Icma.az
close
up
RU
Üsyançıların qaldırdığı yeni İran bayrağı Mənası və indikindən fərqi

Üsyançıların qaldırdığı yeni İran bayrağı Mənası və indikindən fərqi

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

ABŞ-də fəaliyyət göstərən bir sosial media platforması İran bayrağını dəyişib.
SAVASHMEDİA.az xəbər verir ki, bu dəyişiklik İran bayrağının ortasındakı “Allah” sözünün “Şir və Günəş” simvolu ilə əvəzlənməsidir.
Platforma bunu bir istifadəçinin xahişi ilə etdiyini açıqlayıb. Bu dəyişiklik çox keçmədən İranda da maraqla qarşılanıb və sosial şəbəkə istifadəçiləri bu bayraqdan istifadə ediblər.
“Şir və Günəş” simvolu nəyi ifadə edir?

Əvvəla onu bildirək ki, bayraqda “Şir və Günəş” simvolu İran üçün heç də yad deyil. Çünki 1979-cu ilə qədər İranın bayrağı üç rəng (yaşıl, ağ, qırmızı)  və “Şir və Günəş” simvolundan ibarət idi. Bu simvolların seçilməsi də təsadüfi deyildi. 
Yaşıl rəng – İslamı, xüsusilə şiəliyi, peyğəmbər nəslinə, seyidlərə bağlılığı, ümid və bərəkəti;
Ağ rəng – Sülh, saflıq, ədalət və tarazlığı;
Qırmızı rəng - qəhrəmanlıq, cəsarət, qan, şəhidlik, müdafiə və mübarizəni ifadə edirdi.
Şir - güc, cəsarət, hakimiyyət rəmzi sayılır və Həzrəti Əli (Allahın şiri Əli) ilə əlaqələndirilirdi. Şahlar bu simvoldan özlərini ilahi və qanuni hökmdar kimi göstərmək üçün istifadə edirdilər.
Günəş - həyat, nur və ilahi işıq simvolu hesab olunurdu. Şahlar bundan ilahinin bəxş etdiyi hökmranlığı vurğulamaq üçün istifadə edirdilər. Şir və Günəş ikisi bir yerdə “Güc və ilahi legitimliyi” bildirirdi. 
Sözügedən simvollar Səfəvilər dövründən (XVI əsr) başlayaraq dövlət rəmzi kimi qəbul olundu. Qacarlar və Pəhləvilər dövründə isə monarxiyanın əsas simvoluna çevrildi.
“Şir və Günəş” simvolu niyə dəyişdirildi?

1979-cu ildə İranda şah rejimini devirən İslam inqilabından sonra “Şir və Günəş” simvolu bayraqdan götürüldü. Çünki islamçılar bu simvolları monarxiya və şah hakimiyyətini qalığı hesab edirdilər. Yeni bayraqda isə 3 rəng olduğu kimi saxlanılsa da, “Şir və Günəş” İslamı simvolizə edən “Allah” sözü ilə əvəz olundu. Bayrağa yaşıl və qırmızı zolaqların kənarında təkrarlanan “Allahu Əkbər” (Allah ən böyükdür) ifadəsi əlavə edildi. Rənglərdə isə Yaşıl islam inqilabını, Ağ sülhü, Qırmızı isə şəhidlik və mübarizəni ifadə etməyə başladı...
“Şir və Günəş” geri qayıdır?
İranda etirazların tüğyan etdiyi və sonuncu şahın oğlu Rza Pəhləvinin odlu-alovlu çıxışlar edərək etirazçılara “hücum əmri” verdiyi günlərdə “Şir və Günəş” simvolu bayraq fikrinin ortaya atılması heç də təsadüfi görünmür. ABŞ Prezidenti Donald Trampın da etirazçılara dəstək olduğunu nəzərə alsaq, cənub qonşumuzun rejim dəyişikliyinə yaxın olduğunu deyə bilərik.
İranda rejim dəyişikliyi reallaşar və İran şahının oğlu Rza Pəhləvi hakimiyyətə gələrsə, “Şir və Günəş” simvollu İran bayrağından istifadə ediləcəyi istisna deyil. Bunu isə etirazların nəticələri və zaman göstərəcək...
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Yanvar 2026 23:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see187

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see162

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see157

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see157

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see153

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri