Icma.az
close
up
RU
Üzeyir Cəfərov: “Yaşadıqları evlərə baxın birinin də müharibəyə, orduya aidiyyəti yoxdur”

Üzeyir Cəfərov: “Yaşadıqları evlərə baxın birinin də müharibəyə, orduya aidiyyəti yoxdur”

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Hərbçi ailələrinin problemlərindən biri də, onların həyat yoldaşlarının işlə təmin olunmaması məsələsidir.

“Azərbaycan Respublikasının Hərbi Qanunlar Toplusu” kitabının “Hərbi qulluqçu ailələrinin sosial müdafiə hüququ” başlıqlı 21 -ci maddəsində bildirilib ki, hərbi qulluqçuların ailə üzvlərinin hüquqlarının həyata keçirilməsi üçün bu təminatlar müəyyən edilir.

Yerli icra hakimiyyəti başçıları, dövlət müəssisələrinin, idarələrinin və təşkilatlarının rəhbərləri, qarnizonların rəhbərləri, qoşun hissələrinin komandirləri, hərbi qulluqçuların həyat yoldaşlarının müraciət etdiyi andan etibarən, ən geci 1 ay keçənədək onların işlə təmin olunması üçün tədbirlər görməlidirlər;

Qoşun hissələrinin olduğu şəhərlərdə, qəsəbələrdə və kənd yaşayış məntəqələrində hərbi qulluqçuların ailə üzvlərini işə düzəltmək imkanı yoxdursa, hərbi komandanlığın xahişi ilə yerli icra hakimiyyəti başçıları, nazirliklər və baş idarələr, dövlət müəssisələri, idarələri və təşkilatları tərəfindən kiçik müəssisələr, filiallar, sexlər, sahələr (istehsalatlar) təşkil edilməsi;

Müvəqqəti əmək qabiliyyəti olmadığına görə hərbi qulluqçuların arvadlarına iş stajından asılı olmayaraq aldığı qazanc məbləğində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74 -cü maddəsinə uyğun olaraq müavinətlər ödənilməsi;

Hərbi qulluqçuların işləməyən arvadlarının öz ərlərinin xidmət yeri üzrə işə düzəlməsi mümkün olmadıqda, onlara Azərbaycan Respublikasında fəhlə və qulluqçular üçün müəyyən edilmiş minimum əməkhaqqı məbləğində aylıq pul müavinəti ödənilir.

Bəs, bu qanun niyə icra olunmur? Kimlər məsuliyyət daşıyır?

Məsələ ilə bağlı Gununsesi.info -ya danışan hərbi jurnalist, ehtiyatda olan zabit Üzeyir Cəfərov bildirib ki, bu gün Azərbaycanda ən çox hüquqları pozulan, ən çox məhdudiyyətlərlə üzləşənlərdən biri də hərbçi ailəsidir-hərbçilərin həyat yoldaşlarıdır:

“Baxmayaraq ki, bizim qanunlar çox gözəl yazılıb, amma o qanunlarda yazılanların heç biri praktiki olaraq həyata keçirilmir. Bu gün hərbçini Naxçıvana və ya bölgələrə rotasiya edəndə, o, xidmətini davam etdirir, ancaq onun həyat yoldaşının aldığı ixtisasa, peşəyə uyğun hər hansı bir iş yeri yoxdur. Hərbçi orada 5-10 il xidmət edəndə, həyat yoldaşı tutaq ki, pedaqoqdursa, ya tibbi təhsili varsa və ya başqa peşənin sahibidirsə, onu realizə edə bilmir. Çünki həmin o qarnizonda, şəhərcikdə ona uyğun olaraq iş yoxdur”.

Üzeyir Cəfərov bildirir ki, dövlət qurumları da çox tənbəldir:

“Hökumət bunu fikirləşməlidir. Qanunda sadaladığınız kimi onlar var, amma reallaşdırılırmı? Əlbəttə ki, yox. Ən dəhşətlisi sonra başlayır. Bu gün onlarla, yüzlərlə hərbçi ailəsi tanıyıram ki, ailə başçısı xidmətlə bağlı, yaxud xidmətdən sonra bu və ya digər səbəblərdən dünyasını dəyişib, ailə Allahın ümidinə qalıb. Onlar küçəyə atılıb. Hal-hazırda şəxsən tanıdığım hərbçi, zabit Sabir Fətullayevin ailəsi -oğlu və qızları, həmçinin Allahverdi Abbasovlar, Səməd Səmədzadə kimi yüzlərlə belə ailələr var ki, çətinliklər qarşısındadır.

Biz dəfələrlə bu problemlə bağlı Ombudsman aparatı, Milli Məclisdə vəzifədə olan şəxslərə müraciət etmişik. Onlar çox rahat şəkildə vicdanları sızlamadan işə gəlib gedirlər, dövlətdən çox böyük məvaciblər alırlar. Bu problemi dəfələrlə millət vəkillərinin diqqətinə çatdırmışam ki, bunu həll etmək lazımdır. Xanım dövlətin qulluqçusu kimi ərinə baxır-onun təmizlik işləri, yeməyi-içməyini həll edir. Onda dövlət deyir ki, çox sağ ol, xanımsan, baxırsan, hərbçi işinə gedib gəlir, amma sabah zabitin başına bir iş gələndən sonra da xanımı küçəyə tullayırlar, deyirlər ki, hələ sənin pensiya yaşın çatmayıb, gözlə, nə vaxt pensiya yaşın çatar, 10 il, 15 il, 20 il qulluğunda durduğun həyat yoldaşının məvacibi müəyən faizi verilə bilər. Bu necə yanaşmadır? Bu, əvvəla xəyanətdir. Dövlətin öz vətəndaşına xəyanətidir. Qəribə səslənsə də, hər şeyi adı ilə demək lazımıdır. Ona görə deyirəm ki, qanunda çox şeylər yazılıb. Baxın, deyirsiniz ki, icra strukturları qısa bir müddətdə (1 aydan gec olmayaraq-red) hərbçinin həyat yoldaşı üçün iş tapmalıdır, işlə təmin etməlidir. Mən bunu dəfələrlə bildirmişəm. Əgər hərbçinin həyat yoldaşı hərbçi ilə bərabər müəyyən qarnizonda yaşayıbsa, o, onun stajına yazılmalıdır. Necə olur ki, hərbçi vətəni müdafiə edir, ancaq hərbçinin həyat yoldaşının əlində olan sənədi heç kimə lazım olmur? Amma hərbçi nə vaxt ki, ayaq üstədir, onda lazımdır. Hərbçi artıq xidmətdə deyilsə, lazımsız adam olur”.

Hərbi jurnalist bildirir ki, əvvəllər hərbçi dünyasını dəyişəndə onun aldığı məvacib, yaxud aldığı pensiya ailəsinə verilirdi:

“Bizim vaxtı ilə ordudan yayınan cavan nazirlərimiz var ki, “dövlət büdcəsinə qənaət edirlər” adı ilə insanları küçələrə buraxıblar. Hətta utanmaz-utanmaz deyirlər ki, get, başını saxla. Mən bilmək istərdim özünü çox ağıllı göstərən nazirlərin həyat yoldaşları, bacıları bu vəziyyətdə olsaydı, hansı hissləri keçirərdi?”.

Üzeyir Cəfərov bildirir ki, ordudan tərxis olanda dövlət onu mənzillə təmin etməli idi:

“Mən ordudan tərxis olduqdan sonra qısa müddətdə icra strukturu məni həyətyanı torpaqla, yaxud mənzillə təmin etməli idi. Hansı qapıya getsən, deyir, mənim torpağım yoxdur, evim yoxdur. O da qınanılmalı deyil. Çünki qanunda olsa da, onun icraçısı yoxdur. O qədər mənzillər tikilir- Bakıda, rayonlarda. Versinlər də həmin evləri hərbçilərə. Hamısını yığıblar Bakıya. Sən Hövsana getməlisən, sən Gəncəyə getməlisən, sən Sumqayıta getməlisən. Qanunda isə yazılıb ki, Azərbaycan vətəndaşı -hərbçi ordudan təxris olunanda, istədiyi yeri- Zaqatalanı da, Şəkini də, dağlıq bölgəni də seçə bilər. Zabit tanıyıram ki, gəlib polkovnik rütbəsinə çatıb, hələ mənzil növbəsində 5000-ci adamdır. Onun ömrü yetəcəkmi o evi almağa? Müharibədən 5 il keçib – hələ də veteran adını həllini başa çatdırmayıblar. Amma mindikləri maşınlar yarım milyondu. Yaşadıqları evlərə baxın- birinin də müharibəyə, yaxud orduya aidiyyəti yoxdur. Bu məsələni qaldırdığınız üçün çox sağ olun. Bunu, ümumiyyətlə Azərbaycan mətbuatı işıqlandırmalıdır. Bakıda, rayonlarda kondisoner altında oturub işləyirlər. Amma baxın, zabit və gizirlərimiz Balakən, yaxud Şəkinin hərbi hissələrində, günün altında xidməti vəzifələrini yerinə yetirirlər. Qanunun icraçısı olmalıdır, icra mexanizmi olmalıdır”.

Günel Həsənova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 İyul 2025 21:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri