Icma.az
close
up
RU
“Üzeyir Hacıbəyli və Gəncənin musiqi dünyası” mövzusunda maraqlı görüş

“Üzeyir Hacıbəyli və Gəncənin musiqi dünyası” mövzusunda maraqlı görüş

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

“Üzeyir  Hacıbəyli və Gəncənin musiqi dünyası” mövzusunda tədbir Azərbaycan Respublikası Prezidentinin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” 3 fevral 2025-ci il tarixli Sərəncamının  müddəalarının işığında AMEA-nın Gəncə Bölməsində təşkil edilib.

525.az xəbər verir ki, dəyirmi masa Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi və Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

Tədbiri güriş sözü ilə AMEA-nın Gəncə Bölməsinin sədri, Əməkdar elm xadimi, akademik Fuad Əliyev açaraq, iştirakçıları və qonaqları salamlayıb, ”Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” ölkə başçısının  Sərəncamını tariximizdə və mədəniyyətimizdə böyük izi olan Üzeyir Hacıbəylinin xatirəsinə və irsinə böyük diqqət və ehtiram nümunəsi, eləcə də milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsinə xidmət edən mühüm addımlardan biri kimi dəyrləndirərək, bu istiqamətdə daha səmərəli fəaliyyət üçün ziyalıların öhdəsinə mühüm vəzifələr düşdüyünü bildirib.

O, həmçinin Üzeyir Hacıbəylinin 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası yaranarkən, onun ilk akademikləri sırasında olduğunu da diqqətə çatdırıb.

Əməkdar müəllim, sənətünaslıq doktoru, professor Sevda Qurbanəliyeva dahi bəstəkarın Gəncənin musiqi mədəniyyətinin yüksəlişindəki roluna dair elmi məruzə ilə çıxış edib. O, böyük şəxsiyyət, ictimai xadim, Azərbaycan professional musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin həyat, fəaliyyət və yaradıcılığını xalqımızın Milli Sərvəti kimi dəyərləndirib.

S. Qurbanəliyeva Üzeyir bəyin Gəncə və bu şəhərin yaradıcı mühiti ilə yaxından bağlılığına diqqət çəkib,  bu şəhərdə ilk musiqi məktəbinin və filarmoniyanın yaradılmasında, Məşədi Cəmil Əmirov, Fikrət Əmirov,  Qəmbər Hüseynli, Zərif Qayıbov və digər bəstəkar, musiqiçi və ifaçıların yetişdirilməsində böyük rol oynadığını vurğulayıb.

Tədbirin xüsusi qonaqları -  Gəncə Dövlət Universitetinin tələbə kamera xorunun qızları “Musiqi fənləri” kafedrasının baş müəllimi Leyla Nəbiyevanın rəhbərliyi və dirijorluğu ilə görüşə Üzeyir musiqisinin sehrli ruhunu qatıblar.  “Leyli və Məcnun” operasının 4-cü pərdəsindən və “Arşın mal alan” operettasının 2-ci pərdəsindən qızıarın xorunu ifa edib və alğışlar qzanıblar.

Tədbirdə həmçinin AMEA-nın  Gəncə  Bölməsinin  elmi  işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktou dosent Əlimuxtar  Muxtarov,  sənətşünaslıq üzrə fəlsəfə doktoru, GDU-nun nəzdində “Mədəniyyət və incəsənət” şöbəsinin dosenti İradə Abdurəhmanova,   AMEA-nın Gəncə Bölməsi Humanitar Tədqiqatlar İnstitutunun ədəbiyyat şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ruziyə Quliyeva,  Gəncə şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Aynur Şıxıyeva və  AMEA-nın Gəncə Bölməsi Diyarşünaslıq İnstitutu etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosenti Samirə Qasımova çıxış edib, dahi bəstəkarımızın Azərbaycan peşəkar musiqi mədəniyyətinin formalaşdırılmasında, o cümlədən Nizami yurdunun  musiqi aləminin intibahında, buradakı istedadlı insanların yetişdirilməsində xidmətləri haqda danışıblar.

Yeri gəlmişkən, Üzeyir Hacıbəylinin irsinin və bu böyük şəxsiyyətin Gəncənin ictimai, ədəbi-mədəni və musiqi mühiti ilə əlaqələrinin  tədqiqatçısı, sənətşünaslıq elmləri namizədi (1972-ci il), Prezident mükafatçısı (2008-ci il), mərhum Rauf İsmayılzadənin (1936 -2015) kitab və məqalələrində yer almış, sözügedən tədbirdə də istinad edilmiş  maraqlı faktları nəzərə çatdırmağı faydalı sayırıq.

Onun yazdıqlarına görə, Üzeyir bəy hələ yeniyetmə ikən, Qori seminariyasında 1898-1904-cü illərdə təhsil alarkən, ara-sıra Nizami yurduna  gələrmiş, bir tələbə marağı ilə bu yerlərin tanınan musiqiçiləri, xanəndə  və el aşıqlarını dinləyərmiş .

Daha sonrakı dövrlərdən yazarkən, tədqiqatçı  tarzən, bəstəkar, hətta vokal ifası da olan  Məşədi Cəmil Əmirovun Üzeyr bəyin  ən yaxın dostlarından biri olduğunu,  dahi bəstəkarın Gəncədə də səhnəyə qoyulan opera və operettalarında Məcnun, Zeyd, Kərəm, Rza bəy və digər rollarda çıxış etdiyini bildirir.  M. C. Əmirov 1915-ci ildə Gəncədə özünün “Seyfəlmülk” operasının ilk tamaşasına bəstəkar Üzeyir Hacıbəylini də dəvət edib. 1916-cı ildə isə  Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası Nizami yurdunda da tamaşaya qoyulub.

Sovet hakimiyyəti qurulduqdan sonra, Üzeyir Hacıbəyli Respublika Xalq Maarif Komissarlığı nəzdində yeni yaradılan İncəsənət şöbəsinin rəhbəri vəzifəsində işlədiyi dövrdə Azərbaycanın bütün bölgələrində olduğu kimi, Gəncədə də musiqi mədəniyyətinin inkişafına güclü təkan verib. Onun tövsiyəsi ilə Murtuza Məmmədov - Bülbül Gəncə incəsənət şöbəsinin sədri seçilib.

İki böyük sənətçinin birgə səyi ilə Gəncədə müsəlman müəllimləri üçün altı həftəlik musiqi kursları təşkil edilib, çalğı alətlərinin alınması üçün xeyli pul və musiqi studiyası üçün bina ayrılıb.

1921-ci ildə Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının Gəncədə yenidən tamaşaya qoyulması əlamətdar hadisəyə çevrilir. Tamaşa Gəncə qadınlarının azadlığının simvolu kimi yadda qalır -  bu şəhərin sakinlərindən Məhbubə xanım Məmmədzadə Gülçöhrə, Dilşad xanım isə Asya rollarında çıxış edirlər.

1923-cü ilin avqustunda Gəncədə ilk musiqi məktəbi açılır və Məşədi Cəmil Əmirov həmin məktəbə direktor təyin olunur. Üzeyir bəy bu yeni sənət ocağı üçün tədris planlarının hazırlanmasında, Moskvadan, Kiyevdən, Petroqraddan və başqa yerlərdən ali musiqi təhsilli müəllimlərin dəvət edilməsində Məşədi Cəmilə yaxından kömək edir.

Rauf İsmayılzadə araşdırmalarında qeyd edir ki, vaxtilə Gəncə musiqi texnikumunun direktoru olmuş İsax Bağırov bəstəkarın bu şəhərə səfərlərindən birini belə xatırlayıb: “Üzeyir Hacıbəyli 1933-cü ilin sentyabrında Musiqi texnikumuna gəldi. Bəstəkarın təklifi ilə biz evbəev gəzərək skripka və violonçeldə çalmaq üçün musiqi duyumlu şagirdlər topladıq. Üzeyir bəyin göstərişi ilə onları ikiqat təqaüdlə təmin etdik. Elə bu bünövrə üzərində bir neçə ildən sonra şəhərimizdə artıq violonçelçalanlar ansamblı və kamera orkestri fəaliyyət göstərməyə başladı”.

Üzeyir Hacıbəylini yetirməsi sayılan tarzən Zərif Qayıbov (1920 – 1943) 1934-cü ildə Tbilisidə keçirilən Zaqafqaziya xalqları incəsənəti olimpiadasında, 1937-ci ildə Ümumittifaq Radio Komitəsinin təşkil etdiyi baxışda, 1938-ci ildə Moskvada Azərbaycan incəsənəti ongünlüyündə, 1939-cu ildə yenə də Moskvada, Ümumittifaq xalq çalğı alətləri ifaçılarının müsabiqəsində Gəncənin gənc ifaçılarını məharətlə təmsil edib.

1938-ci ildə Azərbaycan Ədəbiyyatı və İncəsənəti Ongünlüyünə hazırlıq ərəfəsində Üzeyir Hacıbəylinin sədrliyi ilə Bakıda keçirilən birinci baxış müsabiqəsində aşıq İslam Yusifov da iştirak edirdi. Gəncəli aşığın ifasını xüsusi bəyənən Üzeyir Hacıbəyli ona “Aşıqlar ansamblı” yaratmağı məsləhət görüb. Dahi bəstəkarın tövsiyəsini yerinə yetirən İslam Yusifov aradan bir qədər keçəndən sonra Gəncə ifaçıları arasında ilk dəfə Əməkdar incəsənət xadimi adına layiq görülüb.

Zakir Muradov, Gəncə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://525.az
archiveBu xəbər 23 İyun 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see295

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see219

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see216

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see209

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see198

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see147

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see146

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see140

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see136

“İsrail dayanmayacaq” Katzdan SƏRT XƏBƏRDARLIQ KONKRET

05 Noyabr 2025 17:59see136

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see133

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see132

TƏBİB də tabeli tibb müəssisələrinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb

05 Noyabr 2025 18:44see131

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see129

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see128

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see128

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see128

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see126

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri