Icma.az
close
up
RU
Görün nə yeyirmişik Saxta yağı necə tanıyaq?

Görün nə yeyirmişik Saxta yağı necə tanıyaq?

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı şəhərinin Səbail rayonunda yerləşən “İvanovka” ticarət obyektində aparılan yoxlamalar kərə yağı adı ilə satılan məhsulların tərkibində ciddi uyğunsuzluqlar olduğunu üzə çıxarıb. AQTA-nın məlumatına görə, satışdan götürülən yağ və süd məhsulları bitki yağları qarışığından ibarət olub və müvafiq sənədlər olmadan realizə edilib. Təkrar laborator sınaqlar isə həm yağlarda saxtalaşdırmanı, həm də kəsmikdə mikrobioloji çirklənməni təsdiqləyib.

Aparılan araşdırmalar göstərir ki, satıcıların kərə yağı adı altında bitki yağlarından ibarət qarışıqları alıcılara “təbii məhsul” kimi təqdim etməsi bazarda saxtakarlığın daha incə üsullarla genişlənməsinə səbəb olur.

“Yeni Sabah” xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, istehlakçıların belə halları fərqləndirməsi çətin olsa da, diqqət yetiriləcək bir neçə məqam real kərə yağını tanımağa yardım edə bilər. İlk növbədə, kərə yağı otaq temperaturunda yumşalmalı, lakin tam mayeləşməməlidir. Bitki yağları qarışığı adətən sürətlə ərir və bıçaqla kəsilərkən elastik deyil, daha çox “yayılmış” görünüşə sahib olur.

Qoxu və dad da istehlakçı üçün mühüm göstəricidir. Təbii yağ yüngül süd qoxusu ilə seçilir, bitki yağları isə ya qoxusuz olur, ya da süni ətir vasitəsilə “kərə yağı” effekti yaradılır. Rəngində də fərqlər müşahidə edilə bilər: təbii məhsul adətən açıq sarı tonunda olur, çox tünd və parlaq rəng isə əlavə olunmuş rəngləndiricilərdən xəbər verə bilər. Etiket və sənədləşmə isə ən əsas amillərdən biridir. Məhsulun üzərində istehsalçı, tərkib, yağlılıq dərəcəsi və saxlanma qaydalarının göstərilməsi məcburidir; bu məlumatlar olmayan məhsullar risk qrupuna daxildir.

Mütəxəssislər bildirirlər ki, ev şəraitində sadə sınaq da aparmaq mümkündür: kərə yağı isti suda həll olarkən suda xırda hissəciklər əmələ gətirir, bitki yağı qarışığı isə tamamilə əriyərək bircins maye halı alır. Alıcıların bu əlamətlərə diqqət etməsi saxta məhsulların qarşısını almaqda mühüm rol oynaya bilər.

Əsmətxanım Rzazadə


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 04 Dekabr 2025 21:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see306

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see285

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see262

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see257

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see251

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see232

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see216

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see212

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see211

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see208

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see206

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see200

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see193

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see192

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see189

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see187

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see177

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see175

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri