Icma.az
close
up
RU
Utilizasiya prosesində mövcud güzəştlər bütün maşın sahiblərini qane edəcək səviyyədə deyil

Utilizasiya prosesində mövcud güzəştlər bütün maşın sahiblərini qane edəcək səviyyədə deyil

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Statistikaya görə, ölkədə hər 5 avtomobildən biri istismar müddətini bitirib, ekoloji standartlara cavab vermir. Bir neçə il bundan əvvəl istismar müddətini bitirmiş avtobillərin utlizasiya məsələsi gündəmə gəlsə də, bu sahədə ciddi addımlarıın atılmadığı müşahidə edilir. Çünki bu gün şəhərdə kifayət qədər istismar müddətini bitirmiş, ölü avtomobillər qarşımıza çıxır.Utilizasiya proqramı üzrə hansı işlər görülür?

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, utilizasiya ilə bağlı dövlət proqramında nəzərdə tutulmuş işlər görülür. Bu işlərin icrası da Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə “Təmiz Şəhər” ASC tərəfindən icra olunur, həyatı keçirilir.

Elməddin Muradlı

“Düzdür, bir xeyli müddət gecikdik. Amma artıq proses başlayıb. Vətəndaşlar müraciət edə bilərlər. Köhnə avtomobillərini təqdim edə bilərlər. İndi burada, sadəcə bir məsələ var. Minik avtomobilləri üçün 1500 manat, ağırtonnajlı avtomobillər üçün 3000 manat, motosikletlər və digərləri üçün simvolik cüzi bir məbləğ ayrılıb. Burada yanaşma bir az fərqlidir. Çünki elə avtomobillər var ki, illərdir istismar olunmur. Kimlərinsə həyət-bacasında yatıb, qalıb. Toyuq cücə saxlayırlar içində. Bu avtomobil sahiblərinə 1500 manat göydən düşmədir. Onlara sərf edir. Amma elə adam da var ki, tör-töküntü də olsa, bu maşını idarə edir.

Misal, maşının real bazar qiyməti 2000-3000 manat civarındadır. Bu məbləğ maşın sahibinə sərf eləmir ki, onu 1500 manata utilizasiyaya versin. Bu cür məsələlərə görə proses biz istəyən səviyyədə getmir. Sürətli şəkildə getmir. Bu məsələyə nə vaxtsa, bir daha baxırlar. Bəlkə daha ədalətli qərar verirlər. Ümumilikdə mövcud vəziyyət budur. Ona görə də, çox maraq göstərən də yoxdur. Nəzərə almaq lazımdır ki, bu proses könüllülük prinsipi əsasında həyata keçirilən bir prosesdir. Məcburi bir yanaşma olmadığına görə, heç kim prosesə məcburi şəkildə cəlb oluna bilməz”-deyən Elməddin Muradlı qeyd edib ki, utilizasiya ilə bağlı qanunvericilik artıq qüvvədədir.

İnsanlar ölkəyə avtomobil gətirərkən utilizasiya haqqı ödəyirlər. Avtomobillərini burada idarə edib, texniki baxışdan keçirərkən əlavə rüsum ödəyirlər”-deyən ekspert bidirib ki, utilizasiya fondu artıq formalaşır və artıq ödənişlərə də başlanılıb.

Elməddin Muradlının sözlərinə görə, məcburi heç kimə deyilmir ki, “apar maşınını ver və yaxud bu maşını sürmə və s”.

“Mövcud vəziyyət budur. Görək, növbəti mərhələlərdə nə kimi addımlar atılacaq, nələr olacaq. Real vəziyyət bundan ibarətdir ki, utilizasiya prosesinə böyük bir maraq yoxdur. Axın edən yoxdur. Amma bəzi insanlara sərf edir, bəzilərinə sərf eləmir. Onlar bunu göydəndüşmə bir fürsət kimi qiymətləndirirlər. Çünki illərdir məhəllədə, küçədə, bazada maşınları tərk ediblər. Hətta elə maşın var ki, onun içində bir elektrik naqili də qalmayıb. Təbii ki, o adamlar üçün sərf edir. Amma başqa insanlar da var, onlar da nəzərə alınmalıdır. Əgər onların yeganə dolanışıq yeri elə bu maşındırsa...”-deyə ekspert qeyd edib.

Elməddin Muradlı bildirib ki, utilizasiyaya təqdim olunan avtomobillərlə bağlı vətəndaşa birdəfəlik istifadə üçün qəbz verilir ki, yerli istehsal olunan avtomobil ala bilsin və ya alarkən ona güzəşt edilsin.

“Nağd şəkildə pul verirlər. Hazırkı situasiya bundan ibarətdir. Növbəti mərhələlərdə nə olacaqsa, gələcəkdə görəcəyik”-deyə Elməddin Muradlı əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 06 Noyabr 2024 02:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see241

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see184

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see167

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see155

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see152

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see149

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see142

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see140

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri