bunlar azaldılsın”.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 01 Sentyabr 2026 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see443

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see335

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see314

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see307

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see291

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see291

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see281

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see262

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see246

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see241

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see223

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see222

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see213

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see212

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see209

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see200

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see198

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see194

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see194

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri