Icma.az
close
up
RU
Utilizasiyaya START VERİLDİ “Köhnə maşını təhvil verib, 3000 manat almaq mümkündür” VİDEO

Utilizasiyaya START VERİLDİ “Köhnə maşını təhvil verib, 3000 manat almaq mümkündür” VİDEO

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Ölkəmizdə nəhayət ki, utilizasiya prosesinə başlandı. Artıq 35 nəqliyyat vasitəsi utilizasiyaya verilib və birdəfəlik ödəniş üçün müraciət etmiş şəxslərə həmin nəqliyyat vasitələrinin təsnifatına uyğun olaraq ödənişlər həyata keçirilib.
Bu barədə Bizim.Media-ya “Təmiz Şəhər” ASC-dən məlumat verilib. Qurumdan bildirilib ki, hazırda respublikada hər beş avtomobildən biri ekoloji və təhlükəsizlik standartlarına cavab vermir.
 

MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda köhnə avtomobillərin utilizasiyasına BAŞLANILDI 


Bunu nəzərə alaraq, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”na əsasən Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanmış, həmçinin proqramın tətbiqi ilə əlaqədar ümumilikdə 10-dan çox qanunvericilik aktına dəyişiklik və əlavələr edilib.
“Tullantılar haqqında” Qanununun nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı bu ilin sentyabr ayından qüvvəyə minmiş olan müddəalarına uyğun olaraq, ötən müddət ərzində “Təmiz Şəhər” ASC tərəfindən utilizatorların reyestrdə qeydiyyatı üçün tədbirlər görülüb.
Nəqliyyat vasitələrinin utilizasiyaya təqdim olunmasını asanlaşdırmaq məqsədilə nvu.gov.az elektron portalı hazırlanıb.
Utilizasiya hansı formada aparılır?
Mövcud tələblərə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilən qaydada əvvəlcə nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır. Daha sonra zəruri məlumatlar yeni istifadəyə verilmiş portala daxil edilməklə nəqliyyat vasitəsi utilizasiyaya təqdim edilir. Nəqliyyat vasitəsi utilizasiyaya təqdim edildikdən sonra onu utilizatora təhvil verən şəxsə təsdiqedici sənəd təqdim edilir.
Həmin sənəd əsasında yerli istehsal yeni nəqliyyat vasitəsi almaq üçün güzəşt və ya birdəfəlik ödəniş almaq mümkündür. Xatırladaq ki, birdəfəlik ödənişin həcmi 140 manatdan 2100 manata, güzəştli şərtlərlə isə 200 manatdan 3000 manata qədərdir.
Onu da qeyd edək ki, nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllülük prinsipi əsasında həyata keçirilir və məcburi xarakter daşımır.
Utilizasiya start verilməsi nəyi dəyişəcək?
Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, utilizasiya prosesinin başlaması təqdediləsi haldır:
“Bu avtomobil bazarının yenilənməsinə təsir göstərə bilər. Çünki bu gün avtomobillərin 50 faizdən çoxunun 20 ildən artıq yaşı var. Hətta 40-50 ildir ki, istismar olunan avtomobillər də kifayət qədərdir. Belə avtomobillərinsə ekologiyaya çox böyük ziyanı var. Ona görə də utilizasiya hesabına avtomobil parkı yenilənə bilər.
Təbii ki, müəyyən stimullaşdırıcı tədbirlərin sayı çox olsa, yaxşı olardı.  Məsələn, köhnə avtomobilini utilizasiyaya verən vətəndaşa yerli istehsal olan yeni avtomobil almaq üçün dəstək verilir. Amma ölkəmizdə avtomobil istehsalı çox məhduddur. Ona görə də xaricdə istehsal olunan və nisbətən ucuz avtomobillərin alışı da təşviq edilməlidir. Belə olsa, qısa müddətdə 35 yox, 3500 avtomobil utilizasiyaya verilər”.
Müsahibimiz vacib bir məqama da toxunub:
““Yol hərəkəti haqqında” Qanuna görə utilizasiyaya verilən avtomobil əvvəlcə dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır. Bu əlavə xərc və vaxt itkisidir. Halbuki, ölkəmizdəE-hökumət portalı var. Bu portal vasitəsi ilə bu prosesi asanlıqla həll etmək olar. Ya da ki, utilizasiya prosesi “bir pəncərə” sistemi ilə də aparıla bilər. Bu da vətəndaş məmnunluğu yaradar”.

Surxay Atakişiyev, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://bizim.media
archiveBu xəbər 06 Dekabr 2024 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri