Icma.az
close
up
RU
“Manatlıq” taksilərin kəllə çarxa çıxan qiymət artımı… Onları cəza gözləyir? ARAŞDIRMA

“Manatlıq” taksilərin kəllə çarxa çıxan qiymət artımı… Onları cəza gözləyir? ARAŞDIRMA

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son günlər davam edən soyuq və qarlı hava şəraiti taksi xidmətlərinin qiymətlərinə də təsir göstərib. “Manatlıq” fəaliyyət göstərən taksilərdə süni qiymət artımı müşahidə olunur. Belə ki, marşrut avtobuslarının fəaliyyət göstərmədiyi hallarda fürsətdən istifadə edən “manatlıq” taksi sürücüləri adi günlərdə Bakıətrafı qəsəbələrə 1-2 manata sərnişin daşıdıqları halda, hazırda bu qiymətlər müxtəlif istiqamətlər üzrə 5-10 manat arasında dəyişir. 

Məsələn, Əhmədli metrosundan Hövsan, Azadlıq metrosundan Mehdiabad, Fatmayı, Novxanı, 20 Yanvar metrosundan Xocasən, Sulutəpə istiqamətində hərəkət edən taksilər “fürsətdən” yararlanaraq qiymətləri 5-10 manat arasında qaldırıblar.

Sürücülərin bu cür fürsətdən istifadə edərək süni qiymət artımı etmələri sərnişinlərin narazılığına səbəb olub.

Süni artım qanunvericiliyə nə dərəcədə uyğundur? İstehlakçıların hüquqlarını qorumaq və qiymət manipulyasiyasının qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

İqtisadçı-ekspert Xalid Kərimli bildirdi ki, taksi qiymətlərinin qalxması süni qiymət artımı deyil:

“Xüsusən “manatlıq” taksiləri nəzərdə tuturam. Hansı ki, onlar da bizim kimi fərdi vətəndaşlardır. Burada hansı süni artımdan söhbət gedə bilər? Süni qiymət artımını dövlət edə bilər. Məsələn, ən qısa məsafələrdə minimum qiyməti qaldırdı. Avtobusun qiymətlərini də nümunə gətirə bilərəm. Bundan başqa süni qiymət artımını monoplistlər edə bilər. “Manatlıq” taksilər monoplist deyillər axı.

Süni qiymət artımı ölkə qanunvericiliyində, xüsusilə Rəqabət Məcəlləsində hansı hallarda süni qiymət artımından gedə bilər? Əgər bazarda hökmran mövqeyə malik olan və ya birləşərək qiymətləri razılaşdıran şirkətlər bazar şərtlərini diktə edirsə, bu qanun pozuntusu sayılır. Məsələn, bazarın üç iri iştirakçısı – hər biri 10-15% paya malik olduqda – bir araya gələrək müəyyən qiyməti təyin edirsə, bu süni qiymət artımı hesab olunur. Amma takislərdə belə məsələ yoxdu axı. Ona görə də burada süni qiymət artımından söhbət getmir. Qiymət niyə artıb sualına gəldiksə isə risk və xərc artıb. Biz öz şəxsi maşınımızı istifadə etmirik ki, risk var. İcitmai nəqliyyat belə 21:30-a dək fəaliyyət göstərir. Bu da riskə görədir. Biz fərqi hiss etməliyik. Maşınlar yolda sürüşüb qəza törə bilərlər. Taksi fəaliyyətini riskə atır, tələbat artır, həm də xərclərin artması baş verir. Əvvəlki yanacaq istehsal olunmur. Yavaş sürürlər və buzlu yollarda sürüşürlər. Bu da təbii və normal qiymət dəyişimidir. Bunun başqa alternativi yoxdur. Heç kim bizi məcbur etmir ki, taksi fəaliyyətindən istifadə edək. Biz öz istəklərimizi ictimai nəqliyyata ünvanlaya bilərik ki, niyə fəaliyyətini 21:30-a dək göstərir, və.s.”

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı isə süni qiymət artımını özbaşınalıq hesab etdiyini dedi:

“Yaranmış vəziyyətdən sui-istifadə etməkdir, bunun başqa bir adı yoxdur. Səbəb odur ki, rəsmi qaydada taksi fəaliyyətində qiymətlər tənzimlənmir. Minimal qiymət müəyyənləşdirilib ki, 2.50 AZN aşağı qiymət olmasın. Yuxarı qiyməti də özləri bildiyi formada müəyyənləşdirirlər. Bunun səbəbini də tam anlamıram. Niyə bu qədər boşluq buraxılır? Doğurdan da situasiya belədir. Hava kəskin soyuyanda, qar yağanda, bayram-şənlik olanda, yolda bir az tıxac halları baş verəndə qiymətlər fantastik həddə gəlib çatır. Taksi sürücüləri şikayət edir ki, qiymətlər aşağıdır, sərnişinlər də şikayət edir ki, qiymətlər yuxarıdır. İndi bunun ortaq bir yolunu tapmaq lazımdır. Ki, əslində qiymət necədir və necə olmalıdır? Təklif edirik ki, km.-ə görə qiymət müəyyənləşdirilsin. Ümumiyyətlə, respublikanın hər yerinə və gecə-gündüz tarifləri müəyyənləşsin. Bayram günləri, qarlı-şaxtalı havalara uyğun fərqli qiymət. Yəni taksi sürücüsünü belə halda anlmaq olar. Həddindən artıq qiymət artırmaq da düzgün seçim deyil”.(media.news)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 24 Fevral 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri